Azərbaycanın birinci xanımı Parisdə Beynəlxalq konqresdə iştirak edib
17.09.2011 [10:28]
Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak edib.
Birinci xanım Mehriban Əliyevanı Parisin 7-ci rayonunda Konqresin keçirildiyi Hərbi məktəbdə Fransa Terror qurbanları Assosiasiyasının baş direktoru Qiyyom dö Sen Mark qarşılayıb.
Tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Sonra dünyada baş verən terror hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə keçirilən Konqresi Qiyyom dö Sen Mark açıb.
İştirakçıları salamlayan Assosiasiyanın baş direktoru tədbirin əhəmiyyətini qeyd edib və Konqresin tərəfdaşlarına minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, Avropa Komissiyası, Fransanın Xarici və Avropa İşləri, Müdafiə, Ədliyyə, Daxili İşlər nazirlikləri və Paris meriyası ilə yanaşı, Heydər Əliyev Fondu da Konqresin tərəfdaşları sırasındadır.
Azərbaycanın bu Konqresə xüsusi maraq göstərdiyini deyən Qiyyom dö Sen Mark vurğulayıb ki, tədbirdə Azərbaycandan olan terror qurbanlarının iştirakı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub. ölkəmizə səfər etdiyini və terror qurbanları ilə görüşdüyünü deyən Fransa Terror qurbanları Assosiasiyasının baş direktoru Azərbaycanda da belə bir təşkilatın yaradıldığını yüksək qiymətləndirib. Qiyyom dö Sen Mark qeyd edib ki, indiyədək bu Konqres İspaniya və Kolumbiyada keçirilib. Budəfəki Konqresdə 35-dən çox ölkədən terror qurbanları və onların qohumları iştirak edirlər. Tədbirin əsas məqsədi terrorizmdən əziyyət çəkən insanlara dəstək verməkdir. Baş direktor qeyd edib ki, gələcəkdə dünyada baş verən terror aktları qurbanlarının xatirəsinə abidə qoyulacaq.
Beynəlxalq Terror Qurbanları Təşkilatının sədri Karlos Romero tədbirin terror qurbanları üçün böyük əhəmiyyət daşıdığını deyib və əlavə edib ki, terrorla mübarizədə bütün ölkələr, hökumətlər və mülki şəxslər səyləri birləşdirməli, bütün bəşəriyyət üçün təhlükə olan bu bəla ilə mübarizə əlaqələndirilmiş formada aparılmalıdır. O bildirib ki, terrorizm və onun bütün fəsadları yalnız bir dövlət və xalq üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün təhlükəlidir. Karlos Romero növbəti bu cür Konqresin İspaniyada keçiriləcəyini bildirib.
Amerika Birləşmiş Ştatlarının Fransa və Monakodakı səfiri çarlz Rivkin 2001-ci il 11 sentyabr hadisələrindən danışıb. O qeyd edib ki, həmin hadisələrdə 3 minə yaxın insan terrorun qurbanı olub. Səfir gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün bütün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Diplomat ölkəsinin terrorla mübarizə istiqamətində apardığı işlərdən danışıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış edib: “Əlahəzrət Şahzadə, Zati-aliləri, Xanımlar və cənablar!
Mən çıxışıma 7-ci Beynəlxalq Terror qurbanları Konqresində iştirak etmək üçün səmimi dəvətə görə Fransa Terror qurbanları Assosiasiyasına və onun baş direktoru Qiyyom dö Sen Marka təşəkkürümü bildirməklə başlamaq istərdim.
Bu mühüm tədbir terror bəlasına qarşı mübarizədə və onun dəhşətli nəticələrinin aradan qaldırılmasında dünyanın üzləşdiyi çağırışların təfərrüatla nəzərdən keçirilməsi üçün olduqca münasib fürsətdir. Əslində, biz terror qurbanlarına lazımi qayğı ilə yanaşmasaq, onunla mübarizədə qalib gəlmək mümkün olmaz. Təbii ki, terror aktları qurbanlarının çəkdiyi əziyyətlərin qarşısının alınmasına yönəlmiş səylər diqqət mərkəzində olmalıdır.
Dövlətlər, qeyri-dövlət qurumları və bütövlükdə vətəndaş cəmiyyəti cəmiyyətlərimizin bu cür olduqca zəif təbəqəsinə mənəvi, maddi, tibbi, məsləhətçi və digər formada dəstək və yardımın göstərilməsində öz səylərini artırmalıdırlar. Onlara, həmçinin öz hüquqları izah edilməklə və təcrid olunma hisslərinin azaldılması məqsədi ilə üzləşdiyi problemlərə ictimai diqqəti yönəldərək yardım etməliyik. Qurbanlara yardım əli uzadılmalıdır ki, onlar çəkdikləri əzablara tab gətirməyə güc tapsınlar. Onları əmin edirik ki, bu insanların başına gələnləri biz heç vaxt unutmayacağıq.
