Sabiq səfir, köşə yazarı erməni xorunda...
15.08.2023 [10:30]
Mübariz FEYİZLİ
Bir sıra transmilli media qurumlarının dünyadakı erməni lobbisinin girovluğunda qaldığını sübut etmək üçün çox da baş sındırmağa lüzum yoxdur. Ayrı-ayrı nəşrlərin səhifələrində yer alan yazılara sözün əsl mənasında saxta erməni ruhu hopub və belə cızmaqaraların sifarişlərinin məhz xaricdəki erməni lobbisindən gəldiyinə heç bir şübhə yoxdur. Həmin yazılar yenə də köhnə eməni notları üzərindədir - “soyqırıma” məruz qalan Ermənistan Azərbaycanın və Türkiyənin blokadasından əziyyət çəkir, qondarma “artsax” xalqının hüquqları tapdanır, Azərbaycan etnik ermənilərə qarşı qərəzli siyasət aparır və s. Burada təzə heç nə yoxdur, hamısı ermənilərin dünyanı dolaşan köhnə nağıllarıdır. Bu dəfə xaricdəki erməni lobbisinin sifarişlərini yerinə yetirən kütləvi informasiya vasitəsi qismində “The Washington Post”çıxış edib. Bu nəşrdə ard-arada köşə yazarı Devid İqnatiusun və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin (1994-1997) ölkəmizə qarşı, necə deyərlər, ermənilərin baxış bucağından qələmə alınmış yazıları dərc olunub.
Taylı tayını tapar
Azərbaycan dilində belə bir zərb-məsəl var: Taylı tayını tapar. Riyakar xislətə malik ermənilər də bəhs olunan şəxslərin timsalında öz taylarını tapıblar. İlk növbədə köşə yazarı Devid İqnatiusdan başlayaq. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımında onun kimliyinin qaranlıq məqamlarına, daha dəqiq ifadə etsək, ermənipərəstliyinin haradan qaynaqlandığına işıq salıb. Azərbaycan Prezidentinin köməkçisi “The Washington Post”un köşə yazarı Devid İqnatiusun Laçın yolu ilə bağlı dərc etdiyi məqaləsini tənqid edərək onun işğalçılığa haqq qazandırdığını bildirib. Bu barədə Prezidentin köməkçisi X-də (keçmiş tviter) yazıb.
“The Washington Post”da Devid İqnatiusun rəyi Azərbaycana qarşı əvvəlcədən yazılmış tipik təbliğat/dezinformasiya xarakterli məqalələr silsiləsindəndir. Dostunu göstər, kim olduğunu deyim! D.İqnatius Ruben Vardanyanın yaxşı dostudur. Sonuncu kriminal oliqarxdır.
Ruben Vardanyan çirkli pulların yuyulması sxemləri ilə ofşor banklara 2 milyard dəyərində pul köçürüb. D. İqnatius keçən il Qarabağa paraşütlə tullanan və “The Washington Post”un köşə yazarı tərəfindən mədh edilən Ruben Vardanyanın “Avrora” təşəbbüsü çərçivəsində rahat sığınacaq tapıb.
İqnatius 2016-cı ildə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərində olduğu kimi, Ermənistanın himayə etdiyi separatçı marionet rejimi yerlərdə bütün faktları yanlış şərh etməklə və işğala haqq qazandırmaqla dəstəkləməkdə və müdafiə etməkdə davam edir.
Siz, 2016-cı ildə Azərbaycanın ovaxtkı işğal olunmuş torpaqlarına səfər etmiş jurnalist kimi, oradakı bütün vandalizmlərə göz yummusunuz/kar-lal münasibət göstərmisiniz. Laçın yolunun funksionallığı ilə bağlı qərəzli yazınız heç kəsi təəccübləndirmir. Amma “The Washington Post”dakı bu cür yazılar mənə sovet dövrünün Siyasi Bürosunun sifarişlərini xatırladır”, - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.
