Azərbaycanın növbəti diplomatik qələbəsi
19.09.2023 [10:00]
Ağdam-Xankəndi yolunun açılması ermənilərin “blokada” şousunun sonu oldu
Nardar BAYRAMLI
Ermənistanın və Qarabağ separatçılarının “humanitar böhran” və “aclıq” şousu iflasa uğradı. Xeyli vaxt idi ki, Azərbaycanın beynəlxalq normalara və suveren hüququna uyğun olaraq Laçın yolu ilə bağlı addımlarını siyasi şouya çevirmək istəyən Ermənistan və onun havadarları guya ölkəmizin Qarabağı “blokadaya” alması barədə beynəlxalq miqyasda qərəzli kampaniya aparırdı. Lakin Laçın yoluna paralel olaraq Ağdam-Xankəndi yolunun istifadəsini təklif edən dövlətimiz bu məsələdə prinsipial mövqeyini sonadək qorudu. Razılaşmaları dəfələrlə pozan erməni tərəfi sentyabrın 17-də artıq hər iki yolun eyni vaxtda istifadə edilməsinə razılıq verməyə məcbur oldu.
Sentyabrın 18-də səhər saatlarında isə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə ərzaq və tibbi ləvazimatlar aparıb. Bu, Ağdam-Xankəndi yolunun açılması deməkdir.
Sentyabrın 17-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə ilə bağlı açıqlamasında da bildirmişdi ki, Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. “Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu. Bu gün BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır”, - deyə XİN mətbuat katibi qeyd etmişdi.
Ümumiyyətlə, bu il aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu. Bu sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və beynəlxalq normalara əsaslanır. “Laçın” postunun yaradılmasına etiraz edən Ermənistan onun ləğvi üçün Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi. Lakin əhkəmə Ermənistanın iddiasını əsassız hesab edərək bu sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın suveren hüququ olduğunu bir daha təsdiqlədi. Eləcə də, Ermənistan və Fransanın təşəbbüsü ilə avqustun 16-da BMT Təhlükəsizlik Şurasının keçirilən iclasında da Laçın yolu ilə aparılan müzakirələr iflasa uğradı.
Bütövlükdə, 23 apreldə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması regionda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. Artıq Ermənistan Qarabağ separatçılarına nə silah-sursat daşıya bilir, nə də xarici ölkələrin təmsilçilərinin qanunsuz səfərlərini təşkil edir. Ona görə də, hazırda “humanitar böhran” şousu yaratmağa çalışırdı. Ağdam-Xankəndi yolunun açılması isə bu şounun da sonu deməkdir.
Onu da xatırladaq ki, Azərbaycan və Ermənistan tərəfinin ABŞ-da keçirilmiş son görüşdə sentyabrın 1-dən paralel şəkildə yolların işə salınacağı razılaşdırılmışdı. Lakın Qarabağdakı separatçı rejim bu razılaşmanı pozur, Ermənistan, onların xaricdəki havadarları, lobbiləri razılaşmanın baş tutmaması üçün əllərindən gələni edirdilər. ABŞ, Fransa kimi ölkələr isə razılaşmanın tələblərinin yerinə yetirilməsinə səy göstərmək əvəzinə, Azərbaycana qarşı təzyiqlərə əl atır, müxtəlif səviyyələrdə yersiz bəyanatlar səsləndirir, yalnız Laçın yolunun açılmasını tələb kimi irəli sürürdülər. Lakin Azərbaycan özünün haqlı mövqeyindən geri çəkilməyərək, hər iki marşrutun paralel olaraq işləməsi təklifində israr etdi. Nəticə isə göz önündədir. Bir neçə gün əvvəl Rusiyanın Qızıl Xaç Cəmiyyətinin, bu gün isə Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin Ağdam yolu ilə Xankəndiyə keçməsi ilə Azərbaycan növbəti dəfə doğru yolda olduğunu, ona təzyiqlərin nəticəsizliyini bütün dünyaya göstərdi.
Yüklərin Ağdan-Xankəndi yolu ilə çatdırılması ilə bu yolun funksional olması barədə Azərbaycanın uzun müddətdir dedikləri bu gün əksini tapdı. Əslində, bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir. Dövlətimiz nümayiş etdirdi ki, humanitar məsələlərdə daim üzərinə düşəni edir, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarına münasibətdə də heç bir ayrı-seçkiliyə yol vermir. Separatçı qalıqlarının, eləcə də Ermənistan və onun dəstəkçilərinin humanitar məsələni siyasiləşdirib bundan Azərbaycan təzyiq kimi istifadə etmək niyyəti isə perspektivsizdir. Beləliklə, ermənilər və onların havadarlarının daha bir şousu fiaskoya uğradı.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18

