Kilsə, yoxsa təxribat yuvası?
01.06.2023 [10:30]
Mübariz FEYİZLİ
Son vaxtlarda Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində müəyyən bir müsbət dinamika müşahidə edilir. Prosesə qoşulan vasitəçilər - Vaşinqton, Brüssel, Moskva fəallıqlarını artırıblar və müxtəlif mərkəzlərdə aparılan müzakirələr intensivləşib. Verilən bəyanatlardan aydın olur ki, tərəflər müəyyən məsələlərdə, o cümlədən də sülh müqaviləsinin imzalanmasında, sərhədlərin demarkasiya və delimitasiya olunmasında, kommunikasiyaların açılmasında mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıblar. Bir neçə gün bundan əvvəl baş nazir Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Müşahidə edilən bütün bu kimi müsbət proseslər fonunda Ermənistanda revanşizm meyllərinin güclənməsi də diqqət çəkir. Revanşistlər N.Paşinyanın ifadə etdiyi fikirləri, necə deyərlər, top-tüfənglə qarşılayıblar. Onlar sülh prosesinə növbəti dəfə pəl vurmaqdan ötrü cəmiyyətdə millətçilik hisslərini qızışdırır, itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağırış edirlər.
Nə qədər qəribə görünsə də məğlub ölkədə yeni müharibə, azərbaycanlılara nifrət çağırışları edənlərin ideoloqları rolunda din xadimləri, keşişlər, katalikoslar çıxış edirlər. “Ermənistan hökumətinin Qarabağla bağlı yanaşması qəbuledilməzdir və kilsə buna səssiz qala bilməz”. Bunu Böyük Kilikiya Evinin katalikosu I Aram söyləyib. O, narahatlığını ifadə edərək İrəvan tərəfindən Qarabağ separatçıları ilə bağlı ortaya qoyulan passivliyin qondarma rejimin tam ləğvinə gətirib çıxaracağını söyləyib. Katalikos, həmçinin Paşinyanın Ermənistanın milli maraqları ilə dövlət maraqları arasında sərhəd qoymasının da onlar üçün qəbuledilməz olduğunu deyib.
Qeyd edək ki, I Aram diaspor arasında böyük nüfuz sahibidir. Xüsusilə onun təsir imkanları Yaxın Şərq və Qərbdəki erməni təşkilatları arasında hiss edilir. O daha çox bu təşkilatlar üçün ideoloji dayaq rolunu oynayır.
İndiki həssas dönəmdə I Aram sülyaratma prosesinə, Azərbaycanla Ermənistanın müəyyən məsələlərdə ortaq məxrəcə yaxınlaşmasına pəl vurmağa çalışan yeganə din xadimi deyil. Bundan əvvəl bütün ermənilərin katolikosu II Qaregin Ermənistanla Azərbaycan arasında 35 ildən artıqdır davam edən milli ədavətə, kin-küdurətə son qoyan çağırış etmək əvəzinə, etnik nifrət hissini daha da qızışdıran açıqlama ilə çıxış edib. O, mayın 7-də Ermənistan Universitetinin tələbə və məzunları ilə görüşündə Qarabağ ermənilərinin “azad və müstəqil yaşamaq” hüququnun qorunmasının vacibliyini bildirib. Katolikos erməni apostol kilsəsinin xalqın “müstəqil dövlət” ideyasını hər zaman dəstəklədiyini təsdiqləyib. Eçmiədzin kilsəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, katolikos ölkəsinin və erməni xalqının düşdüyü çətin vəziyyətə toxunub.
Daha bir fakta da diqqət çəkək. Bu günlərdə katolikos II Qareginin rəhbərlik etdiyi ali dini şura xüsusi bir bəyanat yayıb. Kağız parçasını xatırladan bu bəyanatda “Artsax bizdən xəbərsiz Azərbaycana verilə bilməz”, “Bizim övladlarımızın bu torpaqlarda qanı axdı”, “Sülh xatirinə heç bir güzəştə imkan verməyəcəyik”, “Artsaxın verilməsi ermənilərin yeni genosidini hazırlayır” kimi ifadələr yer alıb.
“Qara keşişlər” ifadəsi çox məşhurdur. Bu ifadə haradan yaranıb və özündə hansı anlamı ifadə edir? Keşişlərin paltarları adətən qara rəngdə olur. Həmçinin Eçmiədzində “lövbər” salan din xadimləri də bu baxımdan istisnalıq təşkil etmirlər. “Qara keşiş”, bəlkə, geyimə işarədir? İstisna olunmasa da, keşişlərin geyim forması ilə işimiz yoxdur. Hər halda bu, tarixi ənənədir və qorunmasında da hansısa bir qəbahət axtarmağına dəyməz. Başqa bir versiya din xadimlərinin mənəviyyatı, ibadət ocaqlarının - kilsələrin öz fəaliyyətlərini hansı prinsiplər və ideoloji əsaslar üzərində qurmaları ilə bağlıdır. Bu, versiya ağlabatandır. Müharibələrə, terrora, dini-irqi dözümsüzlüyə çağırışları adətən qara qüvvələr edirlər. Belə görünür ki, erməni keşişlərinin yalnız geyimləri deyil, onların niyyəti də qara rəngdədir. Erməni kilsələrini və din xadimlərini bütün səmavi dinlərdən və dünyada humanizm, nəciblik, barışıq təbliğ edən din xadimlərindən uzaq salan fərqi də məhz bundadır.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

