Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Həştərxanda əsaslı təmirdən sonra Heydər Əliyev adına məktəbin açılışı olub

Həştərxanda əsaslı təmirdən sonra Heydər Əliyev adına məktəbin açılışı olub

25.10.2011 [13:51]

Əli Həsənov: Azərbaycan-Rusiya münasibətləri ölkələrimizin prezidentləri - İlham Əliyevin və Dmitri Medvedevin sayəsində son vaxtlar daha yüksək səviyyəyə çatıb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Həştərxanda Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış mərasimi olub. Bakı küçəsində yerləşən təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yenidən qurulub.
Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin büstü, ümummilli liderin həyat və fəaliyyətini əks edən fotostendlər qoyulub.
Mərasimdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan nümayəndə heyəti və Həştərxan vilayəti administrasiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına çiçəklər qoyublar. Mərasimi açan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jılkin deyib: “Tamamilə yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuş bu təhsil müəssisəsi Rusiya və Azərbaycan arasında əsil dostluğun rəmzidir. Bu məktəb dövlətlərimizin liderləri Dmitri Medvedev ilə İlham Əliyevin səmimi münasibətlərinin təcəssümüdür”.
Qubernator qeyd edib ki, sovet dövründə təkcə Azərbaycanın deyil, həm də Rusiyanın inkişafında müstəsna rol oynamış böyük dövlət xadimi Heydər Əliyevin adını daşıyan  məktəbin açılması  çox əlamətdar hadisədir. ümummilli liderin xidmətlərindən danışan qubernator vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərinə həmişə böyük önəm verib. O, deyib: “Həştərxan çoxlu etnosun, xalqın yaşadığı məkanın bir hissəsidir. Həştərxan lap qədimlərdən burada yaşayan azərbaycanlılar üçün xüsusi ərazidir”.
Məktəb binasının Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yenidən qurulduğunu vurğulayan A.Jılkin deyib: “Biz həştərxanlıların Azərbaycan dövlətinə hörmətinin əlaməti olaraq, habelə ölkələrimiz arasındakı münasibətlərin dəstəklənməsi üçün məktəbə Heydər Əliyevin adının verilməsini təklif etdik”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu məktəbin açılması Azərbaycan-Rusiya humanitar əlaqələrini möhkəmləndirən mühüm hadisədir. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə tamamilə yenidən qurulmuş təhsil müəssisəsinin açılması münasibətilə müəllim və şagirdləri təbrik edib.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan Əli Həsənov bildirib ki, O, dünya miqyaslı dövlət xadimi olub. O, ümummilli liderin təhsilin inkişafına həmişə böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə dostluq münasibətlərinin qurulmasında məhz Heydər Əliyev mühüm rol oynayıb, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasını qoyub. Heydər Əliyevin xatirəsinin Rusiyanın bir çox şəhərlərində əbədiləşdirildiyini diqqətə çatdıran Ə.Həsənov deyib: “Onun səyləri ilə Azərbaycan-Rusiya münasibətlərini əsaslı surətdə yaxşılaşdırmaq və fəallaşdırmaq, ona yeni təkan vermək mümkün olub”.
Ə.Həsənov xüsusi vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri ölkələrimizin prezidentləri - İlham Əliyevin və Dmitri Medvedevin sayəsində son vaxtlar daha yüksək səviyyəyə çatıb. O deyib: “Bu gün əlaqələrimiz çoxşaxəlidir və həyatın bütün sahələrini əhatə edir”.
Ə.Həsənov Azərbaycan diasporunun Həştərxan vilayətinin sosial-iqtisadi, mədəni həyatında fəal iştirak etməsini, xalqlarımız arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə töhfəsini  diqqətəlayiq hal adlandırıb.
Tədbir iştirakçılarına müraciət edən Ə.Həsənov vurğulayıb ki, məktəbə Heydər Əliyevin adının verilməsi onların üzərinə həmişə və hər yerdə birinci olmaq, Vətəni Heydər Əliyev kimi sevmək kimi böyük məsuliyyət qoyur.
Həştərxan vilayət Dumasının sədri Aleksandr Klıkanov deyib ki, Həştərxan şəhər Duması Azərbaycan Prezidenti İlham Əliyevi “Həştərxan şəhərinin fəxri vətəndaşı” yüksək adına layiq görüb.
Tədbirdə Həştərxan vilayəti qubernatorunun qərarı ilə ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfəsinə görə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib. Həmçinin, Bakının Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanın sosial-iqtisadi inkişafına sanballı töhfəsinə görə “Vətəndaşlıq xidmətlərinə görə” fəxri nişanına layiq görülüb. Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları Rəşid Ağayev və Elmar Əlizadəyə, Həştərxandakı Azərbaycan diasporunun təmsilçisi İrahid Mirişova fəxri fərmanlar təqdim olunub.
Ə.Həsənov rəmzi açarı məktəbin direktoru Tatyana Tixomirovaya təqdim etdikdən sonra məktəbin rəsmi açılış mərasimi olub. Qonaqlar bina, o cümlədən  sinif otaqları və idman zalı ilə tanış olublar.
Qeyd edək ki, əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişib. 1937-ci ildə inşa edilmiş binanın özülü möhkəmləndirilib, iki yeni korpus tikilib. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşib. İstilik sistemi və elektrik xətləri təzələnib. Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator qoyulub. Məktəbdə dərnək fəaliyyəti üçün kabinet də açılıb. Pilləkənlər mərmərlə bəzədilib, duş kabinələri qurulub, ərazi yenidən hasarlanıb, ağaclar əkilib. Təhsil müəssisəsi yeni kompyuterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilib. Məktəbin həyətində xüsusi örtüklü idman meydançası inşa edilib.
Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30