Rilard Kozlariçin ambisiyaları
Azərbaycanda çalışmış diplomatların böyük əksəriyyəti fəaliyyətlərini başa vurub öz vətənlərinə dönəndən sonra bir qayda olaraq həmişə ölkəmizlə bağlı xoş xatirələrini bölüşürlər. Onlar xalqımızın qonaqpərvərliyini, mehribanlığını unutmur, Azərbaycanın tolerantlığını, bütün dinlərə açıq olduğunu uca səslə deyirlər. Ancaq bəzi sabiqlər öz ambisiyalarını gizlədə bilmirlər. Konkret olaraq Riçard Kozlariçdən danışsaq, onun Azərbaycana qarşı bitib-tükənməyən qəzəbinin kökündə sırf korporativ maraqlar dayanır. Ölkəmizdə səfir işlədiyi dönəmdə Riçard Kozlariç ABŞ kimi supergüc dövlətin elçisi olduğunun fərqində idi, düşünürdü ki, bu, ona böyük imtiyazlar qazandırır. Məhz buna görə də o, Azərbaycan hökuməti ilə şərtlər dili ilə danışmağa cəhdlər göstərirdi. Riçard Kozlariç respublikamıza qarşı hirs və hikkəsini heç də ABŞ dövlətinin maraqları naminə nümayiş etdirmirdi. Əslində, heç kimin ağlına da gəlməz ki, ABŞ dövləti öz səfirinə belə təlimatlar versin. Bu ölkənin Azərbaycana münasibətdə dövlət siyasəti bəllidir. Amerika Birləşmiş Ştatları Azərbaycanın transmilli şirkətlərlə reallaşdırdığı enerji layihələrini həmişə dəstəkləyib. Hazırda bu ölkə Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində fəal iştirakçı qismində çıxış edir. İndiyədək Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Vaşinqton formatında bir neçə dəfə görüşüblər. Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə daimi təmasdadır. Riçard Kozlariçin səfir işlədiyi və sonrakı dönəmlərdə ölkəmizə qarşı sərgilədiyi mövqe isə Azərbaycan-ABŞ münasibətlərinin xoş mərama əsaslanan ruhuna qətiyyən adekvat deyil. Sual olunur: niyə? Yuxarıda qeyd etdiyimiz kimi, Riçard Kozlariçin ölkəmizə qarşı artıq permanent hal almış aqressiyasının kökündə korporativ maraqları dayanır. Zamanında o, səfir səlahiyyətlərindən bəhrələnməklə Azərbaycanda biznes maraqlarının təmin olunmasını istəyirdi. O, müsahibələrində səfir kimi fəaliyyətini başa vurduqdan sonra ölkəmizdə müəyyən layihələrə qoşulmaq niyyətini vaxtaşırı xatırladırdı. Təbii ki, belə mesajların alt qatında gizli, xudbin məqamlar gizlənirdi. Açıq-aydın sezilirdi ki, Riçard Kozlariç imtiyazlar, şəxsinə qarşı hansısa üstünlüklər umacağındadır. Ancaq belə görünür ki, Riçard Kozlariç Azərbaycanın qətiyyətini, prinsipiallığını dəqiq hesablamamışdı. Azərbaycan xarici partnyorlarla münasibətlərini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında quran bir dövlətdir. Burada Riçard Kozlariç kimilərinin iddiaları və ambisiyaları keçərli deyil. Onun əbədi olaraq xaricdəki erməni lobbisinin qurduğu anti-Azərbaycan şəbəkəsinin mərkəzində yer almasının əsas səbəbi də məhz budur. Riçard Kozlariç artıq neçə illərdir ki, bəlli şəbəkənin Azərbaycana qarşı apardığı “səlib yürüşü”nün mərkəzi fiqurlarından biri qismində çıxış edir. ABŞ konqresində keçirilən dinləmələrdə, ictimai müzakirələrdə, KİV-ə müsahibələrində keçmiş səfir Azərbaycanda siyasi və biznes maraqlarının təmin olunmamasından dolayı yaranan incikliyini unutmur və qisasçılıq əhvali-ruhiyyəsi ilə sərsəm iddialar səsləndirir.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

