/ / "Müstəqil Azərbaycan-20 il: dövlət ailə, qadın və uşaq siyasəti" mövzusunda elmi-praktiki konfrans keçirilib
"Müstəqil Azərbaycan-20 il: dövlət ailə, qadın və uşaq siyasəti" mövzusunda elmi-praktiki konfrans keçirilib
13.10.2011 [23:20]
Əsas məqsədi müstəqilliyimizin bərpasından ötən 20 ildə dövlətimizin apardığı ailə, qadın və uşaq siyasətinin təhlili, müvafiq sahələrdə mövcud problemlər və onların həlli yollarının müzakirəsi olan konfransda dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının himni səslənib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə aparılan gender siyasətinin ugurlu nəticələrindən danışıb. Bildirib ki, Azərbaycan tarixinin ən şərəfli dövrü müstəqilliyimizin yenidən bərpa olunmasıdır. Müasir müstəqil Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni siyasi və iqtisadi sistem qurub, sürətlə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilib.
H.Hüseynova Azərbaycanda qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakının getdikcə artdığını diqqətə çatdırıb. Milli Məclisdə qadın deputatların sayı ötən çağırışla müqayisədə on dörddən iyirmi nəfərə çatıb. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 25 faizə yüksəlib.
Konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cıxış edərək dövlət qadın siyasətindən danışıb. Azərbaycanda qadın siyasətinin tarixinə nəzər salan şöbə müdiri bildirib ki, hər bir dövlətin qadına münasibətdə öz meyarları var. Azərbaycan xalqının qadına münasibətdə yüksək dəyərləri var. Bu dəyərlər tarixin dərin qatlarından gəlir. Onu inkişaf etdirmək, müasir ənənələrlə zənginləşdirmək dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biridir.
Qadının cəmiyyətdə rolu məsələsinə toxunan Əli Həsənov deyib ki, bu mənada qadın cəmiyyətin əsas dayaqlarından biridir. Hazırda qadınlar Azərbaycanın ictimai-siyasi və humanitar həyatında mühüm rol oynayırlar. Ona görə də qadının fəaliyyətini ailə, uşaq tərbiyəsi ilə məhdudlaşdırmaq düzgün deyildir.
Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Bu, Manna, Atropatena dövlətlərində, tariximizin Səlcuqlar dövründə, Səfəvilər dövlətində belə olub. Ancaq Azərbaycanda milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyətdir. Bununla da nəinki Şərqdə, hətta bir çox Avropa ölkələrində də, ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.
Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi qeyd edib ki, milli qadın siyasətinin təməli, məhz, üç mənbədən gəlir. İslam mənbəyindən-qadına müqəddəs yanaşma, türkçülükdən gəlmə mərdlik, qəhrəmanlıq. Nəhayət, Xalq Cümhuriyyəti dövründə qadın siyasətinin rəsmiləşdirilməsi və onun sovet dönəmində daha da təkmilləşdirilməsi prosesi baş verib. Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanın iqtisadi-siyasi, elmi- mədəni və ictimai həyatında qadınların yüksək intellekti formalaşıb. Bu gün bu zalda əyləşən insanların böyük əksəriyyəti məhz sovet dövründə təhsil almış, ictimai-siyasi həyata qatılmış, cəmiyyətimizin formalaşmasında fəal iştirak etmiş xanımlardır.
Müstəqilliyini yenidən bərpa edəndən sonra Azərbaycanın üzləşdiyi faciələrin qadınların da həyatında dərin iz buraxdığını söyləyən Əli Həsənov deyib ki, ümummilli liderimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdandan sonra ölkə həyatının bütün sahələrində inkişafın təməli qoyulub. Ulu öndər bəyan edirdi ki, Azərbaycan dövlətinin varlığının əsasında qadınlar dayanır və qadınlar cəmiyyət quruculuğunda kişilərlə bərabər iştirak etməlidirlər. Dövlət siyasətində və digər sahələrdə qadınlar tarixi köklərimizdən gələn mənəvi dəyərləri mühafizə edib yaşatmalı, müasirləşməli, həm də dünyanın mövcud dəyərlərindən kənarda qalmamalıdırlar.
1993-cü ildən bəri Azərbaycan qadınlarının cəmiyyətə inteqrasiyası siyasəti, ailələrin milli-mənəvi dəyərlərə müvafiq şəkildə qorunması, qadınların məsul vəzifələrdə irəli çəkilməsi prosesi uğurla davam etdirilir. Bu siyasət Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha yeni çalarlar qazanıb. Bu gün Azərbaycanın elmində, təhsilində, mədəniyyətində, səhiyyəsində, ictimai-siyasi həyatında, dövlət qulluğunda qadınların sayı xeyli çoxdur. Bu siyasət davam etdiriləcək.
Professor Əli Həsənov deyib ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətində təmsil olunur. Azərbaycan dövləti belə qadınlarla fəxr edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də ondan ibarətdir ki, xanımlarımız getdikcə fəallaşsın, ictimai-siyasi həyatda yaxından iştirak etsinlər.
Milli Məclis sədrinin müavini Bahar Muradova, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Milli Məclisin deputatı Gülçöhrə Məmmədova çıxış edərək müstəqillik illərində dövlətimizin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər, perspektiv planlar barədə danışıblar. Bildirilib ki, ölkəmizdə dövlət quruculuğu prosesində və ictimai həyatda qadınlarla kişilər bərabər hüquqa malikdirlər. Azərbaycan qanunvericiliyində gender siyasətinin mükəmməl hüquqi bazası yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41

