Paşinyanın, Makronun canfəşanlığı nəyə xidmət edir?
23.09.2023 [11:25]
MÜBARİZ
Azərbaycanın öz suveren hüquqları daxilində sentyabrın 19-da Qarabağ bölgəsində antiterror tədbirlərinə başlaması və cəmi bir gün ərzində bu tədbirləri uğurla tamamlaması sülhyaratma prosesinin irəliləməsi üçün yeni imkanlar yaradıb. Məğlub Ermənistan bu reallıqları düzgün dəyərləndirərək manipulyasiyalardan əl çəkməli və sülhyaratma prosesi ilə bağlı Azərbaycanın təşəbbüslərini dəstəkləməlidir. Yalnız bu halda qarşılıqlı inam mühitini təmin etmək və regionda çoxdan gözlənilən sülhə və təhlükəsizliyə nail olmaq mümkündür. Cənubi Qafqaz bölgəsi məhz qalib Azərbaycanın sayəsində indi sülhə heç vaxt olmadığı qədər yaxındır. Bununla belə, biz görürük ki, məğlub ölkə, onun xaricdəki havadarları yenə də köhnə amplualarında qalmaqdadırlar və sülh prosesinə maneələr yaratmaq səylərini davam etdirmək istəyirlər.
Paşinyan və onun komandası Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməlidirlər
Qalib Azərbaycanın postmüharibə mərhələsində üçtərəfli Bəyanata və sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan sürüşkən mövqe sərgiləyir. Bu ölkədə üçtərəfli Bəyanatın, müxtəlif platformalarda əldə olunan razılaşmaların şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir. Belə cəhdlər isə sülh prosesinə mənfi təsir göstərir. Baş nazir Praqada, Soçidə, həmçinin daxili auditoriya qarşısında Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, regionda bütün kommunikasiyaların açılmasına tərəfdar olduğunu bəyan edib. Bu kimi açıqlamalarla N.Paşinyan Ermənistan cəmiyyətini reallıqla barışmağa, başqa çıxış yolu olmadığına inandırmağa çalışır. Əslində, forpost ölkə üçün doğru olan da elə budur. Ancaq məğlub ölkənin lideri siyasətində qətiyyətsizdir. O, müxalifətin təpkiləri qarşısında tez geri çəkilir və əvvəl dedikləri sözləri bir növ geri götürür. Müharibənin başa çatmasından ötən üç ilə yaxın dövr ərzində Ermənistan tərəfindən kommunikasiyaların açılması istiqamətində hər hansı bir əməli addımın atılmaması, erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxardılmaması, Laçın-Xankəndi yolu ilə bağlı manipulyasiyalara əl atılması, “humanitar böhran”, “etnik təmizləmə” nağıllarının uydurulması onu təsdiqləyir ki, N.Paşinyanın komandası sülyaratma prosesinə münasibətdə səmimi deyil. Faktlar dəhşət saçır. Sadəcə bir gün davam edən antiterror tədbirlərində erməni hərbi birləşmələrinin 90-dan artıq postu ələ keçirilib, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemləri və 2 hava hücumundan müdafiə sistemləri zərərsizləşdirilib. Nə üçün Ermənistan Azərbaycan ərazisində hərbi birləşmələr saxlamaqda davam edib? Təxminən 10 min kontingenti olan bu hərbi birləşmələr Ermənistan büdcəsinin vəsaitləri ilə maliyyələşdirilib.
Dəhşətli mina terrorunun davam etdirilməsi postmüharibə dövründə məğlub ölkənin mənfur siyasətindən əl çəkməməsinin daha bir ifadəsidir. Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2,728 mina aşkarlanaraq zərərsizləşdirilib. O cümlədən Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi Rayonunda isə 1609 mina aşkarlananıb. Ümumilikdə, üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 314 nəfər minaların qurbanı olub.
