Azərbaycanın modernləşmə siyasəti də öz nəticələrinə görə xüsusi əhəmiyyət kəsb edir
22.12.2011 [10:40]
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələri ildən-ilə genişlənir və çoxşaxəli xarakter alır. İstər ölkəmizdə, istərsə də qlobal miqyasda baş verən ən mühüm hadisələr daim partiyanın diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan dünən Bakıda keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusundakı mötəbər tədbir isə yalnız hakim partiyanın və ölkəmizin ictimai-siyasi həyatı üçün deyil, eyni zamanda beynəlxalq miqyasda əhəmiyyətli forumlardan biri kimi dəyərləndirilir. Bildiyimiz kimi, modernləşmə yaşadığımız XXI əsrin mühüm çağırışlarından olub, keyfiyyətcə yeni iqtisadi və sosial konyukturanı şərtləndirməkdədir. Dünya ölkələri arasında mövcud olan sosial-iqtisadi inkişaf fərqləri özü ilə bərabər mövcud problemlərə yeni yanaşma tərzi tələb edir. çünki yoxsulluq, işsizlik, beynəlxalq terrorizm, etnik separatçılıq, həmçinin, ekoloji problemlər, sürətli inkişaf prosesinin yaratdığı və həlli vacib olan məsələlərdir. Sözügedən tədbirin məqsədi bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 4 qitənin 30-dan çox ölkəsindən, o cümlədən, çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edib. Mötəbər forumda, həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların-Avropa Xalqları Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesia da iştirak ediblər.
Qeyd edək ki, yüksək əhval-ruhiyyə şəraitində keçən beynəlxalq konfransın əcnəbi iştirakçıları qəzetimizə açıqlamalarında Azərbaycanın inkişafını yüksək qiymətləndiriblər.
Məsələn, Ukraynanın Milli Nəqliyyat Universitetinin rektoru Mikola Dmitriçenko “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən konfransı yüksək dəyərləndirib. O bildirib ki, konfransda gündəmə gətirilən məsələlər qlobal əhəmiyyət kəsb edir: “Bu konfransda iştirak etməkdən xüsusi məmnunluq hissi keçirirəm. Düşünürəm ki, konfransa dünya miqyasında diqqət göstərilməsi ona dəlalət edir ki, burada gündəmə gətirilən məsələlər aktuallığına görə qlobal xarakter daşıyır. Modernləşmə siyasətinin əsaslarından birini təhsil təşkil edir. Məhz təhsil sahəsində mövcud problemlərin araşdırılması öz növbəsində iqtisadi və sosial məsələlərin həllinə xüsusi töhfələr bəxş edir”.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat institutunun direktor müavini, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Andrey Qorodetskiy də bildirib ki, konfrans onda dərin təəssüratlar yaradıb: “Təşkilatçılıq olduqca yüksək səviyyədədir. Eyni zamanda, belə bir mövzuda konfransın keçirilməsi ideyası da yüksək dəyərləndirilməlidir. ümumiyyətlə, biz modern iqtisadi modellər haqqında çox danışırıq və çalışırıq ki, haqqında danışılan məsələyə dair ümumi nəticə hasil edək. Hesab edirəm ki, gəldiyimiz ən məqbul nəticə bu gün burada Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin çıxışında öz əksini tapdı: “Uğurları olan ölkənin uğurlu modeli”. Biz əvvəllər eşitmişdik ki, Azərbaycanda çox uğurlu iqtisadi inkişaf strategiyası mövcuddur, bu gün gördüklərimiz isə əvvəllər bu barədə eşitdiklərimizin əyani sübutu oldu. Müşahidə etdik ki, Bakı çox heyrətamiz şəhərdir. Eyni zamanda, paytaxt Bakı həm müasir, həm də qədim şəhərdir. Hər səfərimdə Bakının sürətli inkişafının şahidi oluram. Məhz bu, inkişaf edən Azərbaycanın vizit kartıdır”.
Türkiyənin Gazi Universitetinin dosenti, İqtisadiyyat və idarəetmə fakültəsinin beynəlxalq münasibətlər kafedrasının müdir müavini Mehmet Seyfəddin Erolun sözlərinə görə, modernləşmə prosesinə və anlayışına müxtəlif yanaşmalar mövcuddur: “Biz daha çox modernləşmənin Qərb modeliylə bağlı fikir mübadilələri aparır və müxtəlif araşdırmalara imza atırıq. Bir çox araşdırmaçılar modernləşməni Qərb mədəniyyətinin ekspansiyası kimi səciyyələndirirlər. Başqa sözlə, bu prosesi “Qərbləşdirmə” adlandırırlar. Amma Qərb bu prosesi sonunadək uğurla aparmağa nail olmadı. İqtisadi maraqlara əsaslanan bu ekspansiya elə iqtisadi təməllər üzərində çökdü”.
O, əlavə edib ki, bu prosesin arxasında Qərbin maraqları dayandığından bütün dünya üçün ümumi modelə çevrilməsi mümkün olmadı.
