“İstanbul müqaviləsi”nin acı nəticələri...
12.07.2023 [11:12]
I Pyotrun erməni köçünə başlamasından 299 il ötür
Müasir dövrümüzdə erməni faktoru Cənubi Qafqazın inkişafının, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasının qarşısında “qara daş”a çevrilmiş ən böyük maneədir desək, yanılmarıq. Özünə oğurluq tarix düzəltməyə çalışan ermənilər nə qədər çalışsalar da regionun aborigen əhalisinə çevrilə bilmirlər. Səbəb isə aydın və obyektivdir - onlar bu ərazilərə köçürüblər. Köçürülmənin tarixi isə o qədər də qədim deyil.
1721-ci ildə İsveçlə çar Rusiyası arasında sülh müqaviləsinin imzalanmasının ardından I Pyotr Qafqaza yürüşə çıxır. İki il ərzində Azərbaycanın Xəzəryanı bölgələrini və paytaxt Bakını işğal edir - burada türk mənşəli müsəlman əhalisinin yaşadığını və onların işğala müqavimətini görən imperator “erməni kartı”nı işə salır. Onun məqsədi isə bəlli idi - qədim türk yurdunda erməniləri yerləşdirməklə çoxillik siyasətinin növbəti mərələsini həyata keçirmək istəyirdi. Bunun üçün isə Pyotra bir bəhanə gərək idi - 1724-cü ildə imzalanan İstanbul müqaviləsi ermənilərin Qafqaza köçürülməsinə əhəmiyyətli şəkildə yol açdı...
Pyotrun erməni “planı” üçün stimul...
1724-cü ilin iyulun 12-də Rusiya və Osmanlı imperiyaları arasında imzalanan müqaviləyə görə Səfəvi torpaqlarının bir hissəsi sözügedən dövlətlər arasında bölündü. Müqavilə 6 maddə və 1 nəticədən ibarət idi. Müqaviləyə əsasən, Osmanlı tərəfi Rusiyanın işğal etdiyi Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq edirdi. Rusiya isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın Osmanlıya çatmasına etiraz etmədiyini bildirirdi. İstanbul müqaviləsinə görə osmanlıların Şirvanda qoşun saxlamağa ixtiyarı yox idi - Şirvan osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq elan olunurdu.
Dövlət fərmanı - Bakı erməniləşdirilməli idi
Müqavilənin imzalanmasının ardından Pyotr erməniləri azərbaycanlıların qırğınına və deportasiyasına yönəltməyə başlayır, müxtəlif planlar cızır. Tarixə məlum olduğu kimi, ard-arda verilən sərəncamlar Azərbaycanın şimal bölgələrini, xüsusilə Bakını erməniləşdirməyə xidmət edirdi. Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) adlı sənəd böyük rol oynadı - həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. Bu fərmanla ermənilər Bakıda və Dərbənddə yerləşdirilməli idilər. Tapşırığa əsasən, onların işi təkcə məskunlaşmaq deyil, burada tez-tez təxribatlar törətmək, müsəlmanları qırmaq, osmanlılarla onların arasına nifaq salmaq idi. I Pyotr ölümünə qısa vaxt qalmış bu siyasəti davam etdirməyi özündən sonra gələnlərə vəsiyyət edir.
Erməni katalikosunun köçürülmə “layihəsi”...
1768-ci ildə II Yekaterina “babasının” vəsiyyətinə əməl edərək imperiyanın ermənilərə hamiliyi barədə fərman imzalayır, onlara geniş imtiyazlar verir. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərir: “Nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində ermənilərdən istifadə olunsun”.
Qeyd edildiyi kimi, I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başlandı. Erməni katalikosu Nerses Aştaraketsi köçürülmə haqqında layihə hazırladı. Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: “İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim... Mən, həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən (Paskeviçdən - K.Ş.) xahiş etdim və indi mən cənaba (Qriboyedova - K.Ş.) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın”.
21 mart fərmanı - “erməni əyaləti” yaradıldı...
Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı proseslər isə ermənilərin kütləvi köçünə yol açdı. Belə ki, müqavilədən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “erməni əyaləti”nin yaradılması haqqında əmr imzaladı. Əmrə əsasən, o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də “erməni əyaləti”nin tərkibinə daxil edilir. Ardınca da Türkmənçay müqaviləsinin XV bəndinə əsasən, İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Həmin ərazilərdə yaşayan azərbaycanlılar isə öz yurd-yuvalarından faciəli şəkildə çıxarıldı. Beləliklə, əsası 1724-cü ildə qoyulan Qafqaza ermənilərin köçürülməsi siyasəti müasir dövrümüzün tablosunun ortaya çıxmasında əsaslı rol oynadı...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

