Kaspi Təhsil Mərkəzi yeni layihələrini təqdim edib
14.09.2011 [09:53]
AzərTAc xəbər verir ki, tədbirdə mərkəzin ötən tədris ilində fəaliyyəti, qazandığı nailiyyətlər barədə məlumat verilib, 2011/2012-ci tədris ili üçün nəzərdə tutulmuş yeni layihələr təqdim edilib.
“Kaspi” Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir iştirakçılarını mərkəzin fəaliyyəti barədə ətraflı məlumatlandırıb. Bildirib ki, Kaspi Təhsil Mərkəzi paytaxt sakinlərinin mərkəzin xidmətindən rahatlıqla istifadə etmələri üçün cari ildə filiallarının sayını 5-ə çatdırıb. Bundan əlavə, mərkəz bir neçə uğurlu layihələr həyata keçirib. “Azercell” şirkətinin dəstəyi ilə jurnalistlər üçün, Daxili İşlər Nazirliyinin dəstəyi ilə isə polis əməkdaşlarına peşəkar dil kursları təşkil edilib. Layihələr bu gün də davam etdirilir.
S.Vəliyeva Kaspi Təhsil Mərkəzinin qarşıdan gələn tədris ilinə yeni nəşrləri ilə qədəm qoyduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu il “Kimya” və “İngilis dili” fənləri üzrə dərs vəsaiti, Azərbaycan tarixi və ingilis dili üzrə test bankları nəşr olunub. Şirkətlər Qrupunun rəhbəri yaxın gələcəkdə də bir sıra kitabların işıq üzü görəcəyini bildirib.
Mərkəzin yeni layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verən S.Vəliyeva yeni tədris ili üçün uşaq hazırlığı layihəsinin həyata keçirildiyini deyib. Bildirib ki, “Kaspi Kids” adlı bu layihə artıq yeni tədris ilindən xidmət göstərəcək. Bu layihə 4, 5 və 6 yaşlı uşaqlar üçün nəzərdə tutulub. O, peşəkar xidmətlər göstərəcək bu layihəyə məktəbəqədər hazırlıq, uşaqlar üçün ingilis və rus dilləri, rəsm dərnəyi daxil olduğunu bildirib.
Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O, mərkəzlə əməkdaşlıq edən universitetlərin sayının 70-ə çatdığını, 50-yə yaxın tələbənin xaricdə bakalavr və magistr pillələri üzrə təhsilinin təmin edildiyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, professor Yəhya Kərimov və digər çıxış edənlər mərkəzin fəaliyyəti, təhsil sahəsində gördüyü uğurlu işlər və əldə etdiyi nailiyyətlər barədə danışıblar.
Sonda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə Kaspi Təhsil Mərkəzinin hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

