/ / Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əlaqələr inkişaf edir
Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əlaqələr inkişaf edir
23.12.2011 [11:19]
Mərasimdən əvvəl keçirilən görüşdə Əli Əhmədov Milo çukanoviçin Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud olan əlaqələrin inkişafına təkan verəcəyini bildirib. YAP Sədrinin müavini qeyd edib ki, imzalanan sənəd təkcə partiyalar arasında deyil, eləcə də, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək. “Yeni Azərbaycan Partiyası olaraq bu əlaqələrə böyük önəm veririk və münasibətlərimizin hərtərəfli inkişafında maraqlıyıq”- deyən Əli Əhmədov Azərbaycanın dinamik inkişafı barədə də qonağa ətraflı məlumat verib. Onun sözlərinə görə, son illər Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir. Bu isə digər sahələrin də inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. YAP Sədrinin müavini xüsusilə sosial sahənin inkişafına diqqət yetirildiyini deyərək bu siyasət nəticəsində əhalinin rifahının yüksəldiyini qeyd edib.
Gələn il Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyini deyən Əli Əhmədov həmin vaxta qədər şəhərin simasının daha da gözəlləşəcəyini qeyd edib.
Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri, Monteneqronun sabiq prezidenti və baş naziri Milo çukanoviç isə dəvətə və isti münasibətə görə təşəkkür edib. Azərbaycanın dinamik inkişaf etdiyini deyən Milo çukanoviç bu ölkənin beynəlxalq məqsədlərə doğru inamla irəlilədiyini vurğulayıb. Qonaq səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün onda böyük təəssüratlar yaratdığını qeyd edib. Milo çukanoviç Prezident İlham Əliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri bildirib ki, ölkəsi Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir. Milo çukanoviç partiyalar arasında əlaqələrin inkişafının vacib olduğunu qeyd edib. ölkələr arasında siyasi səviyyədə əlaqələrin çox yüksək olduğunu deyən qonaq digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.
O həmçinin, səfəri çərçivəsində Bakı ilə tanış olduğunu və şəhərin daha da gözəlləşdiyini bildirib.
Görüşdə, eyni zamanda, hər iki partiyanın gənclər təşkilatları arasında əlaqələrin inkişafının vacibliyi də vurğulanıb. Qeyd edilib ki, gələcək əməkdaşlıq baxımından gənclər arasında əlaqələrin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

