Erməni icması üçün Marsel qarmağı...
25.08.2011 [10:46]
Fransa xarici siyasət idarəsinin mətbuat katibi Bernar Valero qeyd edib ki, parlament üzvlərinə Parisin Dağlıq Qarabağ barədə mövqeyi haqqında lazımi qaydada xəbərdarlıq edilmişdi. Valero vurğulayıb: “Bu səfər bu münaqişəyə münasibətdə Fransanın üzərinə heç bir öhdəlik qoymur və onun bu barədə siyasətini əsla dəyişmir. Ermənistan özü də daxil olmaqla beynəlxalq birliyin bütün ölkələri kimi, Fransa da bu ərazinin müstəqilliyini tanımır”.
Fransa Azərbaycanın notasına kifayət qədər operativ münasibət bildirib və ATƏT-in Minsk qrupunun həmsədri olmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz mövqeyini bir daha təsdiqləyib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun sözlərinə görə, etiraz notasında qeyd edilib ki, belə bir addım Paris ilə ikitərəfli münasibətləri heç də yaxşılaşdırmır və ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkə kimi Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə səylərinə ziyan vurur.
Fransız deputatların demarşına Fransanın rəsmi cavabına baxmayaraq, belə bir haqlı sual yaranır: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycan ilə Ermənistan arasında vasitəçilik funksiyasını yerinə yetirən Minsk qrupunun həmsədri olan ölkənin deputatı öz şəxsi maraqlarını dövlətin mənafeyindən necə üstün tuta bilər? Xüsusən, ona görə ki, Gi Tesye və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər etmiş Fransa parlamentinin digər deputatları bu ölkənin hakim partiyasının - Milli Assambleyada əksəriyyət təşkil edən (577 yerdən 313-ünə sahib olan) Xalq Hərəkatı Uğrunda İttifaqın üzvləridir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş nümayəndə heyətinin tərkibinə Gi Tesye ilə yanaşı Jak Remilye, Jorj Kolumbye və xanım Valiri Buaye də daxil idi. Bu deputatlar kimlərdir?
Fransa Milli Məclisinin saytında yerləşdirilmiş məlumata görə, Gi Tesye milli müdafiə və silahlı qüvvələr məsələləri üzrə parlament komitəsinin rəhbəri olmaqla bərabər, həm də Ermənistanla parlamentlərarası dostluq qrupunun katibidir. O, Marsel şəhərinin 5-ci sektorunun, Marselin inzibati mərkəzi olan Buş-dü-Ron rayonunun meridir. Jak Remilye xarici işlər üzrə parlament komitəsinin və Ermənistan ilə parlamentlərarası dostluq qrupunun katibidir. Jorj Kolumbye də həmin dostluq qrupunun katibidir. Valeri Buaye Ermənistanla dostluq qrupunun vitse-prezidenti və Buş-dü-Ron sektorunun vitse-meri, yəni Gi Tesyenin müavinidir.
Məlumdur ki, Fransanın bu şəhərində böyük erməni icması var. Marsel merinin müavini Jan Klod Qodenin müavini, etnik erməni Didye Parakyan Fransanın bu ikinci böyük şəhərində Ermənistanın və erməni separatçılarının maraqları üçün fəal lobbiçilik edir. Buradakı erməni icması demək olar ki, bütün hökumət və qeyri-hökumət strukturlarına təsir göstərə bilib. Hətta, mer Jan Klod Qoden özü də erməni icmasını nümayişkaranə şəkildə dəstəkləyir, tez-tez Ermənistana səfər edir. Ermənilər onu, hətta, Fransada “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza haqqında qanun qəbul edilməsinin apologeti adlandırırlar.
Beləliklə, Marsel, ermənilərin özlərinin dediyi kimi, “Fransanın əsl erməni şəhəridir”. Fransız deputatların hərəkətini bununla izah etmək olar, onlar seçkilərdə ermənilərin səsini qazanmaq üçün erməni icmasına yarınmağa çalışırlar.
Daha bir sual yaranır: erməni separatçıları bu səfər nəticəsində nə qazanıblar?
Əlbəttə ki, heç nə! Rəsmi Bakı bu regionda vəziyyət haqqında beynəlxalq birliyi yetərincə məlumatlandırıb. Dünyanın bütün dövlətləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və mahiyyət etibarilə dünyanın bu region haqqında məlumatlı olması elə bundan ibarətdir. Fransız deputatların Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri dünya ictimaiyyətinin Azərbaycana və Dağlıq Qarabağ probleminə münasibətdə mövqeyində heç nəyi dəyişməyib və dəyişə də bilməz.
Bu səfərdən yalnız fransız parlamentariləri müəyyən dividendlər əldə ediblər. Onların “Dağlıq Qarabağ ilə həmrəy olmaları” barədə, “müstəqillik elan etməyin zəruri olması” haqqında bəyanatlarının heç bir siyasi sanbalı yoxdur. Bu, sadəcə olaraq, siyasi tryuk, Marselin erməni icması üçün bir qarmaqdır. Vəssalam. Tesye özü Dağlıq Qarabağda səsləndirdiyi bəyanatlarında özünü inandırmağa çalışır ki, bu əraziyə səfər etməklə heç bir pis iş görmür: “Biz öz dostlarımızın yanına gəlməklə nə pis iş görürük?”. Bunu o adamlar deyir ki, onlar öz hərəkətlərinin düzgün olmadığını başa düşür, lakin müəyyən amillərin təsiri altında bunu etməyə məcburdurlar. öz təqsirini başa düşən adamlar özlərinə bu yolla haqq qazandırırlar. Tesyenin Dağlıq Qarabağda dediyi bütün sözlər riyakarlıqdır, lakin o, Fransa parlamentinə növbəti seçkilərdə bu riyakarlıqdan səmərə gözləyir.
Son illərdə həyata keçirilmiş bu cür səfərlərin mahiyyətinə varanda bəzən yəqin edirsən ki, “erməni məsələsi” təkcə Fransada deyil, başqa ölkələrdə də siyasətçilərin əlində oyuncaq kimi bir şeydir. Onlara siyasi dividendlər lazımdır və bunun xatirinə onlar öz dövlətlərinin rəsmi siyasətinə tamam zidd olan sözlər danışmağa hazırdırlar. ötən əsrin əvvəlində bu “məsələ”nin yarandığı vaxtdan keçən yüz il ərzində belə olub və göründüyü kimi indi də belədir.
AzərTAc
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

