Çində səfərdə olmuş YAP nümayəndə heyəti ilə görüş keçirilib
21.09.2023 [19:46]
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2023-cü il 11-19 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş gənclərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min iştirak ediblər.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin nümunəvi xarakter daşıdığını, qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib. O, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə ÇXR-in Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Tahir Budaqov liderlərin siyasi iradələri sayəsində Azərbaycan-Çin dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını söyləyib. Hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərinin uğurla başa çatdığını vurğulayaraq ölkəmizin regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqe sərgilədiyini bildirib. O, Çinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin önəmini diqqətə çatdırıb.
Daha sonra YAP Sədrinin müavini qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı kontekstində xüsusi yer tutduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
YAP ilə ÇKP arasında fəal dialoqun və intensiv təmasların olduğunu bildirən Tahir Budaqov partiyanın nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmli olduğunu və səmərəli keçdiyini vurğulayıb. Səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini, əlaqələrin mövcud vəziyyətinin və perspektiv imkanların geniş müzakirə olunduğunu nəzərə çatdıran YAP Sədrinin müavini bu amilin həm partiyalar, həm də dövlətlər arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.
YAP Mərkəzi Aparatının rəhbəri bəhs olunan səfərin xüsusilə gənclər arasında məhsuldar işbirliyinin, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyini və gələcəyə yönəlik mühüm addım olduğunu qeyd edib. O, səfərin uğurlu və səmərəli olmasının məmnunluq doğurduğunu bildirərək göstərilən diqqətə görə Çin Kommunist Partiyasının rəhbərliyinə və səfirə təşəkkürünü bildirib. Tahir Budaqov dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edən qarşılıqlı səfərlərin davamlı xarakter daşıyacağına və birgə fəaliyyət nəticəsində diqqətəlayiq uğurlar qazanılacağına ümidvar olduğunu söyləyib.
YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səfərin yaddaqalan olduğunu və məhsuldar görüşlər keçirildiyini bildirib. Nümayəndə heyətinə yüksək diqqət göstərildiyini vurğulayan Z.Əsgərov bu səfərin həm partiyalar, həm də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına, xüsusilə də gənclər arasında əlaqələrin qurulmasına təkan verdiyini qeyd edib və səfərin təşkilində zəhməti olanlara, o cümlədən səfirə dərin təşəkkürünü bildirib.
Daha sonra nümayəndə heyətinin üzvləri – YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Gənclər Birliyinin üzvü Anastasia Lavrina, partiyanın Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov səfər haqqında təəssüratlarını bölüşüblər.
ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min YAP nümayəndə heyətinin səfərlə bağlı xoş təəssüratlar ifadə etmələrinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində qarşılıqlı münasibətlərin strateji xarakter daşıdığını və müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Diplomat Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Qo Min Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından bəhs edib və bu il YAP Sədrinin müavini Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin əhəmiyyətini vurğulayıb. “Azərbaycanın inkişafı və uğurları bizi də sevindirir”, -deyən səfir Azərbaycan-Çin münasibətlərinin yaxşı perspektivlər vəd etdiyini söyləyib və Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təşəkkürünü bildirərək uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

