KTMT müəmması...
27.05.2023 [10:35]
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı “incikliyi” davam etməkdədir. Bu dəfə rəsmi İrəvan öz “mövqeyini ifadə etmək üçün” Minskdə keçirilən toplantıdan “istifadə etmək” qərarına gəlib. Bəlli olduğu kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT Müdafiə Nazirliyi Şurasının iclası üçün Minskə getməyib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bunu Papikyanın Ermənistan hökumətinin iclasında iştirak etməsi ilə əlaqələndirib. Ermənistan MN-i KTMT Birgə Qərargahındakı nümayəndəsi Artak Tonoyan “təmsil edib”.
Ermənistanın KTMT “macərası” təzə sayıla bilməz və rəsmi İrəvana görə, hazırkı “imtinanın” arxasında mühüm “arqumentlər” dayanır. Belə ki, rəsmi İrəvan Rusiya ilə arasındakı siyasi gərginlikləri, anlaşılmazlıqları məhz KTMT üzərindən yürütmək niyyətindədir. Hələ ötən ildən KTMT çərçivəsindəki “anlaşılmazlıqlarla” başlayan bu “davanın” kökündə isə təşkilatın rəsmi İrəvana “yardım etməməsi” məsələsi dayanır. Ötən ilin sentyabrında erməni təxribatlarının qarşısının Azərbaycan ordusu tərəfindən alınmasının ardından Ermənistan davamlı olaraq KTMT-dən əraziyə hərbi qüvvə, olmayan “sərhədi” qorumaq üçün kontingent göndərməyi, missiya yollamağı tələb edirdi. Amma bunların heç biri baş vermədi. KTMT-də təmsil olunan ölkələr regiona hər hansı bir hərbi müdaxilənin əleyhinə oldular. Ermənistan isə onların bu mövqeyini Azərbaycanla dostluqları ilə əlaqələndirdi.
Rusiya mövqeyində qətidir - Ermənistan KTMT-dən çıxmayacaq...
Amma Rusiya Ermənistanı heç də buraxmaq niyyətində deyil. Yəni, rəsmi İrəvanın KTMT-dən “xilası” mümkünsüz görünür. Qurumun müdafiə nazirləri şurasının iclasında Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistanın təşkilatın tədbirlərində iştirakının mühümlüyünü bildirib: “Ermənistan təşkilatımızın üzvü və müttəfiqimizdir. Biz sülhdə maraqlıyıq və Cənubi Qafqazdakı vəziyyətin stabilləşdirilməsi üçün mümkün olanı edirik. Eyni zamanda xüsusilə qeyd etmək istərdim ki, Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı tədbirlərində iştirakı mühümdür”.
İndiki halda Ermənistanın Rusiyaya “acıq vermək” üçün bu kimi “boykot” üsullarından istifadəsi anlaşılandır. Çünki Ermənistan bu yolla Qərb qarşısında “günahlarını yuya” biləcəyini düşünür. Digər tərəfdən, Ermənistan can atır ki, KTMT-dən çıxmaqla Fransadan silah əldə etsin - indiki halda Fransa ABŞ-ın və ümumilikdə Qərb blokunun qorxusundan bunu edə bilmir. Əsas kimi Ermənistanın Rusiyanın müttəfiqi olması ortaya qoyulur. Ermənistan isə bu “yarlıqdan” xilas olmaq üçün bütün addımları atmağa hazır görünür.
Şoyqu Qərbi ittiham edir...
Ermənistan son bir ildə özünün “Qərb yolu” seçdiyini addımbaşı biruzə verməkdə israrlı görünür - Avropa İttfiaqının monitorinq missiyasının Ermənistana göndərilməsindən sonra kartlarını tam açan rəsmi İrəvan Rusiyanın bu məsələdən qıcıqlandığını bilir. Rusiya müdafiə nazirinin məsələyə reaksiyası da bunu təsdiqləyir. Belə ki, Minskdə keçirilən iclasda Şoyqu Qərb blokunu regiondakı vəziyyətə müdaxilə etmək və Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq cəhdlərində ittiham edib: “Qərbin əsas məqsədi regionda uzunmüddətli təhlükəsizlik və əmin-amanlığı təmin etmək yox, Rusiyanı buradan sıxışdırıb çıxarmaqdır. Buna misal olaraq, Avropa İttifaqının Ermənistandakı mülki missiyasını göstərmək olar. Bu missiyaya hərbçilər və xüsusi xidmətlərin əməkdaşları daxil edilib. Düşünürəm ki, onların əslində nə ilə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur. Bununla əlaqədar olaraq regiona KTMT missiyasının göndərilməsi istiqamətində işin davam etdirilməsini zəruri hesab edirik”.
Göründüyü kimi, Kreml Ermənistan üzərindəki nüfuzunu əldən vermək istəmir, hətta İrəvanı geri qazanmaq üçün bu kimi vasitələrdən - KTMT və ya Avrasiya İttifaqı üzərindən gedişlər etməklə balans formalaşdırmaq istəyir. Rusiya anlayır ki, Azərbaycan qalib ölkədir və onun mövqeyi bəllidir. İndiki halda Moskvanın regiona nüfuz etməsinin yeganə yolu Ermənistandır.
Sərgüzəşt davam edir...
Görünən budur ki, iki dövlət arasındakı “KTMT sərgüzəşti” hələ bir müddət də davam edəcək. İrəvan Moskva ilə KTMT müstəvisində barışmaq niyyətində deyil - Ermənistan öz mövqeyini belə izah edir ki, KTMT hətta onların sədrliyi dönəmində belə Azərbaycana “işləyib”. Çünki ötən il İrəvanda keçirilən iclasda Ermənistanın baş nazirinin KTMT-yə qarşı irəli sürdüyü narazılıqlar heç bir ölkə tərəfindən ciddi qəbul edilməmişdi. Tam əksinə, sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, ölkəsinin KTMT sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq. Belarus Prezidenti məsələnin həllində Azərbaycan rəhbərliyinin istəklərinin əsas olduğunu bir daha qəti şəkildə bildirmişdi. Beləliklə də, Ermənistanın qurumda anti-Azərbaycan ab-havası yaratmaq istəyi fiaskoya uğramışdı. Çünki Ermənistan KTMT üzvü olsa belə, üzv ölkələrin seçimi bəllidir. KTMT-də Azərbaycanın dostları Ermənistandan daha çoxdur.
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54

