"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar"
22.12.2011 [10:42]
Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Gülüstan sarayında “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans iştirakçılarını salamlayan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tədbirin əhəmiyyətini vurğulayıb. Əli Əhmədov konfransda dünyanın 30-dan çox ölkəsindən mötəbər qonaqların iştirak etdiyini bildirib. Onun fikrincə, tədbirdə bu qədər nümayəndənin iştirakı bir daha sübut edir ki, qloballaşan dünyada modernləşmə siyasəti və yeni iqtisadi, sosial çağırışların müzakirəsi olduqca vacibdir.
Əli Əhmədov deyib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş ölkələrdə sabitlik yaranmamış, əksinə yeni qarşıdurmalar meydana gəlmişdi. “Əsasən də iqtisadi və sosial problemlər yeni çağırışların yaranmasına səbəb oldu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir sıra problemlərlə üzləşdi. Lakin müstəqilliyimizin ilk illərində Ermənistanın hərbi təcavüzünə, yaranmış iqtisadi böhrana baxmayaraq, Azərbaycan yeni inkişaf yoluna qədəm qoyub. ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 8 faizə enib. Zəngin təbii sərvətlərə malik olan Azərbaycan təkcə Avropanın deyil, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bakıda bu tədbiri təşkil etməkdə məqsəd modernləşmə ilə bağlı fikirləri bölüşmək, yaranmış vəziyyəti bir daha müzakirə etməkdir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bu il müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycanın öz inkişafında böyük nailiyyətlər əldə etdiyini bildirib. O, qeyd edib ki, ən böyük nailiyyətlərdən biri də Azərbaycanın 2008-ci ildə dünyanın iqtisadi və maliyyə böhranından özünü qoruması oldu. Əli Əhmədovun sözlərinə görə, inkişaf prosesləri bir yandan ölkədə həyata keçirilən böyük layihələrlə bilavasitə əlaqədardır, ikinci tərəfdən isə bütün bunların hamısı Azərbaycandakı sosial siyasətin və formalaşmış sosial modelin nəticəsi kimi qiymətləndirilə bilər. YAP Sədrinin müavini bildirib ki, iqtisadi-maliyyə böhranı dünyanın ciddi sosial dəyişikliyə uğramasına gətirib çıxarıb: “Bu zəmində hazırda dünyanın maliyyə resurslarına iddiaçıların sayı da çoxalıb. İqtisadi böhranın fəsadları hələ də mövcuddur. Lakin bu fəsadları Azərbaycana şamil etmək olmaz. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bütün bu inkişafı Azərbaycan ərazisinin yalnız 80 faizində müşahidə etmək mümkündür. Ərazilərin digər 20 faizində isə həyat demək olar ki dayanıb. çünki Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyon insan öz doğma torpaqlarından didərgin düşüb”.
Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub: “Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakı şəhərində “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram. XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Hamılıqla etiraf olunmaqdadır ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan artıq ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsini təqdirəlayiq hadisə sayıram. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyi bu yaxınlarda qeyd olundu. Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malikdir. Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir. Bu mənada Azərbaycanı “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan hesab etmək olar. İnanıram ki, müxtəlif milli təcrübələr barəsində təqdimatlar müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönəlmiş səylərə əhəmiyyətli dəstək ola biləcək. Konfrans iştirakçılarına faydalı müzakirələr, cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakıda keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans həm dünyada, həm də Azərbaycanda həyata keçirilən işlərin müzakirəsi baxımından çox önəmlidir.
Ə.Həsənov bildirib ki, konfransda modernləşmə siyasətinin həyata keçirilməsi, yeni iqtisadi və sosial çağırışlar sahəsində mövcud problemlərə münasibət bildirilməsi, eləcə də perspektivlərlə bağlı proqnozların səslənməsi ilə yadda qalacaq.
YAP Sədrinin müavini Əli Əhmədov konfrans iştirakçıları adından Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Latviyanın sabiq prezidenti, Latviya Seyminin üzvü Valdis Zatlers konfransın əhəmiyyəti haqqında danışaraq bildirib ki, burada dünyanın müxtəlif ölkələrindən iştirak edən nümayəndələrin modernləşmə siyasəti ilə bağlı fikir mübadiləsi aparmaları vacibdir.
“Modernləşmə” anlayışının müasir dünyamızda çox geniş yayıldığını bildirən V.Zatlers yeni sosial və iqtisadi çağırışlara cavab verilməsi istiqamətində dünya dövlətlərinin qarşısında duran vəzifələrdən bəhs edib. Onun sözlərinə görə, bu tədbirin keçirilməsi üçün Azərbaycan doğru məkandır: “Belə bir vacib konfransın Azərbaycanda keçirilməsi əhəmiyyətlidir. çünki bu ölkə sürətlə inkişaf edir və inkişafın çox maraqlı modelini tətbiq edir. Bakıya səfərim çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış oldum. Yalnız ona görə yox ki, bu bayraq hündürlüyünə görə, Ginnesin rekodlar kitabına düşüb, bu fakt Azərbaycanın potensialının göstəricisidir. Bu ölkənin inkişafı göstərir ki, Azərbaycan xalqı və rəhbəri doğru yoldadır və dünyaya çox yaxşı nümunə göstərirlər”.
