Yevlax görüşü niyə baş tutmadı?
16.08.2023 [10:20]
Qarabağ ermənilərinin reinteqrasiyasına yaradılan süni maneələr
Ermənistan və qondarma rejim regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir
Son proseslər bir daha onu göstərir ki, Azərbaycanın regional sülhün formalaşması uğrundakı mübarizəsinə qarşı tərəf - Ermənistan adekvat cavab vermir. Artıq iki ilə yaxındır ki, sülhün imzalanmasını gecikdirən rəsmi İrəvan hələ də “qaranlıq nailiyyətlər” axtarışındadır. Zaman-zaman fərqli iddalar və ya arzularla gündəmə gətirilən bir sıra məsələlər isə onların sabitliyə deyil, qarşıdurmaya meyilli olduqlarını ortaya qoyur. Halbuki Azərbaycan bölgənin sabit inkişafının təmin edilməsində maraqlı olduğunu ortaya qoyur - Ermənistanla sülhün imzalanmasının əsas şərtlərini bəyan edir, Qarabağda yaşayan ermənilərin reinteqrasiyasının gücləndirilməsi yönündə əsaslı addımlar atır. Amma təəssüf ki, ölkəmizin bu humanist mövqeyi lazımi şəkildə dəyərləndirilmir.
Qondarma rejim yenidən əngəl törədir...
Ermənistan siyasi hakimiyyətinin Azərbaycanın ərazi bütövluyünü detallı şəkildə tanıması Qarabağın da Azərbaycan torpağı kimi tanınmasının faktoloji sübutudur. Azərbaycan hər zaman bəyan edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlar da digər vətəndaşlarla eyni hüquqlara malikdirlər. Bunun üçün, erməni vətəndaşlarımız Azərbaycan qanunları əsasında yaşamalı, qanunlarımıza tabe olmalıdırlar. Bunun üçün isə görüşlərin keçirilməsi əsas şərtlərdəndir. Yeri gəlmişkən, bir müddət idi ki, sosial şəbəkələrdə Qarabağ erməniləri ilə Yevlax şəhərində görüşün keçirilməsi ilə bağlı müəyyən xəbərlər dolaşırdı. Bu, Azərbaycanın sülhə bağlılığının növbəti sübutu idi. Təssüf ki, yenə də Qarabağdakı erməni vətəndaşlarımızın yerinə səs separatçılardan gəlib. Belə ki, yayılan məlumatlara görə, son proseslərdən “ruhlanan” qondarma separatçı rejim görüşə əngəl törədir.
İlk təmasdan sonra...
2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm reallıqlardan biri Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı - Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi və martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. Daha sonra isə Azərbaycan dövləti Xocalı şəhərində keçirilmiş görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı. Azərbaycanın erməni vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırışı isə seaparatçılar tərəfindən manipulyasiya uğramışdı - onlar, bu çağırışı, inteqrasiyanı özləri üçün böyük təhdid saymışdılar və bu kimi görüşlərin baş tutmasına maksimum mane olmaq istəmişdilər.
Bu ilin aprel ayında isə, Ermənistan mətbuatı Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürdüyünü yazmışdı. Təklifin separatçı rejim tərəfindən irəli sürüldüyü bildirilən xəbərdə qeyd olunurdu ki, qondarma separatçı rejim görüşün Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə keçirilməsi təklifini göndərmişdi. Azərbaycan belə bir görüşün keçirilməsinə razı olmamışdı.
Güclərin “oyunu”...
Yevlax görüşü ilə bağlı da “səsin” Qarabağın erməni ictimaiyyətindən deyil, separatçı rejimdən çıxması özü bir daha hər şeyi ortaya qoyur - bunun altında bəzi gizli və çirkin maraqlar yatması şübhəsizdir. Ermənistanın Laçın dövlət sərhəd buraxılış məntəqsi üzərindən yürütməyə çalışdığı oyunun “miqyasını” məhz separatçı rejimdən istifadə etməklə artırmağa çalışırlar. Burada bəzi güclərin marağı da “öz sözünü deyir. Məsələn, Fransanın həmin tır konvoyuna özünün yük maşınlarını da “əlavə etməsi, İspaniyanın birdən-birə “humanist damarının” tutması, o cümlədən bəzi regional güclərin “dəstəyi” təsadüfi deyil. Belə addımlar separatizmi qızışdırmaq, yeni müharibə axtarışında olmanın göstəricisidir. Bu isə yolverilməzdir. Separtçıların “danışması” isə bir daha sübüt edir ki, onlar Qarabağ ermənilərini əsir saxlayır və onlardan öz məqsədləri üçün istifadə edirlər.
Sonrakı peşmançılıq...
Azərbaycanın Yevlaxda və ya başqa bir regionumuzda görüş keçirməklə bağlı təklifini dəyərləndirməyənlər anlamırlar ki, dövlətimiz hər zaman problemlərin danışıq və ya sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Bu kimi görüşlər 30 ilə yaxın Azərbaycandan məcburən kənar düşmüş vətəndaşların reinteqrasiyasının daha da güclənməsini şərtləndirən amilə çevrilə bilər. Eyni zamanda, bu, həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayacaq. Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi ola bilərdi. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görmək imkanı qazanacaqdı. Prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ formalaşdıracaqdı. Amma təklif lazımi şəkildə dəyərləndirilmədi. Bunun peşmançılığını isə yəqin ki, çox çəkəcəklər....
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

