Dəhşətli rəqəmlər və mənəviyyatsız terror aktı...
13.09.2023 [10:51]
Ermənistan bütün xəbərdarlıqlara baxmayaraq, sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində müxtəlif təxribatlar törətməyə davam edir.
Yeri gəlmişkən, Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Sentyabrın 12-si saat 11:25 radələrində isə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldədüzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Bu təxribatı adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk.
Ermənistanın əxlaqsız terror aktı
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə etməklə Azərbaycana qarşı törətdiyi növbəti əxlaqsız terror aktı kimi qiymətləndirib: “1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Bunlar Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü şəkildə mina terroru siyasətinin dəhşətli rəqəmləridir. Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirməyə davam edir”. - H.Hacıyev qeyd edib.
O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli (qorxunc) rəqəmlərini əks etdirən cədvəl də paylaşıb.
Beynəlxalq ictimaiyyət qınanmalıdır
Hərbi ekspert Ramil Məmmədli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sentyabrın 11-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstərməsi olduqca təəssüf və hiddət doğuran hadisədir.
O qeyd edib ki, bu hadisə beynəlxalq hüququn bir neçə sənədinin tələblərinə ziddir: “Adi silahların məhdudlaşdırılması və ya bəzi növlərinin qadağan edilməsinə dair 1980-ci il Cenevrə Konvensiyasının 1996-cı il əlavələrində, konkret olaraq, 2 saylı protokolunda minalar və mina tələlərinin istifadə edilməsinin qadağan olunmasına dair tələbin müddəalarına, həmçinin 2018-ci ildə qəbul olunmuş heyvanların hüquqları və sağlamlıqlarının qorunmasına dair BMT Konvensiyasına birbaşa zidd olan hərəkətdir. Bu mənada hadisəni törədənlər beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır”.
Hərbi ekspert bildirib ki, vətəndaşlar bu mövzuda daha ayıq-sayıq olmalı, maarifləndirmə tələblərinə ciddi əməl etməlidir. Eləcə də Ermənistan tərəfindən törədilən qanunsuz əməlləri beynəlxalq ictimaiyyətə çatdırmalı və bu kimi hadisələrin qətiyyətlə pislənilməsinə nail olmalıyıq.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