Misirin “Al-Cumhuriya” qəzetinin redaktor müavini Xəttab Məhəmməd isə konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, hazırki ərəfədə belə bir tədbirin keçirilməsi qlobal xarakter kəsb edir: “çünki müasir dövrdə qlobal miqyasda çox önəmli proseslər baş verir. Bu kontekstdə modernləşmə məsələsi də aktuallıq qazanmaqdadır”.
O, bildirib ki, Azərbaycanın modernləşmə siyasəti də öz nəticələrinə görə xüsusi əhəmiyyət kəsb edir: “Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Azərbaycanda çox uğurlu modernləşmə siyasəti və sosial-iqtisadi kurs həyata keçirilir. Eyni zamanda, cənab Prezident İlham Əliyev Azərbaycanda elm və texnologiyanın inkişafına xüsusi diqqət göstərir”.
Belə konfransların daha sıx şəkildə keçirilməsinin zəruriliyini vurğulayan Xəttab Məhəmməd deyib ki, bu cür konfranslar ölkələrin əməkdaşlığı baxımından da mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycanla Misir arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycanın yüksək iqtisadi inkişafı bizdə xüsusi məmnunluq hissi doğurur. Azərbaycanın enerji siyasəti də dünya miqyasında yüksək qiymətləndirilir”, - deyə o vurğulayıb.
Bolqarıstan parlamentinin üzvü, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rəmzi Osman deyib ki, konfransın keçirilməsi iqtisadi və sosial məsələlərin müzakirəsi baxımından xüsusi önəm kəsb edir: “Müasir dövrdə qlobal miqyasda ciddi dəyişikliklər baş verir. Ona görə də, hazırkı dövrdə milli dövlətlər ayrılıqda deyil, əməkdaşlıq çərçivəsində inkişafa nail olurlar. Eyni zamanda, bir dövlətdə baş verən olaylar digər ölkələrə də təsir edir. Məsələn, son olaraq Yunanıstanda baş verən iqtisadi böhran digər Avropa ölkələrinə də sirayət etdi. Məhz bu baxımdan, bu cür konfranslar da ölkələr arasında bir çox ciddi məsələlərə dair fikir mübadilələrinin aparılması baxımından əhəmiyyətlidir”.
Tacikistan Xalq Demokratik Partiyasının sədr müavini Asror Latipov isə artıq ikinci dəfədir ki, Bakıda olduğunu deyib: “Əvvəl də demişdim ki, təəssüratlarım çox yüksəkdir. Günün birinci yarısında edilən çıxışlarda Azərbaycanın ünvanına çox gözəl fikirlər söyləndi. Azərbaycan hakimiyyətinin siyasi kursu da yüksək qiymətləndirildi. Düşünürəm ki, Azərbaycanın iqtisadi inkişafında hakimiyyətin və hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır”.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komissiyasının sədr müavini Vuonq Thua Phonq da öz növbəsində tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, konfransın mövzusu olduqca aktualdır: “Burada müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışları da onu göstərir ki, müasir dövrdə dünyada gedən proseslər, sosial, iqtisadi problemlər bütün dövlətləri narahat edir”.
Vyetnamlı qonaq modernləşmə siyasəti çərçivəsində Azərbaycanın sürətlə inkişaf etdiyini də vurğulayıb: “Müxtəlif ölkələrdən olan çıxışçılar da Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirdilər”.
V.T.Phonq belə bir tədbirin keçirilməsini təcrübə mübadiləsi baxımından da müsbət dəyərləndirib: “çıxış edən tədbir iştirakçıları iqtisadi inkişaf, modernləşmə siyasəti ilə bağlı öz ölkələrinin təcrübəsini bölüşdülər. Hesab edirəm ki, burada səsləndirilən fikirlər bütün tədbir iştirakçıları üçün əhəmiyyətlidir və bu da konfransın önəmini artıran mühüm faktorlardandır”.
Latviyanın Azərbaycandakı səfirinin müşaviri Renars Danelsons da tədbirin əhəmiyyətini yüksək qiymətləndirib: “Burada Avropa məkanı, çin, Filippin də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən görkəmli siyasi xadimlər iştirak edir”.
R.Danelsons tədbirin maraqlı və yaddaqalan keçdiyini bildirib: “Konfransda olduqca maraqlı çıxışlar səsləndirildi, fərqli ideyalar irəli sürüldü. Eyni məsələlər ətrafında müxtəlif yanaşmaların, fikirlərin səsləndirilməsi məsələlərin daha əhatəli və dərindən təhlilinə imkan verir”.
Latviyalı diplomat, həmçinin, əlavə edib ki, tədbirdə hazırda dünyanın diqqət mərkəzində olan ən aktual problemlər barədə fikirlər irəli sürülüb. Onun sözlərinə görə, səsləndirilən ideyalar dəyişən sosial, iqtisadi reallıqlar şəraitində yeni istiqamətlərin, səmərəli idarəçilik prinsiplərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Hülya MƏMMƏDLİ,
Sevinc NURİYEVA,
ümidə İSAYEVA
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

