Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib
27.10.2011 [16:25]
Azərbaycan Prezidenti İlham Əliyev dünən Türkiyəyə səfərə yola düşüb. Prezident İlham Əliyevi çiğli aeroportunda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Dünən Türkiyənin İzmir vilayətinin Əliağa rayonu ərazisində “Petkim” şirkətinin “Star” neft emalı zavodunun təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkədən rəsmi şəxslər iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış ediblər.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, Qarabağdakı işğal mənim azəri qardaşlarımın ürəyini nə qədər dağlayırsa, bilin ki, hər Türkiyə vətəndaşının ürəyini də o qədər dağlayır: “Terror hücumları nəticəsində şəhid olan hər bir gəncimizin acısı bizim ürəyimizi ağrıtdığı kimi, inanıram ki, azəri qardaşlarımın da ürəyini ağrıdır. Biz “bir millət, iki dövlət” olduğumuz qədər, həm də bir ürəyik”.
R.T.Ərdoğan bəyan edib ki, Türkiyə Qarabağda işğal bitənə qədər Azərbaycanla çiyin-çiyinə mübarizə aparmağa davam edəcək: “Terrorla mübarizəmizdə səmimi dəstəyinə görə dost, qardaş Azərbaycana təşəkkür edirik”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Van bölgəsində baş verən zəlzələ ilə bağlı göstərdiyi yardım üçün Azərbaycana təşəkkürünü bildirib: “Zəlzələ baş verəndən sonra Türkiyəyə çox ölkədən yardım gəldi. Amma Azərbaycandan gələn yardım bizi çox duyğulandırdı. Azərbaycan ən tez yardım etdi”.
Baş nazir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin Türkiyədə yüksək səviyyədə qeyd olunduğunu deyib: “Türkiyə-Azərbaycan əlaqələri bu iyirmi ildə çox böyük inkişaf yolu keçib. Biz bunu daha da möhkəmləndirəcəyik”.
O, dünyada Türkiyə-Azərbaycan dostluğuna misal göstəriləcək başqa nümunə olmadığını vurğulayıb.
Türkiyənin Baş naziri Azərbaycanın Türkiyəyə qoyduğu yeni investisiyaya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Baş nazir deyib ki, qoyulan investisiya nəticəsində inşa olunacaq müəssisənin inşaat işlərində 10 min nəfər, fəaliyyətə başlayacaq müəssisədə isə 1000 nəfər çalışacaq: “Azərbaycan indiyə kimi Türkiyədə enerji, iqtisadiyyat sahəsində investisiyalar qoyub. Burada təməli qoyulacaq Heydər Əliyev adına Peşə Təhsili Liseyi isə Azərbaycanın Türkiyədə təhsil sahəsində qoyduğu ilk investisiyadır, biz bunu çox yüksək qiymətləndiririk. çünki burda yetişəcək kadrlar bu müəssisələrdə çalışacaqlar, bu da bizi çox sevindirir”.
R.T.Ərdoğan çıxışında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Prezident İlham Əliyev isə nitqinin əvvəlində Türkiyədə baş verən zəlzələyə görə Baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Dövlət başçısı deyib ki, Van bölgəsində zəlzələ baş verməsi barədə xəbəri eşidən kimi Azərbaycan hökuməti yardım etməyi özünə borc bilib: “Hökumətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da zəlzələ bölgəsinə yardım göstərməyə hazır olması bizi sevindirir. Biz “bir millət iki dövlətik”.
Azərbaycanın inkişafı barədə danışan Prezident İlham Əliyev son illər Türkiyədə gedən inkişafdan da söz açıb, bunu Ərdoğan hökumətinin uğuru adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev son illərdə iki ölkə arasında əsası qoyulan böyük layihələrdən - Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz, Bakı-Tiflis-Qars dəmir yolu və s. haqda da danışıb.
Dövlət başçısı Türkiyənin “Petkim” şirkətinin özəlləşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifini qəbul etməsini də müsbət dəyərləndirib: “Biz də buraya hər zaman investisiya qoymaqdan, onu böyütməkdə çox məmnunuq. Bu gün burada neft-kimya müəssisəsinin, eləcə də Heydər Əliyev adına Peşə Təhsili Liseyinin təməlinin qoyulması bizi çox sevindirir. Biz iki böyük liderin - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin əsasını qoyduğu doğru yolla gedirik. Bu yol bizi uğurlu gələcəyə aparacaq”.
Türkiyə Baş nazirinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzv seçilməsi münasibəti ilə təbriklərinə görə təşəkkürünü bildirən Azərbaycan dövlət başçısı bunları deyib: “BMT-də qazandığımız yer bizim Türkiyə ilə müştərək yerimizdir. Biz həmişə bir yerdə hərəkət etmişik, orada da bir olacağıq”.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan AYPE-T zavodunun videogörüntü vasitəsilə açılış mərasiminə qoşulublar. Burada istehsal olunan aşağı sıxlıqlı polietilen məhsulu plastiklər sənayesinin dünyada geniş istifadə olunan ən əhəmiyyətli xammallarından biridir. İllik məhsuldarlığı 160 min ton olan zavodda müxtəlif sektorların ehtiyacını ödəməyə yönəlmiş 11 çeşiddə məhsul istehsal olunacaq. Azərbaycan dövlətinin başçısı və Türkiyənin Baş naziri müəssisənin açılışı münasibətilə təbriklərini çatdırıblar.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan İzmirdə videobağlantı vasitəsilə Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin təməlqoyma mərasiminə qoşulublar.
İzmirli deputat Aydın Şəngül məlumat verib ki, Xəzər və Egey dənizləri arasında təhsil körpüsü funksiyasını daşıyacaq bu bilik ocağı Ceyhan və Qarsdan sonra “Bir millət, iki dövlət” idealının Egey bölgəsinin təhsil sahəsində də rəmzi olacaq.
Liseyin inşası ilə bağlı protokol ARDNŞ ilə İzmir valiliyi arasında imzalanıb. 2012-2013-cü tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan məktəbdə 24 sinif otağı, 10 mənzilli yaşayış korpusu və idman salonu 720 şagirdə xidmət göstərəcək.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri liseyin təməlinin qoyulması münasibətlə təbriklərini çatdırıblar.
Dünən İzmirdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası olub. İclasda Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif sahələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Sonra Türkiyə ilə Azərbaycan arasında sənədlər imzalanıb. Türkiyənin “Anadolu” Agentliyi ilə “AzərTAc” arasında əməkdaşlıq sazişi, meşəçilik, meteorologiya, mətbuat və informasiya, polisin təhsili sahələrində əməkdaşlıq sazişləri imzalanıb. Bu sənədlərə Azərbaycan tərəfdən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov imza atıb.
İmzalanan sənədlər arasında iki ölkənin strateji əməkdaşlığı çərçivəsində Xarici İşlər nazirliklərinin Diplomatik Akademiyaları arasında əməkdaşlıq sazişi də var. Sənədi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə XİN-in İcra Aparatının rəhbəri Firudin Sinirlioğlu imzalayıblar.
Bundan başqa, Türkiyə ilə Azərbaycana arasında ailə və sosial siyasət sahəsində əməkdaşlıq sazişi imzalanıb. Sənədə Türkiyənin Ailə və sosial siyasət naziri Fatma Şahin və Azərbaycanın Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova imza atıblar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının protokolunu da imzalayıblar.
Görüşdə Şuranın növbəti iclasının Azərbaycanda keçirilməsinə qərar verildiyi açıqlanıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19

