Təxribatların sonu nə ilə bitəcək?
06.06.2023 [10:10]
Nardar BAYRAMLI
Hazırda gündəmin əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində son vaxtlar liderlər Brüsseldə, Moskvada, Kişinyovda görüşlər keçiriblər. İyunun 12-də isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişi üzrə danışıqları davam etdirəcəklər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına maraqlıdır. Lakin hər dəfə erməni tərəfi hərbi təxribatlar törətməklə qeyri-konstruktiv mövqeyini nümayiş etdirir.
Qeyd etdiyimiz görüşlər ərəfəsi və sonrasında da ermənilər bu “ənənələrinə” sadiq qalırlar. Son günlər davamlı olaraq həm şərti dövlət sərhədində mövqelərimiz atəşə tutulur, həm də Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında da qanunsuz erməni silahlı dəstələri hərbi təxribatlar törədirlər. Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Həmin gün saat 20:10 radələrində sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri şərti dövlət sərhədində - Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Bu hərbi təxribatların sülh danışıqlarının intensivləşdiyi dövrdə baş verməsi ciddi suallar doğurur. Bütün bunlar Ermənistanın regionda sabitliyin təmin olunmasına, Azərbaycanla münasibətlərin normallaşdırılmasına maraqlı olmadığını göstərmirmi? Görünən odur ki, ilk növbədə, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün təşəbbüslər göstərən Avropa İttifaqı tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır. Azərbaycan da bu təşəbbüsləri dəstəkləyir. Ermənilərin hərbi təxribatları belə rəy formalaşdırmağa xidmət edir ki, guya tərəflər arasında sülh sazişi imzalamaq hələ tezdir, tərəflər buna hazır deyil, dövlətləri və xalqları sülhə hazırlamaq lazımdır və s. Yəni müxtəlif bəhanələrlə proses uzadılır. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti olaraq rədd edilməli və qınanılmalıdır.
Xəbər lenti
Hamısına baxGündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38