Əminəm ki, 35-dən artıq ölkədən, o
cümlədən Azərbaycandan gəlmiş və dünyanın bütün yerlərini təmsil edən böyük sayda iştirakçılar daha faydalı və məzmunlu şəkildə fikir mübadiləsi aparmaq imkanından yararlanacaqlar. İnanıram ki, tədbirin ən böyük faydası bir tərəfdən qərarları qəbul edənlər, digər tərəfdən isə terror qurbanları və vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoq və qarşılıqlı fəaliyyətdən irəli gələcək. Bu, həmçinin öz fərdi təcrübəsi ilə bölüşmək, tanış olmaq və üzləşdikləri çağırışların aradan qaldırılması yollarını araşdırmaq üçün nadir fürsətdir.
Hörmətli iştirakçılar.
Terrorçuluq bütün dövlətlərə və xalqlara hədədir. O, təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərlərinə, vətəndaşların hüquq və azadlıqlarına, xüsusən də günahsız insanları hədəfə götürən təhlükədir. Terrorçuluq cinayət aktıdır və istənilən şəraitdə əsaslandırıla bilməz.
Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz hərbi təcavüz və xaricdən işğal ilə üzləşmişdir. ölkəmizdə 30-dan artıq terror aktı törədilmiş və nəticədə, 2000-dən çox soydaşımız qətlə yetirilmişdir.
Bir neçə gün öncə onuncu ildönümü qeyd edilmiş 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan terrorçuluğa qarşı mübarizəyə qoşuldu və terrorçuluğa qarşı beynəlxalq koalisiyanın bir hissəsi kimi böyük töhfə verdi.
Hamımız bilirik ki, terrorçuluğun universal xarakterini nəzərə alaraq, fərdi qaydada göstərdiyimiz səylərin uğurlu olması apardığımız beynəlxalq əməkdaşlığın keyfiyyətindən asılıdır. Bu baxımdan, mən qurbanların üzləşdiyi problemlərin həllində birgə tədbirlərin görülməsində yardımçı olacaq Terror Qurbanları Beynəlxalq Assosiasiyasının yaradılması ideyasını bütövlüklə alqışlayıram. İnanıram ki, Fransanın təcrübəsi əsasında bu yaxınlarda yaradılmış və təmsilçiləri bu gün aramızda olan Azərbaycan Terror qurbanları Assosiasiyası gələcək uğurlara töhfə verəcəkdir.
Sonda belə bir tarixi toplantıdakı müzakirələrə böyük müvəffəqiyyətlər arzulayır və sizi əmin edirəm ki, Azərbaycan terror qurbanlarına aid olan məsələlərin həllinə yönəlmiş beynəlxalq səylərə davamlı dəstəyini göstərəcəkdir.
Diqqətinizə görə minnətdaram”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı alqışlarla qarşılanıb.
Sonra Fransanın ədliyyə naziri Mişel Mersiye çıxış edib. Fransa Prezidenti Nikola Sarkozinin salamlarını Konqres iştirakçılarına çatdıran Mişel Mersiye vurğulayıb ki, terror qurbanları hər zaman qayğı ilə əhatə olunmalıdırlar və onların problem və çətinlikləri hər bir insanı narahat etməlidir. Terrorizmin ümumbəşəri bəla olduğunu deyən ədliyyə naziri terror qurbanlarına dəstəyin bütün millətlər üçün vacib olduğunu diqqətə çatdırıb.
Daha sonra İspaniya şahzadəsi çıxış edib. “Terrorçuların əməllərinə heç cür bəraət qazandırmaq olmaz”, - deyən Şahzadə vurğulayıb ki, dünyada terrorizmin kökünü kəsmək üçün hamı çalışmalıdır.
Fransa və eləcə də Avropa mediasının çox böyük diqqət mərkəzində olan tədbirdə dünyanın nüfuzlu və tanınmış ictimai-siyasi xadimləri, müxtəlif millətlərin nümayəndələri, həmçinin Amerika Birləşmiş Ştatları, Rusiya, İspaniya, Kolumbiya, Misir, Pakistan, İran və İraqın Fransadakı səfirləri və bu ölkələrdən mütəxəssislər iştirak ediblər.
Konqres işini bu gün başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40

