"Möhtəşəm 20 il"
19.10.2011 [16:05]
Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Hyatt Regency” hotelində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş “Möhtəşəm 20 il” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, siyasi partiyaların rəhbərləri və YAP fəalları iştirak ediblər. Dəyirmi masada çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, müstəqilliyimizin bərpasının 20-ci ildönümü təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da qeyd olunur: “Bu da xalqımızın müstəqilliyə və onun daimiliyinin, dönməzliyinin təminatçısı olan Ulu öndər Heydər Əliyevin dövlətimiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin bariz nümunəsidir. 20 il bundan əvvəl Azərbaycan xalqı müstəqilliyinə qovuşduqdan sonra tarixi, taleyüklü seçim qarşısında dayanırdı. Xalqımızın qarşısında iki yol var idi. O dövrün xaos və anarxiyasının yaratdığı çətinliklər vəziyyəti daha da ağırlaşdırırdı. İnsanlar isə Heydər Əliyev yoluna daha çox inanırdılar. çünki bu yolda bir işıq görünürdü. Azərbaycan xalqı haqlı olaraq bu yolu seçdi. Bu yolla irəliləyərək bugünkü Azərbaycanın reallıqlarına yetişmiş oldu. Müstəqillik bir xalqa nə verə bilərsə, Azərbaycan özünün dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili ərzində bütün bunların hamısına nail ola bilib. Bu, yalnız Azərbaycan xalqının deyil, ölkəmizə qonaq olan xarici vətəndaşların, ekspertlərin, siyasətçilərin qiymətləndirməsidir. ölkəmizin bugünkü uğurları çox ciddi əsaslar yaradır. Bu günlərdə ölkəmizdə səfərdə olan, bugünkü dünyanın nizamını müəyyənləşdirən dövlətlərdən biri olan Fransanın prezidenti Nikola Sarkozinin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı dəyərləndirməsi də bunu təsdiq edir. Azərbaycanın 20 ildə keçdiyi yolu möhtəşəm 20 il kimi səciyyələndirmək olar. ötən dövrün uğurları göz qabağındadır. Bircə faktı qeyd etmək istərdim ki, 90-cı illərin əvvəllərində Azərbaycanın dövlət büdcəsi 100-200 milyon dollar idisə, bu gün həmin rəqəm 20 milyard dollara yaxındır. Bu da ötən illər ərzində artımın 120-130 dəfəyə bərabər olmasının göstəricisidir. Tədbirin adının “Möhtəşəm 20 il” seçilməsi də Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların böyüklüyündən irəli gəlir. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkə vətəndaşları o illərin təsiri altında yalnız sabitlik, əmin-amanlıq, təhlükəsizliklə əlaqədar düşünə bilərdi və insanların arzuları da bu çərçivədən kənara çıxa bilmirdi. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 10 illiyini qeyd edərkən biz daha çox müstəqilliyimizin Azərbaycana sabitlik, əmin-amanlıq gətirməsi barədə danışırdıq. Müstəqilliyimizin 20 illiyini qeyd edərkən isə biz sabitliklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətindən, möhtəşəm inkişafdan, regionun ən qüdrətli dövlətinə çevrilməsindən, güclü orduya malik olmasından, beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsindən danışırıq. Azərbaycanın bugünkü mənzərəsi keçilən yoldan daha qürurla danışmağa böyük əsas verir. Beləliklə, Heydər Əliyev yolu Azərbaycan xalqına arzuladığı bütün uğurları bəxş etdi. Həmin yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Əli Əhmədov müstəqilliyin böyük nemət olduğunu önə çəkərək bildirib ki, müstəqillik hər bir millət üçün özünü ifadə etmək şansıdır. Onun sözlərinə görə, Azərbaycan xalqı bu gün özünü bütünlüklə ifadə etmək imkanına və qüdrətinə malikdir. YAP Sədrinin müavini qeyd edib ki, müstəqillik hər bir xalqın öz taleyini həll etmək hüququdur: “Bu gün qürurla deyə bilərik ki, Azərbaycan xalqı öz taleyini həll etmək hüququndan bütünlüklə istifadə edə bilir. Müstəqillik hər bir xalqın ona verilən sərvətlərdən istifadə etmək haqqıdır ki, bu gün böyük əminliklə deyə bilərik ki, Azərbaycan malik olduğu sərvətlərdən xalqımızın rifahı və mənafeyi naminə istifadə edir. Bütün bunların hamısı Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi reallıqlardır. Bu yalnız bəxş olunan reallıq deyil, yaradılan reallıqdır. Bu, Heydər Əliyev siyasətinin möhtəşəmliyi ilə yaradılmış reallıqdır. Bu gün Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və düzgün şəkildə həyata keçirilən siyasət nəticəsində formalaşan və hər birimizin qəlbində qürur hissi yaradan gerçəkliklərdir”.
