Ərdoğandan Azərbaycanın haqq işinə dəstək!
21.09.2023 [10:12]
BMT tribunasından “Qarabağ Azərbaycan torpağıdır!” çağırışı...
Əsrlərin sınağından çıxaraq getdikcə daha da möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri çox doğru olaraq dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılır. Dünyada elə bir güc, qüvvə yoxdur ki, bu münasibətlərə hansısa bir formada xələl gətirə bilsin. İki qardaş ölkə onlara edilən xain hücumlara həmişə birlikdə cavab veriblər. Azərbaycan olmayanda Türkiyə, Türkiyə olmayanda Azərbaycan cəsarətlə qabağa duraraq haqqın, ədalətin, dost mənafeyinin müdafiəsinə qalxıblar.
Azərbaycana növbəti möhtəşəm dəstək
“Mən buradayam”. Sonradan aforizmə çevrilən bu ifadə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı bu sözləri 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə tədbirə qatılmayan qardaş Türkiyəyə dəstək məqsədilə ifadə edib. 24 aprel Ermənistanda saxta “soyqırımının” yad edildiyi gündür. Ermənilər heç bir tarixi faktla təsdiqləyə bilmədikləri “soyqırımının” məsuliyyətinin Türkiyənin daşıdığı iddiasındadırlar. Türkiyə dəfələrlə arxivlərin açılmasını, tarixin mütəxəssislər tərəfindən sənədlər əsasında araşdırılmasını təklif etsə də, Ermənistan dövləti və cəmiyyəti öz iddialarından əl çəkmək istəmir. Bu ölkənin sabiq dövlət başçısı Serjik Sarkisyan xəstə erməni təxəyyülünün məhsulu olan iddianı növbəti dəfə bəhs olunan Praqa sammitində gündəmə gətirmək istəyib. Belə ki, Ermənistanın sabiq prezidenti zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlüklə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan rəsmisi bununla da zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serjik Sarkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistanın sabiq prezidenti çıxışında hər vəchlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.
Praqada Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək. “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, - deyə dövlətimizin başçısı Ermənistan rəsmisi tərəfindən saxta ittihamlara tuş gələn Türkiyənin müdafiəsinə qalxıb. Azərbaycan Prezidenti sammitdəki tarixi çıxışında Ermənistanın riyakarlığını, işğalçılıq siyasətinin əsl mahiyyətini yüksək tribunadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dünya bir daha eşidib ki, “ermənilərin soyqırımı” iddiaları blefdir, hər hansı bir tarixi fakta söykənmir. Sərhədlərin bağlanmasına səbəb isə Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti olub. Beləliklə, Ermənistanın sabiq dövlət başçısı çıxılmaz durumda qalıb. Onun, sadəcə, deməyə sözü yox idi...
Bu günlərdə isə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından Azərbaycana növbəti möhtəşəm dəstək ifadə edib. “Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik”, - deyə Türkiyənin dövlət başçısı BMT Baş Assambleyasındakı çıxışında qətiyyətlə vurğulayıb. Fikirlərinə davam edən R.T.Ərdoğan daha sonra deyib: “Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq”.
Xatırladaq ki, Azərbaycan sentyabrın 19-da özünün konstitusiya quruluşunu bərpa etmək, erməni hərbi birləşmələrinin təxribatçı və təhrikçi əməllərinin qarşısının alınması üçün Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Qardaş Türkiyə 44 günlük müharibə günlərində olduğu kimi, antiterror əməliyyatının keçirilməsində də ölkəmizə mənəvi-siyasi dəstək verir. Bu, isə Azərbaycanın özünə inam hissini artırır, tək olmadığını görən ölkəmiz ədalətli mövqeyini daha qətiyyətlə ortaya qoyur.
Səmimi minnətdarlıq!
Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilən və dərin hörmət bəslənilən Prezident R.T.Ərdoğanın BMT tribunasından uca səslə “Qarabağ Azərbaycan torpağıdır” deməsi ölkəmizə, xalqımıza bir qardaşlıq jestidir. Bunu ancaq ən yaxın dostlar, bir-birinə can qəlbdən bağlı olan insanlar edə bilərlər. Rəcəb Tayyib Ərdoğan da Azərbaycana məhz belə münasibət bəsləyir, müxtəlif auditoriyalar qarşısında çıxışlarında bir qayda olaraq “can Azərbaycan” ifadəsini işlədir. Hiss olunur ki, qardaş ölkənin dövlət başçısının ölkəmizə, xalqımıza münasibəti diplomatik çərçivələrdən kənara çıxır, bu sevgi, xoş münasibət onun daxilindən gəlir.
R.T.Ərdoğanın BMT tribunasından Azərbaycana növbəti dəstək jesti respublikamızda həm dövlət, həm də cəmiyyət səviyyəsində səmimi minnətdarlıqla qarşılanıb. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Dövlət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir: “Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan “Bir millət, iki dövlət” kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
05 Dekabr 10:14
Siyasət
05 Dekabr 09:53
Hadisə
05 Dekabr 09:53
Gündəm
05 Dekabr 09:52
Gündəm
05 Dekabr 09:49
Gündəm
05 Dekabr 09:47
Siyasət
05 Dekabr 09:38
Siyasət
05 Dekabr 09:37
Siyasət
05 Dekabr 09:28
Siyasət
05 Dekabr 09:25
Siyasət
05 Dekabr 09:21
İqtisadiyyat
05 Dekabr 09:12
İqtisadiyyat
05 Dekabr 09:10
Siyasət
05 Dekabr 09:08
MEDİA
05 Dekabr 09:05
Analitik
05 Dekabr 09:03
Siyasət
05 Dekabr 09:01
Analitik
05 Dekabr 08:58
Dünya
05 Dekabr 08:56
Analitik
05 Dekabr 08:54
Dünya
05 Dekabr 08:51
Maraqlı
05 Dekabr 08:49
Sosial
05 Dekabr 08:45
İdman
04 Dekabr 23:51
Dünya
04 Dekabr 23:35
Elm
04 Dekabr 23:16
Siyasət
04 Dekabr 22:49
Dünya
04 Dekabr 22:31
Sosial
04 Dekabr 22:16
Mədəniyyət
04 Dekabr 21:52
Elm
04 Dekabr 21:39
Sosial
04 Dekabr 21:17
Elm
04 Dekabr 20:56
İqtisadiyyat
04 Dekabr 20:38
İqtisadiyyat
04 Dekabr 20:15
Siyasət
04 Dekabr 19:53
Mədəniyyət
04 Dekabr 19:32
Sosial
04 Dekabr 19:14
YAP xəbərləri
04 Dekabr 18:17
Ədəbiyyat
04 Dekabr 18:16
İdman
04 Dekabr 18:12
Siyasət
04 Dekabr 17:09
İdman
04 Dekabr 17:04
Dünya
04 Dekabr 17:03
Dünya
04 Dekabr 17:02
Sosial
04 Dekabr 17:02
Siyasət
04 Dekabr 16:54
Sosial
04 Dekabr 16:53
Sosial
04 Dekabr 16:32
Dünya
04 Dekabr 16:27
Mədəniyyət
04 Dekabr 16:26
Mədəniyyət
04 Dekabr 15:45
Gündəm
04 Dekabr 15:02
Sosial
04 Dekabr 14:59
Dünya
04 Dekabr 14:39
Siyasət
04 Dekabr 14:33
Siyasət
04 Dekabr 13:22
İdman
04 Dekabr 13:10
Dünya
04 Dekabr 12:59
Gündəm
04 Dekabr 12:47
Sosial
04 Dekabr 12:36
Xəbər lenti
04 Dekabr 12:10
İqtisadiyyat
04 Dekabr 11:21
Siyasət
04 Dekabr 11:14
Mədəniyyət
04 Dekabr 11:10
Dünya
04 Dekabr 11:09
Siyasət
04 Dekabr 10:57
Siyasət
04 Dekabr 10:52
Sosial
04 Dekabr 10:52
Mədəniyyət
04 Dekabr 10:48