Öz doğma xalqımı, öz doğma respublikamı ağır vəziyyətdən çıxarmaq...
08.09.2023 [10:19]
Mən təkcə bunu arzu edirəm, mənim həyatda başqa heç bir planım, heç bir arzum yoxdur
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya uçarkən təyyarədə “Delovoy mir” qəzetinin müxbirinə müsahibəsindən
8 sentyabr 1994-cü il
- Siz öz planlarınızda hansı istiqamətə üstünlük verirsiniz: Cənuba, Qərbə, yaxud Şimala?
- Mən dəfələrlə bəyan etmişəm: Azərbaycan müstəqil dövlətdir və bütün dünya üçün qapıları açıqdır. Rusiya bizim şimal qonşumuzdur, bizi iki yüz illik birgə həyat, çoxlu cəhətlər birləşdirir, Rusiya ilə dostluq münasibətləri, iqtisadi əlaqələr olmalıdır. Kim desə ki, bunsuz keçinmək olar, onda o, səhv edər. Lakin bununla birlikdə Azərbaycan müstəqil dövlət kimi öz qonşuları Türkiyə, İran, Gürcüstan, habelə MDB-yə daxil olan digər dövlətlərlə ikitərəfli münasibətlər saxlayır və saxlayacaqdır. Təəssüf ki, Ermənistanla bizim aramızda müharibə gedir, lakin mənə elə gəlir ki, sülh yaranacaqdır. Əlbəttə, Şimal ölkələri ilə - Amerika Birləşmiş Ştatları, Avropa ilə əlaqələrimiz möhkəmlənməlidir. Müstəqil dövlət hansısa bir tərəfə meyllənməməlidir, mən də çoxtərəfli əlaqələr tərəfdarıyam.
- Bakılılar danışırlar ki, siz 70-ci illərdə nadir elmi-texniki kadrlar potensialı və çoxmillətli ziyalılar ordusu yaratmısınız. İndi isə biz böyük təəssüf hissi və kədərlə müşahidə edirik ki, istedadlı adamlar ölkəni tərk edir, özü də bu axın heç də azalmır. Əksinə, daha da güclənir. O cümlədən sizin ölkənizdən də. Mən də bilirəm ki, ölkəniz neçə-neçə gözəl alimdən, rəssamdan, bəstəkardan məhrum olmuşdur. Burada qalan adamlar acı-acı şikayətlənirlər ki, ziyalılığın səviyyəsi kəskin surətdə aşağı düşmüşdür, təmasda olmağa adam tapılmır, rus və xarici elmi nəşrlər hətta Elmlər Akademiyasının kitabxanasına da gətirilmir, yaranmış intellektual vakuumda nəfəs almaq olmur... Nəhayət, çoxdan gözlənilən dinc sakitlik nə vaxt bərqərar olacaq, ölkənizdə vəziyyət nə vaxt sabitləşəcək, rahatlıq yaranacaq? Siz, əvvəla, bu axının qarşısını almaq üçün, ikincisi, hazırladığınız kadrların Azərbaycana qayıtması üçün hansı tədbirləri görürsünüz? Gəlin bir daha xatırlayaq ki, bəşəriyyət tərəfindən informasiya əsri kimi qiymətləndirilən XXI əsrin astanasındayıq.
- Bu məsələ mənim üçün çox ağırdır, mənə mənəvi zərbə vurur. Bəli, yəqin ki, adamlar xatırlayırlar. Azərbaycanda intellektual potensialın yaradılması üçün mən az iş görməmişəm. Həm elmdə, həm mədəniyyətdə, həm sənayedə, həm də kənd təsərrüfatında. Hər yerdə, hər sahədə. Mən buna bütün həyatımı həsr etmişəm. Bu mənim həyatımın bir hissəsidir, özü də əsas hissəsi. Bəlkə ona görə daha ağırdır ki, yaratdıqlarım müəyyən dərəcədə məhv olmuş, dağılmışdır. Lakin bu, daha məndən asılı deyildir. Bu vəziyyətə səbəb son altı-yeddi il ərzində baş verən proseslərdir. Mənə elə gəlir ki, Azərbaycanın elmi, iqtisadi, intellektual potensialı həm Azərbaycanın özündə, həm də onun hüdudlarından kənarda yaşayır. Lap Rusiyanın özündə də. Vaxtilə mən xüsusi olaraq Rusiyanın ali məktəblərinə oxumağa çoxlu adam göndərmişdim, onlar orada təhsil almış, elmlər doktoru, professor olmuş, yaşamaq üçün də orada qalmışlar. Qərb ölkələrində də bizim çoxlu mütəxəssisimiz var. Elə bilirəm ki, bizdə iqtisadi şərait yaxşılaşanda, iqtisadiyyat inkişaf edəndə, biz cəmiyyətə böyük zərbə vuran mənfi hallardan qismən də olsa, yaxa qurtaranda, həmin potensial yenidən qayıdacaqdır. Mən nikbinəm - mən buna inanıram.
- Ona görə ki, sizin gözəl torpağınız və zəngin imkanlarınız var.
- Həm torpağımız gözəldir, həm də elə bilirəm ki, özüm də buna kömək edəcəyəm.
- Siz həyatda çox şey görmüsünüz, Heydər Əliyeviç, başınız bəlalar çəkib. Gərək ki, 80-ci ildə “Literaturnaya qazeta”-ya verdiyiniz müsahibəni xatırlayıram. O, ölkəmizdə böyük əks-səda doğurdu, bildiyimə görə, xarici ölkələrdə də buna diqqət yetirdilər. Misal üçün, onda biz öyrəndik ki, sizin təşəbbüsünüzlə İttifaqda ilk dəfə olaraq ictimai rəyi öyrənən Mərkəz yaradılmışdır. O, həm də proqnozlaşdırma ilə məşğul olurdu. Onda bunu qeyri-mümkün, təəccüblü hal kimi qiymətləndirirdilər - gələcəklə bağlı olan fikirlər...
- Gördüyünüz kimi, gələcək təsdiq edir ki, onlar doğru imiş.
- Budur, siz yenə də ən məsul vəzifədəsiniz və mənə elə gəlir ki, bir dəqiqə də boş vaxtınız yoxdur. Lakin əgər belə bir dəqiqə tapılsa, - nəyi arzu edərdiniz, nə barədə düşünərdiniz? Yaxın gələcəyi, deyək ki, ikimininci ilə qədərki dövrü, sonrakı illəri necə təsəvvür edirsiniz? Xahiş edirəm, fikrinizi bildirin.
- Doğrudan da, çox şeylər görmüşəm. Lakin elə indi, yenidən ikinci dəfə Azərbaycana - bu dəfə müstəqil dövlət kimi - başçılıq etməyə başlayanda bircə məqsədim olub: öz doğma xalqımı, öz doğma respublikamı ağır vəziyyətdən çıxarmaq. Mən təkcə bunu arzu edirəm, mənim həyatda başqa heç bir planım, heç bir arzum yoxdur. Boş dəqiqələrim yox dərəcəsindədir. Görürsünüzmü, hətta burada, təyyarədə biz həmkarlarımızla məsələləri müzakirə edirdik, onlarla söhbəti qurtaran kimi sizi dəvət etdim. 10 dəqiqədən sonra isə biz artıq Moskvada yerə enəcəyik. Ona görə də boş vaxtım, əslində, yoxdur. Mən həmişə fikirləşirəm, beynim fikirlərdən demək olar ki, heç vaxt ayrılmır.... Lakin başlıca fikrim Azərbaycanı ağır vəziyyətdən xilas etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

