Soçi görüşü...
06.09.2023 [11:20]
Türkiyə və Rusiyanın əlaqələri regional problemlərin həllində vacib rol oynayır
Nardar BAYRAMLI
Hazırda beynəlxalq gündəmin əsas mövzularından biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüdür. Bir çox beynəlxalq ekspertlər görüşün regional problemlərin həllində, Türkiyənin vasitəçiliyi ilə “Taxıl sazişi”nin bərpasında müsbət rol oynayacağını düşünür.
Türkiyə “qaz hab”ına çevriləcəkmi?
Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqların yekunlarına dair mətbuat konfransında müzakirə edilən məsələlər açıqlanıb. Vladimir Putin mətbuat konfransındakı çıxışında Soçi danışıqlarının konstruktiv keçdiyini vurğulayıb. O deyib ki, danışıqlar çərçivəsində milli valyutalardan istifadə olunması, energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Rusiya Prezidenti xatırladıb ki, “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi ilə Türkiyə nüvə dövlətləri sırasına daxil olub. Putin əlavə edib ki, Rusiya bundan sonra da Türkiyəni qazla təmin etmək və Türkiyə vasitəsilə üçüncü ölkələrə qaz ixrac etmək niyyətindədir. Türkiyədə qaz qovşağının qurulması üçün işçi qrupunun yaradılması nəzərdə tutulub. “Ümid edirəm ki, biz yaxın vaxtlarda “qaz hab”ının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracağıq. Bu regionda energetika sahəsindəki vəziyyəti daha stabilləşdirəcək, balanslaşdıracaq. Mənə elə gəlir ki, bu, Türkiyənin kənd təsərrüfatının xeyrinə olacaq. Türkiyə istehsalçılarının kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracını genişləndirmişik. İxracat çox yaxşı həcmdədir”,-deyə V.Putin vurğulayıb.
“Taxıl sazişi” bərpa olunacaqmı?
“Taxıl sazişi”nin bərpası məsələsinə toxunan Vladimir Putin bildirib ki, Rusiyanın şərtləri yerinə yetirildikdən sonra ölkəsi müqaviləyə qayıtmağa hazırdır: “Türkiyə Rusiyanın yaxın tərəfdaşıdır və bu ölkədə taxıl emalı imkanları böyükdür. Rusiya kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyət aradan götürüləndən sonra Qətərin dəstəyi və Türkiyə vasitəsilə Afrikanın altı ölkəsinə taxıl ixracına hazırdır”. O, danışıqlar zamanı türkiyəli həmkarının bu məsələyə böyük diqqət ayırdığını söyləyib. Putin qeyd edib ki, Rusiyanı bu sazişi dayandırmağa məcbur ediblər: “Qərb Rusiyanı “Taxıl sazişi”nin humanitar xarakter daşıması ilə bağlı aldadıb. Qərb Rusiya kənd təsərrüfatı istehsalçılarının dünya bazarlarına çıxışını əngəllədiyi üçün Rusiya sazişdən çıxmaq barədə qərar qəbul etməyə məcbur olub. Malların 70%-dən çoxu varlı ölkələrə, Avropa İttifaqı ölkələrinə gedib. İndi biz deyirik: vədlər yerinə yetirilən kimi dərhal sazişə qayıtmağa hazırıq”.
Bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, BMT vasitəsi ilə Rusiyaya təqdim edilən yeni təkliflər paketi əsasında Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etmək mümkündür. Ərdoğanın sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü qlobal böhranın qarşısını almaqda önəmli rol oynayıb.
Prezidentlər regiondakı problemləri, o cümlədən Cənubi Qafqazı müzakirə ediblər
Soçi görüşündə prezidentlər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Ukraynanın əks-hücumunu uğursuz hesab edən V.Putin ölkəsinin danışıqlardan və vasitəçilik təşəbbüslərindən imtina etmədiyini vurğulayıb. Türkiyə Prezidenti isə bölgədə sülhün vacibliyini qeyd edib.
Vladimir Putin Rusiya və Türkiyənin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını və bu ölkənin müqəddəratının öz xalqı tərəfindən müəyyən ediləcəyini bildirib. Rusiya Prezidenti əməkdaşlığa görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Görüşdə Suriyada və Cənubi Qafqazda vəziyyətin müzakirə olunduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Şimali Kiprdə ofis açmasından məmnunluğunu ifadə edib. Prezident deyib ki, Türkiyə regionda sülhə nail olunması üçün bundan sonra da səylərini davam etdirəcək, Rusiya-Ukrayna münaqişəsinin həllinə öz töhfəsini verəcək. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə sıx əlaqələrinin bundan sonra da regional problemlərin həllinə töhfə verəcəyini deyib.
Mixail Qusmanın Rəcəb Tayyib Ərdoğan haqqında filmi
Qeyd edək ki, Soçidə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə liderinin həyatı və siyasi fəaliyyətindən bəhs edən sənədli filmini təqdim edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Mixail Qusmanın “Formula vlasti” silsiləsindən Rəcəb Tayyib Ərdoğana həsr etdiyi sənədli filmin təqdimatı iyun ayında Türkiyənin Moskvadakı səfirliyində olub. İyirmi beş dəqiqəlik filmə Mixail Qusmanın Türkiyənin dövlət başçısı ilə dörd söhbətinin fraqmentləri daxildir.
Sənədli film Rəcəb Tayyib Ərdoğanın uşaqlıq, məktəb və universitetdə oxuduğu illərdən, onun siyasətçi kimi formalaşmasından bəhs edir. Türkiyə Prezidentinin şəxsi həyatının məqamlarına - gələcək həyat yoldaşı ilə tanış olması tarixçəsi, dinə münasibəti, futbola sevgisinə xüsusi diqqət yetirilib. Ümumilikdə, Mixail Qusman qeyd edir ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyət zirvəsinə yüksəlişi asan olmayıb, lakin o, ölkəyə rəhbərlik etdiyi illərdə Türkiyənin daha güclü və dayanıqlı dövlətə çevrilməsinə nail olub, bütün dünya onun rəyi ilə hesablaşır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32

