Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda ailənin tək övladı olan şəxslər hərbi mükəlləfiyyətdən azad oluna bilərlər

Azərbaycanda ailənin tək övladı olan şəxslər hərbi mükəlləfiyyətdən azad oluna bilərlər

11.08.2011 [02:26]

Milli Məclisə “Hərbi çağırışın əsasları”, “Hərbi xidmət haqqında” və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə ictimaiyyətdən bir sıra təkliflər daxil olub. Bunu dünən “Trend”ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, daxil olan təkliflər əsasən magistratura ilə bağlı məsələlərlə əlaqədardır: “Hazırda Azərbaycanda ali məktəblərin bakalavriatura pilləsini bitirən oğlanlar magistraturaya daxil olsalar da, hərbi xidmətə gedirlər. Təklif olunur ki, magistraturaya daxil olmuş şəxslər təhsillərini başa çatdırdıqdan sonra hərbi xidmətə getsinlər. Bundan əlavə, o da təklif olunur ki, ali məktəbi bitirən şəxslərə magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün şərait yaradılsın, qəbul olmadıqları təqdirdə hərbi xidmətə getsinlər”.
Deputat qeyd edib ki, daxil olan təkliflər sırasında ailənin tək övladı olan şəxslərin hərbi mükəlləfiyyətdən azad olunması məsələsi də qeyd edilir. O, həmçinin, bildirib ki, bu təkliflərin qanun şəklinə salınması üçün müzakirələr aparılmalıdır, lakin hələ ki bu, baş tutmayıb: “Bütün irəli sürülən təkliflər nəzərdən keçirildikdən sonra bu məsələ Təhlükəsizlik və müdafiə komitəsində və Milli Məclisin iclasında müzakirə oluna bilər”.

Paylaş:
Baxılıb: 903 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30