Yevlax görüşü...
21.09.2023 [10:36]
Qarabağda yaşayan ermənilərə tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görmək imkanı qazandıracaq
Sentyabrın 19-dan 20-dək davam edən lokal antiterror tədbirləri erməni silahlılarının təslim olması ilə nəticələndi. Xəbər verildiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Şərtlərə əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilməsi də nəzərdə tutulur.
Tərksilah olundular...
Azərbaycan hər zaman bəyan edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlar da digər vətəndaşlarla eyni hüquqlara malikdirlər - erməni vətəndaşlarımız Azərbaycan qanunları əsasında yaşamalı, qanunlarımıza tabe olmalıdırlar. Bunun üçün isə görüşlərin keçirilməsi əsas şərtlərdən sayılıb. Sadəcə olaraq, qarşı tərəfin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe bu görüşlərin reallaşmasına mane olub və prosesin inkişafını ləngidib. Son aylarda Qarabağda artan tendensiya ilə müşahidə edilən təxribatlar isə nəticədə lokal antiterror tədbirlərinin reallaşmasına yol açdı. Vurğulandığı kimi, artıq silahlı birləşmələr regionu tək edəcək. Bu isə, yeni mərhələnin əsasının qoyulmasına yol aça bilər. Başqa sözlə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlar 30 ilə yaxın müddətdən sonra yenidən öz dövlətlərinin kontstitusiyası və qanunları ilə yaşayacaqlar.
Azərbaycan təmaslarda maraqlı olub
Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm reallıqlardan biri Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Azərbaycan hər zaman danışıqların tərəfdarı olduğunu ortaya qoyub - bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslarla bağlı fəal addımlar atılmışdı. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi və martın 1-də Ramin Məmmədov Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. Daha sonra isə Azərbaycan dövləti Xocalı şəhərində keçirilmiş görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı. Erməni əsilli vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırış sonradan manipulyasiya edilmişdi. Bəzi maraqlı dairələr isə reinteqrasiyanın güclənməsini “böyük təhdid” kimi qələmə verərək yeni görüşlərin baş tutmasına maksimum mane olmağa çalışırdılar. Vurğulanmalıdır ki, Azərbaycan Ordusuna, mülki vətəndaşlarımıza qarşı edilən təxribatlar, yaradılan terror təhdidinin əsasında dayanan amillərdən biri də reinteqrasiyanın qarşısının alınması cəhdi idi.
“Qəbul edilməyən” təkliflər
Ötən ay Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla Yevlax şəhərində görüşün keçirilməsi ilə bağlı informasiyalar yayılmışdı - təsadüfi deyil ki, bu görüşün də manipulyasiya edilməsi üçün bir sıra təxribatçı addımların şahidi olduq. Sonuncu təxribat - Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində baş verən mina terroru isə lokal antiterror tədbirlərinin görülməsinə yol açdı. Antiterror tədbirlərinin həyata keçirildiyi əsnada Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Yeni görüşün baş tutması üçün, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Beləliklə, silahlıların təslim olması yeni görüşün reallaşmasına da yol açdı...
Reinteqrasiya güclənəcək...
Vaxtilə Azərbaycanın Yevlaxda və ya başqa bir regionumuzda görüş keçirməklə bağlı təkliflərini dəyərləndirməyənlər anlamırdılar ki, dövlətimiz öz suveren ərazilərində qanun-qaydanı yaratmaq iqtidarındadır - sadəcə olaraq, biz prosesin sakit yolla inkişafını istəyirik. Bu kimi görüşlər 30 ilə yaxın Azərbaycandan məcburən kənar düşmüş vətəndaşların reinteqrasiyasının daha da güclənməsini şərtləndirən amilə çevrilə bilər - həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayar. Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidinə çevrilərək tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görmək imkanı qazanacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34

