KXDR ilə ABŞ arasında növbəti “danışıq” cəhdi...
22.08.2023 [11:35]
Pxenyanı cəlb edəcək hansı təkliflər var?
Uzaq Şərq yenidən siyasi gündəmi “zəbt etməyə” başlayıb. Yenidən raket sınaqları ilə yadda qalan Koreya Xalq Demokratik Respublikasının son “atışı” deyəsən hədəfə “dəyməyib”. Belə ki, Şimali Koreyanın buraxdığı “Hvason-18” (“Hwasong-18”) qitələrarası ballistik raketi Rusiyanın müstəsna iqtisadi zonasına düşmüşdü. Bununla bağlı hətta BMT baş katibinin köməkçisi Xalid Hiari BMT Təhlükəsizlik Şurasının iclasında bildirmişdi. O qeyd etmişdi ki, uçuş təxminən 74 dəqiqə davam edib. Bu isə Şimali Koreyada potensial olaraq ən uzun ballistik raket uçuşu sayılır.
Beləliklə, səhvən də olsa artıq dostlarına da raket sınağı “hədiyyəsi” ərmağan edən KXDR həm də yeni siyasi situasiya ilə üz-üzədir. Uzun illərdən sonra Pxenyanın Qərb ilə münasibətlərində yeni mərhələ başlaya bilər. Belə ki, ABŞ Prezidenti Cozef Bayden Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazır olduğunu deyib. Bu barədə Yaponiyanın “Kyodo” agentliyinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Kirbi qeyd edib ki, Bayden Şimali Koreya lideri ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə edə bilər. “Şimali Koreya bu günə qədər təklifə müsbət cavab verməyib. Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, - deyə C.Kirbi vurğulayıb.
BMT-nin narahatlığı...
KXDR-in nüvə təhdidi fonunda artıq uzun müddətdir ki, proseslə bağlı danışıqlara cəhdlər göstərilir. Hətta iki ay öncə BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raket buraxmasını qətiyyətlə pisləmişdi. Bununla bağlı BMT-nin yaydığı bəyanatda bildirilirdi ki, ballistik raketlərdə tətbiq edilən texnologiyadan istifadə edildiyi istənilən buraxılış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir. BMT-nin baş katibi bir daha Pxenyanı davamlı sülh, habelə Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün bu cür hərəkətləri dayandırmağa və dialoqu tez bir zamanda bərpa etməyə çağırmışdı. BMT-nin narahatlığı isə əsassız deyil. Belə ki, KXDR rəsmilərinin son açıqlamaları nüvə başlıqlarının çoxaldılmasını təbliğ edir. Məsələn, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In bildirib ki, Şimali Koreya nüvə silahı istehsalını artıracaq. Onun sədrliyi ilə keçirilən hakim Əmək Partiyasının iclasında beynəlxalq dəyişikliklərə cavab olaraq ölkənin müdafiə və diplomatik strategiyaları müzakirə edilib. Ölkə rəhbəri müdafiə sənayesini silahların inkişafına və nüvə qüvvələrinin gücləndirilməsinə yönəlməyə çağırıb. Bildirilib ki, hakim partiya güclü nüvə silahlarının istehsalını artırmağa hazır olduğunu açıq şəkildə bəyan edib.
KXDR sərhəddini keçən ABŞ əsgəri...
ABŞ ilə yeni nüvəsizləşdirmə proqramına başlanılması ehtimalı isə olduqca aşağı qiymətləndirilir. Belə ki, Vaşinqton ilə Pxenyan arasındakı son gərginlik bunun əsas səbəbi sayılır. Xatırladaq ki, ötən ay icazəsiz şəkildə hərbisizləşdirilmiş bölgəyə daxil olaraq Şimali Koreyaya keçən ABŞ əsgəri saxlanılmışdı. 23 yaşlı Travis Kinq Şimali Koreya sərhədini keçərək iki dövlət arasında gərginliyə səbəb olmuşdu. Travis Kinqin sərhədi keçməzdən bir neçə həftə əvvəl Cənubi Koreyada gecə klubunda əlbəyaxa mübahisəyə qarışdığı üçün həbs edildiyi üzə çıxmışdı. 2 ay həbsdə qalan Travis iyulun 10-da ABŞ-a təhvil verilmişdi. Sərbəst buraxıldıqdan sonra ABŞ-da hərbi məhkəməyə çıxarılmaq üçün “İncheon” hava limanına aparılan Kinq hərbi polisin onu təyyarəyə qədər müşayiət edə bilməməsini fürsət bilərək hava limanından qaçmağı bacarmışdı. O, daha sonra Cənubi Koreya ilə Şimali Koreya arasında silahsızlaşdırılmış müştərək təhlükəsizlik zonasını əhatə edən tura qatılmışdı. Qeyd edək ki, ABŞ hökuməti 2017-ci ildə öz vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan edib və bu qadağa hələ də qüvvədədir.
Şimali Koreya “zərərsizləşdirilməlidir”...
Bu arada Şimali Koreya ilə bəzi Qərb dövlətləri arasında danışıqlar barədə də informasiyalar yayılır. Xarici mətbuatın yazdığına görə, Qərb KXDR-i “yanında görmək” üçün bəzi güzəştlərə də hazırdır. Bu güzəştlər isə iqtisadi sanksiyalarla bağlıdır. Qərbin aparıcı analitikləri Şərq sularına hakim olmaq üçün KXDR ilə əməkdaşlığın zərurətini vurğulayıblar. Onlar düşünür ki, Yaponiya və Cənubi Koreyanın daima təhlükə altında yaşamaması üçün Pxenyanın “zərərsizləşdirilməsi” vacib şərtdir. Bunun üçün isə əsas vasitə yalnız danışıqlar ola bilər. Hərbi gücdən istifadə cəhdi Yaponiya, Cənubi Koreya və digər müttəfiqlərin timsalında yarana biləcək birliyi “doğulmamış məhvə sürükləyər”...
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

