Zəngəzur dəhlizində...
02.06.2023 [10:00]
Tərəflər razılığa gələcəkmi?
Nardar BAYRAMLI
Bu həftənin sonu Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupunun iclasının keçirilməsi nəzərdə tutulur. İclasda Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması məsələsi müzakirə ediləcək.
Overçukdan nikbin açıqlama
Bu görüş ərəfəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, İşçi Qrupu Azərbaycan və Ermənistan arasında sərhədi keçmə modeli ilə bağlı texniki detalları müzakirə edəcək. Onun sözlərinə görə, buna pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri daxildir. Overçuk qeyd edib ki, Ermənistan Naxçıvan, Zəngəzur, Azərbaycan vasitəsilə Rusiya, Avropa İttifaqı və İrana çıxmaq imkanı əldə edəcək. Rusiya Baş nazirinin müavini onu da deyib ki, tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpa edilməsinə çox yaxındırlar.
Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılmasında Ermənistanla İrandan savayı digər region ölkələri maraqlıdır. Eləcə də, dünyanın aparıcı dövlətləri də bu layihəni dəstəkləyir. Lakin rəsmi İrəvanın qeyri-konstruktiv mövqe tutması səbəbindən layihənin reallaşması bir qədər gecikir. Erməni tərəfi “dəhliz” sözündən qorxur, sanki bu faktı Ermənistanın varlığının sonu kimi qəbul edirlər. Halbuki, “dəhliz” termini beynəlxalq miqyasda işlədilən ifadədir. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının toplantısına qonaq qismində iştirak edən Prezident İlham Əliyevin çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs etməsini Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər gülünc olsa da, ölkəsinə qarşı ərazi iddiası kimi “qiymətləndirdi”. Lakin dövlətimizin başçısı İlham Əliyev onun fikirlərinin əsasız olduğunu vurğuladı: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
Ermənistanın əsas məqsədi...
Aydındır ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.
Regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək.
Rəsmi İrəvan anlamır
Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımdan daha yaxın və tariflərə görə də sərfəli hesab edilir. Azərbaycanın son illərdə Xəzərdə qurduğu müasir Ələt Beynəlxalq Ticarət limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan beynəlxalq hava limanlarının yaradacağı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək. Bütün bunlar isə respublikamızın perspektivdə etibarlı tranzit ölkəsi kimi böyük həcmlərdə gəlirlər qazanmassına səbəb olacaq.
Bütövlükdə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir imkandır. Nəzərə almaq lazımdır ki, Ermənistan da Zəngəzur dəhlizi vasitəsilə iqtisadi dividentlər qazana bilər. Lakin rəsmi İrəvan dəhlizin özü üçün nə qədər əhəmiyyətli olduğunu anlamır. Bu səbəbdən də ermənilər bu mövzuda əsassız və qeyri-ciddi bəyanatlar verirlər. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan beynəlxalq və regioanl layihələrdən kənarda qalıb. Ona görə də, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətini dəyərləndirmək imkanında deyil.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