Latviyanın sabiq prezidenti vurğulayıb ki, modernləşmə prosesində texnologiyaların inkişafı ilə yanaşı cəmiyyətlərin də inkişafı əhəmiyyətlidir. O, Şimali Afrikada baş verən prosesləri xatırladaraq bunu cəmiyyətlərin azad yaşamaq istəyinin nümunəsi kimi dəyərləndirib.
Filippin parlamentinin sabiq sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesia isə bildirib ki, təmsil etdiyi təşkilat 300-dən çox siyasi partiyanı birləşdirir. X.Vensia qeyd edib ki, hər bir ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadi problemlərin həll edilməsi, yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə Azərbaycanda bu problemlər artıq həllini tapıb.
Şərqi Asiyada modernləşmə prosesi haqqında ətraflı məlumat verən Xose de Venesia iqtisadiyyatın, xüsusilə də, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqətin yetirilməsinin əhəmiyyətini vurğulayıb: “Modernləşmə siyasəti və mövcud problemlərin həlli ilə bağlı müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, bunun üçün dövlət institutlarında islahatlar, milli iqtisadiyyatların inkişafı, eləcə də, qlobal proseslərə yanaşmada dövlətlərarası əməkdaşlığın gücləndirilməsi vacibdir. Bütün bunların fonunda əhalinin gəlirləri artmalıdır. Şərqi Asiya ölkələri bu istiqamətdə müvafiq addımlar atmaqdadırlar. Bu gün bu regionun aparıcı dövlətləri kimi Yaponiya, Koreya, Sinqapur, Malaziyanı qeyd etmək olar. Eyni zamanda, çin də fövqəladə inkişaf yolundadır. Və həmçinin, Vyetnam da inkişaf etməkdədir. Əlbəttə ki, yalnız bazar iqtisadi inkişafın təmin edilməsini öhdəsindən gələ bilmir. Burada müəyyən tənzimləmələr həyata keçirmək lazımdır. Bütün sahələr inkişaf etdirilməli və bu da əhalinin gəlirlərinin artmasında özünü göstərməlidir”.
Xose de Venesia dünyada mövcud olan münaqişələrin həllinin vacibliyini də qeyd edib. O, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək bildirib ki, bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib və bu problem beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək ölkəmizdə həyata keçirilən iqtisadi siyasət və onun nəticələri haqqında konfrans iştirakçılarına geniş məlumat verib. Ş.Mustafayev bildirib ki, müstəqilliyini 20 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb: “İnzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf mərhələsinin məqsədi ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür. Modernləşmə siyasətinin səciyyəvi xüsusiyyətini ölkənin uzunmüddətli dayanıqlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyaların tətbiqinin sürətləndirilməsi, innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsulların istehsalının stimullaşdırılması təşkil edir. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi zərurəti və onun əsas istiqamətləri həm də dünya iqtisadiyyatının inkişaf meyillərindən qaynaqlanan ciddi sosial-iqtisadi çağırışlarla şərtləndirilir”.
Ş.Mustafayev vurğulayıb ki, Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəmizi regionun iqtisadi liderinə çevirən milli inkişaf modeli formalaşıb. “Bunun nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi stabillik təmin olunub. Son 7 ildə ümumi daxili məhsul (üDM) 3 dəfə, sənaye məhsullarının illik həcmi 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 2,9 dəfə artıb, ölkəmiz investisiya ixracatçısına çevrilib, inflyasiya həddi birrəqəmli idarə olunan səviyyədə saxlanılıb. Azərbaycanın valyuta ehtiyatları isə 40 milyard dollar səviyyəsindədir. Dünya iqtisadiyyatına inteqrasiya sürətlənib, ticarət tərəfdaşlarımızın sayı 147 ölkəyə çatıb, xarici ticarət dövriyyəsi 5,4 dəfə, o cümlədən, ixrac 8,2 dəfə artıb” - deyə, nazir qeyd edib.
“Eyni zamanda, Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə ölkə başçısının müvafiq Sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Əminik ki, “Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də Azərbaycanın davamlı inkişafını təmin edəcək. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xəttini yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsi təşkil edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, ölkəmiz güclənəcək, möhkəmlənəcək, Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayacaqdır” - deyə, Ş.Mustafayev vurğulayıb.
