Qazaxıstan Azərbaycanı qardaş, dost ölkə, Qafqaz regionunda əsas tərəfdaş hesab edir
24.10.2011 [11:12]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
ölkələrimiz arasında əlaqələrin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub, yüksək səviyyədə qarşılıqlı səfərlərin münasibətlərimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edilib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olub.
Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayev Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayaraq deyib: “İlham Heydər oğlu, Sizi və nümayəndə heyətinin üzvlərini Qazaxıstanda salamlamağa şadam. Siz mənim dəvətimlə rəsmi səfərə gəlmisiniz. Bu, bizdə ənənədir. Siz hər il Qazaxıstanda olursunuz, mən də müntəzəm surətdə Sizin ölkədə oluram. Bu, iki dövlət arasında, prezidentlər arasında münasibətlərin göstəricisidir. Biz Sizinlə ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bütün spektrini müzakirə etdik, iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, beynəlxalq əməkdaşlıq məsələlərimizə toxunduq.
Azərbaycan bu günlərdə öz müstəqilliyinin iyirmi illiyini qeyd etdi. Biz də bu ilin dekabrında oxşar tarixi qeyd etməyə hazırlaşırıq. Bu iyirmi il, bir tərəfdən, hər iki ölkə üçün mürəkkəb dövr, digər tərəfdən, əcdadlarımızın arzularının həyata keçdiyi illər olmuşdur. Mən hesab edirəm ki, Qazaxıstan və Azərbaycan bu zaman kəsiyini ləyaqətlə keçmişlər. Sizin ölkənizdə məlum çətinliklərə - Ermənistanla qarşılıqlı münasibətlərdə problemə - Qarabağ probleminə baxmayaraq, Azərbaycan bu illər ərzində sanballı uğurlara nail olmuşdur və biz bu münasibətlə Sizi təbrik edirik. Bizim iqtisadiyyat 1994-cü ildən bəri 14 dəfə artmışdır. Mən Sizə demişdim, bizdə adambaşına artıq 10 min dollar vardır. Bu ili iqtisadiyyatda 7 faiz artımla başa vuracağımıza və adambaşına 12 min dollara yaxınlaşacağımıza ümid edirik. Bu, çox yüksək səviyyədir. 2015-ci ildə bizdə bu göstərici adambaşına 15 min dollar olacaqdır. Yəni biz Şərqi və Mərkəzi Avropanın orta inkişaf etmiş dövlətləri arasında olacağıq. Bunun üçün bizim bütün imkanlarımız vardır. Mən Sizə hansı istiqamətdə işlədiyimizi söylədim.
Biz Azərbaycanı qardaş, dost ölkə, Qafqaz regionunda əsas tərəfdaş hesab edirik. Güman edirəm ki, nümayəndə heyətinin üzvləri öz aralarında hazırlanmış sənədlərin bütün istiqamətləri üzrə iş aparmışlar. Əgər həll edilməmiş məsələlər vardırsa, onlar bu barədə bizə məruzə edəcəklər”.
Azərbaycan Prezidenti İlham Əliyev səmimi qəbul üçün təşəkkür edərək deyib: “Hörmətli Nursultan Abişeviç, müstəqilliyimizin iyirmi illiyi münasibətilə təbriklərinizə görə çox sağ olun. Həmçinin Sizi və bütün qardaş Qazaxıstan xalqını qarşıdan gələn bayram münasibətilə qabaqcadan təbrik etmək istəyirəm. Siz tamamilə haqlısınız, bu illər ərzində ölkələrimiz nəyə qadir olduqlarını nümayiş etdirmiş, sanballı nəticələrə, coşqun iqtisadi artıma və siyasi sabitliyə nail olmuşlar. Mən həm də bu illər ərzində Sizin rəhbərliyiniz altında Qazaxıstanın qazandığı sanballı uğurlar münasibətilə Sizi təbrik etmək istərdim. Bu uğurlar quruculuq işlərində, şəhərlərin yeni simasında, hamını heyran edən yeni paytaxtın - gözəl Astananın simasında görünür.
