Aİ missiyası Ermənistanda ofislərini niyə artırır?
14.09.2023 [11:25]
Missiya bu ölkədə iki ildən də çox qalmağı hədəfləyib
Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir. Belə ki, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının İcevanda da ofisi açılıb. Açılışla bağlı tədbirdə missiyanın rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan və bölgə qubernatoru Ayk Qalumyan iştirak edib. Məlumdur ki, ötən ilin oktyabrında keçirilən Praqa görüşü zamanı liderlərin razılığı ilə yaradılmış monitorinq missiyasının mandatı həmin ilin dekabrın 19-da başa çatmışdı. Razılaşmaya əsasən, 40 nəfərdən ibarət mülki missiya iki ay ərzində fəaliyyət göstərməli idi. Amma iki aylıq missiya başa çatandan sonra Ermənistan və Avropa İttifaqı 100 nəfərdən ibarət yeni missiyanın iki il müddətinə göndər??məsi barədə razılığa gəldilər. Bu ilin fevralında Avropa İttifaqı yeni missiya ilə bağlı qərar qəbul etdi, aprel ayında isə mülki missiya Ermənistan ərazisinə gəlib. Aİ-nin növbəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi heç bir razılıq verməyib.
Missiya üzvlərinin sayı artırıldı
Bütün bunların fonunda Avropa İttifaqı Ermənistandakı mülki missiyasının heyətinin sayının daha 23 nəfər artırılması barədə qərar verdi. Bu məqsədlə iyun ayında vakansiyalar elan olundu. Bu barədə məlumat Avropa İttifaqının rəsmi internet səhifəsində yerləşdirilmişdi. Missiyanın yeni üzvlərinin fəaliyyət yerləri Ermənistanın Cermuk, Yeqnadzor, İcevan, Qafan və Martuni rayonlarıdır. Böyük ehtimalla, İcevanda yeni ofisin açılması missiyanın öz sıralarını genişləndirməsidir. Bundan əlavə, bu yaxınlarda Avropa İttifaqının Monitorinq Missiyası Ermənistan ərazisində patrul xidmətlərinin sayını artırdığını elan etmişdi. Yeni ofisin açılmasının digər səbəbi də bu ola bilər.
Ümumiyyətlə, Aİ missiyasının bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Digər tərəfdən, Ermənistanda müəyyən kəsim Avropa İttifaqının missiyasından narazılıq edir. Çünki Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Avropa İttifaqı regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır. Erməni müxalifəti isə Aİ ilə Ermənistan arasında indiyə qədər heç bir hüquqi baza, ikitərəfli razılaşma olmadığı faktını qabardır.
Sülh prosesinə xələl gətirməməlidir
Bütövlükdə, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Müharibənin bitdiyi iki il ərzində bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ölkəmiz tərəfindən müsbət qarşılandı. Brüssel formatı çərçivəsində indiyədək liderlərin bir neçə görüşü keçirilib və həmin görüşlərdə müvafiq bəyanatlar qəbul olunub.
Qeyd edildiyi kimi, Fransa kimi bəzi ermənipərəst güclər regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün yaranan fürsətdən istifadə etməyə çalışır. Azərbaycanın rəsmi mövqeyi isə bundan ibarətdir ki, missiya regionda sülh prosesinə xələl gətirməməli və birtərəfli mövqe nümayiş etdirməməlidir.
Ermənistanın uğursuz manevrləri...
Ermənistan isə hələ də bölgədə sülhün əldə edilməsinə mane olmaqda davam edir. Bu baxımdan, Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Aİ-nin açıqlamasından isə görünür ki, yeni missiyanın əlavə funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Məsələnin belə qoyuluşu da əlavə suallar doğurur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin iqtisadiyyatı böyük dərəcədə bu ölkədən asılıdır. Amma indi Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regiona gətirməyə cəhd edir. Aİ daxilində bəzi ölkələr də Fransanın bu cəhdlərinin Cənubi Qafqazda sülhün və barışın təmin olunmasına deyil, rəsmi Parisin geosiyasi maraqlarına xidmət etdiyini aydın gördükləri üçün yeni missiyanın yaradılmasının əleyhinə olublar. Çünki Fransa mövcud olduğu regionda sülh üçün deyil, öz imperialist maraqlarını həyata keçirməyə çalışıb. Əlbəttə ki, belə olan halda geosiyasi qüvvələrin əlində oyuncağa çevrilmiş Ermənistanın gələcəyi yoxdur.
Bütün bunların fonunda Aİ-nin öz missiyasının Ermənistanda daha uzun müddətə artırmaq istəyini də görmək mümkündür. Proseslərin ardıcıllığı da buna dəlalət edir. Belə ki, Aİ ilk olaraq bu ölkəyə 40 nəfərdən ibarət iki aylıq missiya göndərdi. Sonra 100 nəfərdən ibarət iki illik missiya göndərildi. Daha sonra missiyanın üzvlərinin sayı 23 nəfər artırıldı. Ardınca isə patrulların sayı çoxaldıldı və İcevanda yeni ofisinin açılışı oldu. Halbuki, Aİ missiyasının Yeqnadzorda ofisi fəaliyyət göstərirdi. Bütün bunlar Aİ-nin iki ildən sonrakı müddətdə də Ermənistanda qalmağa maraqlı olduğunu göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24