Avropa Xalqları Partiyasının sədri, Belçikanın sabiq baş naziri Uilfrid Martens çıxışında öncə Avropanın keçdiyi inkişaf yolu barədə fikirlərini bildirib. Hazırda dünyada qloballaşma prosesinin getdiyini deyən U.Martens problemlərdən birgə çıxış yolunun tapılmasının vacibliyini vurğulayıb. Avropa Xalqları Partiyasının sədri Azərbaycanda baş verən inkişaf proseslərini də yüksək qiymətləndirib və ölkə haqqında təəssüratlarının böyük olduğunu qeyd edib: “Mən Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu ölkə müasir çağırışlara cavab verərək düzgün siyasət həyata keçirir. ölkəniz inkişaf, tərəqqi yolundadır. Hər ötən dövrün yeni uğurlarla yadda qalması böyük hadisədir. Azərbaycanın bugünkü inkişafını yüksək dəyərləndirirəm. ölkənizdə demokratiyanın inkişafı sahəsində görülən işləri xüsusi qeyd etmək istərdim”.
U.Martens Avropa dəyərlərinin önəmini vurğulayaraq bu məkanın məhz dəyərlər əsasında yüksək inkişaf mərhələsinə çatdığını qeyd edib. Onun fikrincə, modernləşmə və iqtisadi inkişaf bir-birinə uyğun olmalıdır. U.Martens qlobal problemlərdən çıxış yolunda məhz həmrəylik prinsipinin önəmli olduğunu diqqətə çatdırıb.
Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andras İnotay çıxışında dünyanın üzləşdiyi iqtisadi böhran və böhrandan çıxış yolu kimi modernləşmənin əhəmiyyətindən bəhs edib.
Konfransda çıxış edən Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin deputatı Rəşidə Dati qeyd edib ki, bu gün dünya yeni çağırışlarla üz-üzədir. Onun sözlərinə görə, dünya dövlətləri və xalqları bu çağırışlara birgə cavab verməlidir. çıxışını əsasən Azərbaycana həsr edən R.Dati ölkəmizin inkişafını yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev öz fəaliyyətləri ilə bu ölkəni dirçəldib. R.Dati, həmçinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətlərarası əlaqələrin inkişafında fəaliyyətini yüksək qiymətləndirib və Fondun Parisdə bu yöndə keçirdiyi tədbirləri xoş təəssüratlarla xatırlayıb.
çin Kommunist Partiyasının MK-nın xarici əlaqələr şöbəsi nazirinin müavini çen Fensyan çıxışında çində sosial-iqtisadi inkişaf prosesləri haqqında məlumat verib. O, həmçinin, ölkəsinin qarşısında duran vəzifələr barədə də fikirlərini bildirərək deyib ki, islahatların dərinləşməsi, iqtisadi artımın stimullaşdırılması, investisiya yatırımlarının gücləndirilməsi iqtisadiyyatın modernləşməsinin nümunələridir.
Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı belə bir konfransın təşkil edilməsinə görə Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirib. Hazırda dünyada yeni çağırışların, dəyərlərin həyatımıza daxil olduğunu deyən M.Kabakçı qeyd edib ki, bu yeniliklər heç bir xalqın milli-mənəvi dəyərlərinə zərər verməməlidir. Onun fikrincə, yeni dəyərlərlə yanaşı, əvvəlki dəyərlər də yaşamalıdır. Dünya dövlətlərində baş verən böhranlar haqqında fikirlərini bildirən Türkiyə parlamentinin üzvü bu problemdən çıxış yollarının mümkünlüyünü vurğulayıb. M.Kabakçı deyib ki, bu prosesdə dünya ölkələrində baş verənlərə ədalətli yanaşma olmalıdır: “Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon insan öz torpağından didərgin vəziyyətinə düşüb. Təəssüf ki, bir sıra Qərb dövlətləri bu problemə yanaşmada susur. Hesab edirəm ki, bu məsələdə dünya birliyi doğrunun, haqqın yanında olmalıdır”.
Gürcüstan parlamentinin 1-ci vitse-spikeri Mixail Maçavariani çıxışında ölkəsində həyata keçirilən islahatlar haqqında məlumat verib. O qeyd edib ki, Gürcüstan bir sıra regional layihələrin iştirakçısıdır: “Azərbaycanın dəstəyi olmadan bizim bu layihələrdə iştirakımız mümkün olmazdı. Buna görə Azərbaycan xalqına və hökumətinə təşəkkür edirəm”.
Dörd hissədən ibarət olan beynəlxalq konfransda, həmçinin, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç, Belçika Senatının fəxri sədri Anne-Marie Lizin, Kanada parlamentinin üzvü Russ Hiebet, Polşa Seyminin deputatı, keçmiş xarici işlər naziri Anna Fotika, Böyük Britaniya parlamentinin üzvü Lord Əhməd, İndoneziya parlamentinin deputatı Nabiel Fuad Almusava, Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyayiç və digər ölkələrin nümayəndə heyətlərinin üzvləri çıxış edərək Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu tədbirin çox vacib bir məsələyə həsr olunduğunu vurğulayıblar. çıxış edənlər təmsil etdikləri dövlətlərin sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumatlar verib və modernləşmə siyasətinin əhəmiyyəti ilə bağlı fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