Əli Əhmədovun sözlərinə görə, möhtəşəm başlanğıc təbii ki, gələcəyin də möhtəşəmliyini şərtləndirmiş olur. O qeyd edib ki, inkişafımızın möhtəşəm gedişi Azərbaycanımızın gələcək inkişafının möhtəşəm perspektivlərini müəyyənləşdirib. “Biz əminik ki, Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyini qeyd edərkən daha böyük uğurlardan, daha güclü Azərbaycandan, daha böyük ideyalardan bəhs edəcəyik” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə çıxışında bildirib ki, hər kəs möhtəşəm 20 ilin Azərbaycana nə verdiyini özünəməxsus şəkildə cavablandırır. “Əlbəttə, səslənən ən əhəmiyyətli cavab Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin olunmasıdır. Bəli, müstəqillik bütün xalqlara və millətlərə onun arzularını reallaşdırmaq, həyat tərzini istədiyi kimi müəyyənləşdirmək, öz dövlətini bütün standartlara uyğun qurmaq və bu dövləti irəliyə aparmaq üçün şans verir. Azərbaycan bu şansı bir neçə dəfə əldə edib. Amma son şans Azərbaycanın əbədi müstəqilliyini təmin edəcək start idi. ötən 20 il ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. çünki biz bu tarixin içində olmuşuq. Hər kəsin əldə olunan nailiyyətlərdə özünəməxsus payı var”, - deyə vitse-spiker bildirib.
B.Muradova qeyd edib ki, hər kəs yaradılan şəraitdən istifadə edərək dövlətçiliyin möhkəmləndirilməsinə öz töhfəsini verib: “20 ildə qazanılan uğurlar xalqımızın hər nəfərinə düşür. Bunun içərisində bir siyasi qüvvə var ki, onun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu, Yeni Azərbaycan Partiyasıdır. Müstəqillik illərində yaranan və onu qorumağı öz üzərinə götürən bir partiya kimi 20 ilə yaxındır bu istiqamətdə ciddi addımlar atır. Ona görə də, möhtəşəm 20 ili qeyd edərkən ən çox sevinənlərdən biri də bu partiyanın üzvləridir”.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov qeyd edib ki, ötən 20 ildə müstəqilliyin möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin xüsusi əməyi var.
Millət vəkili Vahid Əhmədov isə bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması müstəqilliyin daha da möhkəmlənməsinə gətirib çıxardı.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov qeyd edib ki, müstəqillik müqəddəs bir anlayışdır.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da müstəqillik illərindən bəhs edərək bildirib ki, Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardı və bu neməti əldə etdi.
YAP-ın təşəbbüsü ilə həyata keçirilən bu tədbiri yüksək qiymətləndirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın 20 illik müstəqillik tarixinin nailiyyətlərindən bəhs edərək, uğurlu siyasət nəticəsində müstəqilliyimizin əbədi olacağını qeyd edib.
Milli Məclisin deputatı Fəttah Heydərov isə bildirib ki, müstəqillik hər bir vətəndaş üçün çox əzizdir: “Müstəqillik yolunda hər bir layiqli vətəndaş, bu torpağın insanı öz əməyini əsirgəməyib. Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atır”.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

