Azərbaycanın şanlı oğlu xatirələrdə yaşayır
04.11.2011 [14:43]
Təltif mərasimində görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan ictimai təşkilatlarının rəhbərləri, tanınmış sahibkarlar, Aydın Qurbanovun doğmaları və yaxınları iştirak ediblər. Mərasimdən əvvəl tədbirin bütün iştirakçıları Kuntsevo qəbiristanlığında Aydın Qurbanovun məzarını ziyarət edib, Azərbaycanın şanlı oğlunun xatirəsini hüznlə yad ediblər.
“Vətən övladı” qızıl ordeninə cəmiyyətin ən yaxşı nümayəndələri layiq görülür. İndiyə qədər müxtəlif illərdə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan və digər ölkələrin ictimai-siyasi xadimləri, elm, mədəniyyət və biznes nümayəndələri bu ordenlə təltif ediliblər. Aydın Səməd oğlu Qurbanov bu mükafata cəmiyyətin rifahı naminə fədakar fəaliyyətinə, Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə və inkişafına verdiyi sanballı töhfələrə görə layiq görülüb.
Azərbaycan torpağı həmişə ehtiyacı olanlara kömək etmək, istedadları dəstəkləmək, ölkənin elm və mədəniyyətinə töhfələr verməyə hazır olan nəcib və səxavətli insanlar yetişdirib. Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi böyük Azərbaycan mesenatlarının şöhrəti və xatirəsi unudulmur. Müasirimiz Aydın Qurbanovun adı da belə insanlar sırasındadır.
Aydın Qurbanov Bakıda anadan olub, orta məktəbi bitirdikdən sonra 17 yaşında Moskvaya gedib, Plexanov Akademiyasına daxil olub. Aydın Qurbanov olduqca istedadlı və fəal insan idi. Məhz əməksevərliyi və əzmkarlığı sayəsində o, tezliklə məşhur sahibkar kimi tanınıb, eyni zamanda ictimai-siyasi fəaliyyətlə məşğul olub. Aydın Qurbanov məhz onun təşəbbüsü ilə yaradılmış ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti idi. O, Azərbaycan ilə Rusiya arasında siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına kömək edir, bu istiqamətdə müxtəlif proqramları dəstəkləyir və reallaşdırırdı.
2001-ci ildə Aydın Qurbanov Moskvanın və Bütün Rusiyanın Patriarxı İkinci Aleksinin xeyir-duası ilə Bakıda Müqəddəs Miradaşıyan Qadınların Pravoslav kilsəsinin bərpası ilə əlaqədar bütün xərcləri öz üzərinə götürüb. Rəmzi haldır ki, əsaslı təmirə ehtiyacı olan, bərpası Aydın Qurbanovun qismətinə düşmüş bu məbədin tikintisində onun məşhur və xalq arasında sevilən sələfi Zeynalabdin Tağıyev iştirak edib. Azərbaycanda pravoslav kilsə həyatının dirçəldilməsinə və Kafedral Kilsənin bərpasına verdiyi böyük töhfəyə görə Patriarx İkinci Aleksi Aydın Qurbanovu Müqəddəs knyaz Daniil kilsə Moskovski ordeni ilə təltif edib.
Aydın Qurbanov uşaq evlərinə, veteranlara, pensiyaçılara, əlillərə hərtərəfli kömək göstərir, təhsil və tibb müəssisələrini maliyyələşdirirdi. Bir sözlə, onun dəstəyinə və diqqətinə ehtiyacı olanlardan heç birini unutmur, onlara yardım göstərməkdən imtina etmirdi. İstər həmyerlisi və ya qohumu olsun, istərsə tanımadığı bir adam.
“Dədə Qorqud” Milli Xeyriyyə Fondunun prezidenti, “Azərbaycan dünyası” (“Mir Azerbaydjana”) beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov mükafatı Aydın Qurbanovun oğlu Səmədə təqdim edərək deyib: “Biz Azərbaycanın şanlı oğul və qızlarını həmişə yüksək qiymətləndirmişik və xeyriyyəçilik ənənələrinin şanlı davamçısı, öz vətənini və xalqını ürəkdən sevən Aydın Qurbanovun da mənsub olduğu gözəl insanlar pleyadası ilə fəxr edirik. Bu gün mən bu mükafatı Aydın Qurbanovun layiqli varisi olan oğluna böyük məmnuniyyətlə təqdim edirəm. Əminəm ki, bizim ən böyük sərvətimiz neft və digər təbii sərvətlər deyil, ölkəmizin gələcəyi olan gənclərdir”.
Səməd Qurbanov bu mükafata və atasının fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Eldar İsmayılova, Ali Ağsaqqallar Şurasının üzvü Yevgeni İvanova və onların şəxsində “Azərbaycan dünyası” (“Mir Azerbaydjana”) jurnalına və “Dədə Qorqud” Fonduna təşəkkürünü bildirib. Bu diqqətdən ruhlandığını etiraf edən Səməd Qurbanov tədbir iştirakçılarını əmin edib ki, atasının bütün həyatı boyu sadiq qaldığı amallara görə layiq görüldüyü mükafat onun Rusiya və Azərbaycanın maraqlarına xidmət etməsi üçün böyük stimul olacaq.
Bu gün Aydın Qurbanov aramızda yoxdur, lakin onun nurlu xatirəsi yaşayır və şanlı əməllərində, xalqının, doğma diyarın qəlbində daim yaşayacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

