“Türk Evi”nə hücumu kim təşkil edib?
24.05.2023 [10:41]
N.BAYRAMLI
Türkiyənin BMT yanında daimi nümayəndəliyinin və Nyu-York Baş konsulluğunun yerləşdiyi “Türk Evi”nin binası hücuma məruz qalıb. Belə ki, iki gün öncə gecə saatlarında naməlum şəxslər binanın birinci mərtəbəsində pəncərə şüşələrini sındırıb. Ondan çox pəncərə şüşəsinin sındığı binanın fotosunu nümayiş etdirən TGRT telekanalı hücumun terrorçuların tərəfdarları tərəfindən həyata keçirildiyini bildirib. Türkiyə tərəfi Nyu-York polisi ilə əlaqə saxlayıb. Binanın ətrafında təhlükəsizlik kordonu qurulub, araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Türk Evi” Nyu-Yorkun Manhetten rayonunda, BMT-nin mənzil-qərargahı ilə üzbəüz yerləşən 36 mərtəbəli göydələndir. Türkiyənin sifarişi ilə tikilən bina 2021-ci ildə istifadəyə verilib. Burada, həmçinin müxtəlif türk təşkilatları yerləşir. Hadisə ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında “ABŞ-dan Nyu-Yorkdakı “Türk Evi”nə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik”- deyə yazıb. O bildirib ki, Nyu-Yorkdakı “Türk Evi”nə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb: “Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik”.
ABŞ Dövlət Departamenti də Nyu-Yokda “Türk Evi”nə qarşı törədilmiş vandalizm aktını qınayıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə qeyd edib ki, Departamentin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq mühafizə orqanları ilə birlikdə məsələni araşdırır. “Biz Nyu-York şəhərindəki “Türk Evi”nə qarşı törədilmiş vandalizm xəbərlərini görmüşük. Sizə deyə bilərəm ki, Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq-mühafizə orqanlarının rəsmiləri ilə təhqiqat aparırlar. Biz vandalizmi qınayırıq. ABŞ-da zorakılıq, diplomatik cinayətlərin cəzası var”, - deyə Miller vurğulayıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, hazırda Türkiyə üçün həssas bir dönəmdir. Ölkə prezident seçkilərinin ikinci turuna hazırlaşır və bu seçkilər dünyanın diqqət mərkəzindədir. Onun sözlərinə görə, belə bir dönəmdə PKK terrorçuları və onların tərəfdarları fəallaşıb. Türkiyədə seçki kampaniyasının qızğın dövrü olduğu üçün terrorçular və onların xaricdəki havadarları türklərə qarşı təxribatlar törədilməsini özləri üçün fürsət bilirlər. Bu baxımdan, Nyu-Yorkdakı “Türk Evi”nin hücuma məruz qalması ciddi suallar doğurur. “Biz seçki kampaniyası dövründə PKK-çıların hansısa açıqlamalarının və təhdidlərinin şahidi oluruq. Bir neçə gün öncə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri arasında şəhid olanlar var. Onlar terrorçular tərəfindən öldürülüb. Onu da nəzərə almaq lazımdır ki, Türkiyədəki seçkilərin nəticələrinə təsir etmək istəyən xarici qüvvələr də var. Bu qüvvələr türk xalqının milli iradəsinə təsir etmək iqtidarında deyil. Bu səbəbdən də, müəyyən təxribatlarla təhdid xarakterli addımlar atmağa çalışırlar”, - deyən politoloq hadisənin törədilməsində erməni izinin ola biləcəyini də istisna etməyib.
Həmsöhbətimiz deyib ki, ABŞ-da güclü erməni diasporu mövcuddur. “Türk Evi”nə təşkil edilən hücumda ermənilərlə PKK terrorçularının tərəfdarlarının sinxron fəaliyyət göstərməsi mümkündür. “Bütün hallarda türk diplomatlarının təhlükəsizliyini təmin etmək, təxribatların qarşısını almaq məsuliyyəti ABŞ-ın üzərindədir. Ona görə də, bu ölkənin müvafiq qurumları hadisəni araşdırıb müvafiq ölçülər götürməlidir. Eyni zamanda, yeni təxribatlar, cinayətlər törədilə bilər. ABŞ-ın hüquq-mühafizə orqanları qabaqlayıcı tədbirlər görməlidir. Dövlət Departamentinin hadisəni pisləməsi kifayət deyil. Hadisəni törədən tapılıb məsuliyyətə cəlb olunmalı, onun arxasında dayanan qüvvələr aşkara çıxarılmalıdır”, - deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18

