Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müstəqil Azərbaycan ötən 20 ildə böyük inkişaf yolu keçib

Müstəqil Azərbaycan ötən 20 ildə böyük inkişaf yolu keçib

19.10.2011 [16:09]

Əli Əhmədov: Hesab edirəm ki, bu müsabiqə qarşısına qoyduğu məqsədə nail ola bildi. Biz bəzi istedadlı gənclərimizi bir daha kəşf edə bildik
Dünən Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə partiyanın elan etdiyi “Müasir Azərbaycan-20” yazı müsabiqəsinin nəticələrinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, partiyamız gənclərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə və apardığı siyasətə uyğun olaraq bir çox layihələr həyata keçirir. Onun sözlərinə görə, bu layihələr YAP-ın bütövlükdə ölkəmizdə gənclərə böyük önəm verdiyini, gənclərin problemləri ilə yaxından maraqlandığını və onların Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etməsi üçün lazımi şərait yaradılmasını nəzərdə tutur. “Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayı durmadan artmaqdadır. Bu gənclər Azərbaycanın ictimai-siyasi həyatında, partiyamızın həyatında yaxından iştirak edirlər. Gənclərimiz YAP-ın gənclik enerjisini artırırlar və partiyamızın gələcək qələbələrinin əsasında dayanan güclü faktor kimi fəaliyyət göstərirlər” - deyə, Əli Əhmədov qeyd edib.
YAP Sədrinin müavini vurğulayıb ki, bu müsabiqəni elan etməkdə əsas məqsəd təkcə partiyamızın sıralarında olan gənclərin deyil, bütövlükdə Azərbaycan gəncliyinin potensialını üzə çıxarmaqdır. “Biz bu müsabiqəni elan etməklə gənclərin dövlət müstəqilliyi ilə bağlı nə düşündüklərini ifadə etmək, dövlət müstəqilliyinin təmin olunmasında 20 illik keçdiyimiz yol ilə bağlı özlərinin fikirlərini və düşüncələrini ortaya qoymalarını istəmişdik. Güman edirəm ki, YAP-ın bu təşəbbüsünə qoşularaq yazı müsabiqəsində iştirak edən gənclərin sayının çox olması bizim niyyətimizin həyata keçdiyindən xəbər verir” - deyə Əli Əhmədov bildirib. Onun sözlərinə görə, təxminən bir ay ərzində çoxlu sayda yazılar təqdim edildi və qəzetlərdə çap olundu. Gənclərin arasında peşəkar jurnalistlərin də olduğunu qeyd edən Əli Əhmədovun fikrincə, digər gənclər də özlərini müəllif olaraq cəmiyyətə təqdim edə biliblər. “Hesab edirəm ki, bu müsabiqə qarşısına qoyduğu məqsədə nail ola bildi. Biz bəzi istedadlı gənclərimizi bir daha kəşf edə bildik” - deyə YAP Sədrinin müavini vurğulayıb.
 “Müasir Azərbaycan-20” yazı müsabiqəsi ilə bağlı yaradılmış Münsiflər Heyətinin rəhbəri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı müsabiqənin nəticələri haqqında məlumat verib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin 20 illiyi münasibətilə çoxsaylı tədbirlər keçirir. M.Qurbanlı bildirib ki, bu müsabiqə müddətində 100-ə yaxın məqalə təqdim olunub. Onların 63-ü “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərində dərc edilib. Onun sözlərinə görə, bu məqalələrdə Azərbaycanın 20 illik müstəqillik dövründə keçdiyi yol, bu dövrdə ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasında və inkişafında xidmətləri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları geniş şəkildə öz əksini tapıb: “Müsabiqə ilə bağlı Münsiflər Heyətinin bir neçə iclası keçirilib. Məqalələr Münsiflər Heyətinin üzvləri tərəfindən oxunub, qiymətləndirilib. Geniş və əhatəli təhlillərin nəticəsi olaraq Münsiflər Heyəti 5 məqalənin qalib elan olunması haqda qərar qəbul edib. Belə ki, qərara əsasən İsmayıl Muğanlı, Sitarə Cabbarlı, Natavan Səfixanova, Kübra Əliyarlı və Samirə Quliyeva Yeni Azərbaycan Partiyasının elan etdiyi “Müasir Azərbaycan-20” yazı müsabiqəninin qalibləri elan ediliblər”.
Daha sonra YAP-ın İcra katibi Əli Əhmədov bildirib ki, Münsiflər Heyəti təqdim olunan yazıların əksəriyyətinin yüksək keyfiyyəti ilə bağlı yekdil fikirdədirlər: “Eyni zamanda, onların fərqləndirilməsi də Münsiflər Heyəti üçün çətin olub. çünki yazılar keyfiyyətinə, emosionallığına, bütövlükdə 20 illik müstəqillik yolunun dəyərləndirilməsinə görə bir-birinə çox yaxın olub. Ona görə də, biz belə qərara aldıq ki, bu yazılar arasında hansısa ciddi fərqləndirmə qoymayaq və hamısı üçün eyni mükafat müəyyənləşdirdik. Beləliklə, bu beş nəfər Yeni Azərbaycan Partiyasının elan etdiyi yazı müsabiqəsinin qalibləri oldular. Hesab edirik ki, bu müsabiqə onların bundan sonra da Azərbaycanın ictimai-siyasi həyatı ilə əlaqədar yazılar yazmasını daha da stimullaşdıracaq, bu üç qəzet ilə əməkdaşlıqlarını davam etdirəcəklər. Hesab edirəm ki, əgər siz Azərbaycanın ictimai-siyasi həyatı ilə əlaqədar yazılar yazmaq istəsəniz, hər üç qəzet artıq sizin yazılarınızı çap etməyə, imzanızı oxuculara daha yaxşı tanıtmağa hazırdır”.
Sonda müsabiqənin qaliblərini bir daha təbrik edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov onlara mükafatlar təqdim edib.
öz növbəsində məqalə müsabiqəsinin qalibləri də belə bir müsabiqənin təşkil olunduğu üçün və yazıları dəyərləndirdiyinə görə YAP rəhbərliyinə minnətdarlıq ediblər.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30