Qarabağ bölgəsində antiterror tədbirlərinin yekunlaşması və atəşkəsin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması, separatçıların ağ bayraq qaldırmaları, hərbi birləşmələrin tərkisilah edilməsinə start verilməsi fonunda da Ermənistan lideri Nikol Paşinyan və bu ölkənin digər yüksək səviyyəli rəsmiləri yeni reallıqlarla, bütövlükdə sül?yaratma prosesi ilə bir araya sığmayan açıqlamalar verməkdə davam edirlər. N.Paşinyan bu günlərdə hökumətin iclasında yenə də Qarabağda humanitar və hərbi-siyasi vəziyyətin ağır olaraq qalmasından danışıb. O, eyni zamanda, “Qarabağdan olan həmkarları” ilə daim təmasda olduğunu bildirib. Ermənistan lideri həmçinin komandasının “A planının erməniləri Qarabağdan çıxarmaq deyil, onların qorxmadan öz evlərində yaşamaq imkanı əldə etmələri üçün hər şey etmək” olduğunu bildirib.
Qarabağ mövzusunda həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasında baş tutan müzakirələrdəki çıxışında danışıb. O bildirib ki, “Qarabağın bütün ərazisi qadağan olunmuş kasetli sursatlar da daxil olmaqla, ayrı-seçkilik olmadan atəşə tutulub”. A.Mirzoyan bunun guya Qarabağda etnik təmizləmə aparmaq niyyətini diktə etdiyini diqqət mərkəzinə gətirmək istəyib. “Bu genişmiqyaslı hərbi əməliyyatın nəticəsi bunu nümayiş etdirir: əhali rabitənin olmaması səbəbindən məlumat vermək imkanından məhrumdur, Azərbaycan qoşunları Qarabağda əsas marşrutlara nəzarət edir”.
Bu açıqlamalar Ermənistan rəsmilərinin sülh prosesinə pəl vurmaq cəhdlərini bundan sonra da davam etdirmək niyyətində olduqlarını ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanın, Mirzoyanın və digərlərinin ölkəmizin bir bölgəsindəki vəziyyətlə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirmələri əslində onların daxili işlərimizə qarışmaq anlamına gəlir ki, bu da
qəbuledilməzdir.
E.Makron yenə də özünə yer tapa bilmir
BMT TŞ-də Qarabağla bağlı növbəti dəfə müzakirələr aparılmasının əsas təşəbbüskarı olan Fransa prezidenti Emmanuel Makron Azərbaycanın suveren ərazisində uğurla antiterror tədbirləri keçirməsindən bərk əndişələnib. İndi o, necə deyərlər, rahatlaşa və özünə yer tapa bilmir. Bu narahatlığın ifadəsidir ki, E.Makron yenidən Nikol Paşinyana telefon açıb. Bu dəfə də iki bacı ölkənin liderləri Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Fransa ilə Ermənistanı bir-birindən uzaq məsafə ayırır. Bu ölkənin Cənubi Qafqaz coğrafiyasında hansı marağı ola bilər? Sualın cavabı geniş təhlil tələb edir. Qısaca onu demək mümkündür ki, Fransanın Cənubi Qafqazda, o cümlədən də Azərbaycanla-Ermənistan arasında münasibətlərin tənzimlənməsində marağı xoş niyyətə əsaslanmır. Fransadakı güclü erməni lobbisinin girovluğunda qalan E.Makron ölkəsinin daim Ermənistanın yanında yer aldığını dəfələrlə təkrarlayıb. Yeri gəlmişkən, onun siyasi sifarişləri əsasında Fransa parlamenti bir neçə dəfə Azərbaycan əleyhinə qətnamələr çıxarıb. Eyni zamanda, E.Makron bundan əvvəl də BMT TŞ-də Qarabağla bağlı müzakirələrin aparılmasına nail olub. Fransanın öz nüfuzundan istifadə etməklə BMT TŞ-ni istismar predmetinə çevirməsi bu ölkənin neokolonializm ambisiyalarının təzahürü kimi dəyərləndirilməlidir. Ancaq Fransanın belə cəhdləri əbəsdir. Təsadüfi deyildir ki, E.Makronun bütün səyləri puça çıxıb və TŞ ölkəmiz əleyhinə hər hansı bir sənəd qəbul etməyib. Fransa kimi erməni təəssübkeşləri nə qədər proseslərdən uzaqda dayansalar, Azərbaycanla-Ermənistan arasında sülhyaratma prosesi bir o qədər sürətlə irəliləyər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