Bizə çox xoşdur ki, Sizin rəhbərliyiniz altında Qazaxıstan olduqca dinamik, səmərəli inkişaf edir. ölkənin çox böyük potensialı vardır və Sizin apardığınız, haqqında bu gün danışdığınız islahatlar gələcəyə istiqamətlənmişdir. Mövcud potensial artıq bu gün sosial məsələləri, habelə iqtisadi islahatlarla bağlı məsələləri səmərəli həll etməyə imkan verir.
Münasibətlərimizə gəldikdə isə, Qazaxıstan bizim üçün həmişə dost, qardaş dövlət olmuşdur. Müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənmişdir. Bu gün iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı sahələrində müzakirə etdiyimiz layihələr ikitərəfli əməkdaşlığı möhkəmlətmək üçün potensialımızdan daha geniş istifadə etməyimizə imkan verəcəkdir”.
Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə”sini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş”i Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Berik Kamaliyev imzalayıblar.
Sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident Nursultan Nazarbayev çıxış edərək bildirib ki, iki ölkə arasında çox mehriban qardaşlıq münasibətləri yaranıb: “Biz Azərbaycanı Qafqaz regionunda özümüzün əsas iqtisadi və siyasi tərəfdaşımız hesab edirik və müstəqilliyimizin bütün illərində bu münasibətlər qorunur”.
Prezident Nursultan Nazarbayev vurğulayıb ki, iqtisadi göstəricilər, xalqın rifahının artması, iqtisadiyyatda islahatlar onu göstərir ki, Azərbaycan qabaqcıl mövqelərdən birini tutur: “ölkələrimizin eyni kökləri vardır. Biz türk dünyasına mənsubuq. Bizim eyni köklərimiz - dil, mədəniyyət əlaqələrimiz, eyni ənənələrimiz vardır. Biz daha sıx əməkdaşlıq üçün bütün bunlardan istifadə etməliyik. Müxtəlif səbəblərə görə Qazaxıstana çoxlu azərbaycanlı gəlmişdir, diasporun 130 min üzvü vardır. Bu, bizim əməkdaşlığımız üçün yaxşı körpüdür. Bizim Azərbaycan millətindən olan vətəndaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər. Yəni əməkdaşlıq üçün təməl vardır. Beynəlxalq planda - BMT, ATƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi (AQFETM) çərçivəsində biz eyni mövqelər tuturuq. Yəni biz dünyada müharibə və sülh məsələlərində Birləşmiş Millətlər Təşkilatının rolunun möhkəmləndirilməsi barədə eyni cür düşünürük. Biz Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməyin tərəfdarıyıq. Biz buna tərəfdarıq ki, bizim regionda, postsovet məkanında əməkdaşlıq və inteqrasiya qarşılıqlı faydalı şərtlərlə davam etsin”.
Prezident İlham Əliyev çıxış edərək deyib ki, münasibətlərimiz möhkəm tarixi bazaya əsaslanır: “Xalqlarımız arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Bu gün biz iki müstəqil qardaş dövlət kimi Qazaxıstan və Azərbaycan arasında tərəfdaşlığa və dostluq əlaqələrinə əsaslanan münasibətlər qururuq. Qarşılıqlı siyasi əlaqələrimiz çox səmərəlidir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Nursultan Nazarbayevə təşəkkürünü bildirən dövlətimizin başçısı İlham Əliyev əlavə edib ki, münaqişəyə, işğala son qoymaq və nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin etmək lazımdır: “BMT Təhlükəsizlik Şurası ali beynəlxalq instansiyadır və bu təşkilatın qəbul etdiyi qərarlar yerinə yetirilməlidir. Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnaməsi qəbul edilmişdir. Onlar işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən dərhal və danışıqsız çıxarılmasını tələb edir. Təəssüf ki, onlar yerinə yetirilmir. Bizim ərazi bütövlüyümüz pozulmuşdur və əgər belə bir ağır problem olmasaydı, Azərbaycanın daha necə böyük uğurlar qazanacağını təsəvvür etmək mümkündür. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində, Helsinki Yekun Aktı çərçivəsində həll edilməsinin tərəfdarıyıq. Həmin sənəddə məhz ölkələrin ərazi bütövlüyü prinsipinin prioritet olması müəyyən edilmişdir”.
Prezident İlham Əliyev söyləyib ki, Qazaxıstan Azərbaycan üçün yaxın strateji tərəfdaş, dost, qardaş ölkədir.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. Dövlət başçıları rəsmi naharda nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri davam edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

