YAP Yasamal rayon təşkilatının VIII konfransı keçirilib
17.01.2012 [23:47]
Yanvarın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Daha sonra konfrans Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının akt zalında davam etdirilib.
Konfrans ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək bildirib ki, konfransa 500 nəfər nümayəndə seçilib və onlardan 472 nəfəri qeydiyyatdan keçib. O, çıxışında Azərbaycanın ötən illər ərzində qazandığı uğurlardan da bəhs edib. F.İsmayılovun sözlərinə görə, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü 2011-ci ildə bütün ölkə ərazisində böyük təntənə ilə qeyd edilib. O, həmçinin, qısa zaman ərzində ölkəmizin iqtisadi-sosial sahədə böyük uğurlar əldə etdiyini də vurğulayıb: “Respublikamızda əldə olunan nailiyyətlər, ölkədə əmin-amanlığın möhkəmləndirilməsi, elm, təhsil və səhiyyə sahəsində aparılan islahatlar, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ölkəmizin bir sıra beynəlxalq konfranslara ev sahibliyi etməsi Ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir”.
YAP Yasamal rayon təşkilatının sədrinin sözlərinə görə, hakim partiya xalq içərisində böyük nüfuza malikdir. F.İsmayılov 20 fevral 1993-cü ildə təsis olunan YAP Yasamal rayon təşkilatının fəaliyyətinin daha da genişləndiyini bildirib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsinin, həyat və yaradıcılıq yolunun öyrənilməsi məqsədilə rayon ərazisində Heydər Əliyev məktəb-muzeyi təşkil olunub. Bundan əlavə, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan 100-dən artıq kütləvi tədbir keçirilib. Bunların içərisində İcra hakimiyyəti və bələdiyyə ilə birlikdə keçirilən Ulu öndərin anadan olmasının ildönümlərinə həsr olumuş elmi konfransları xüsusi vurğulamaq lazımdır. F.İsmayılov, həmçinin qeyd edib ki, 1997-ci ildən etibarən ənənəvi olaraq hər il 28 May-Respublika günü münasibətilə hərbi hissələrdə əsgərlərlə görüşlər keçirilir. Bu görüşlərdə respublikanın görkəmli alimləri və incəsənət xadimləri iştirak edirlər. Eyni zamanda, YAP Yasamal rayon təşkilatının Qadınlar Şurası bir çox tədbirlər həyata keçirməklə yanaşı, qocalar evindəki ahıllara baş çəkib, valideyn himayəsindən məhrum olan uşaqlarla görüşlər təşkil edib.
YAP Yasamal rayon təşkilatının sədrinin sözlərinə əsasən, ümummilli liderin qaçqın və məcburi köçkün ailələrinə daim qayğı göstərmək, onlara maddi və mənəvi dayaq olmaqla bağlı tövsiyəsini rəhbər tutan təşkilat 1996-cı ildən başlayaraq hər il belə ailələrə, o cümlədən, imkansız ailələrə müxtəlif yardımlar göstərir, 1-ci sinifə gedən şagirdləri məktəb ləvazimatları ilə təmin edir: “Eyni zamanda, Ulu öndərin gənclərə qayğısını örnək alan YAP Yasamal rayon təşkilatı daim gənclərlə maraqlanıb, onlara dəstək olub. ötən dövrdə Qəbələdə və Lerikdə təşkil olunan yay məktəblərində rayonumuzu təmsil edən 90 gənc iştirak edib. Demək olar ki, bütün ictimai tədbirlərdə gənclərin fəal iştirakı təmin olunur”.
O, qadınların cəmiyyətdəki rolunun əhəmiyyətinə də toxunaraq təşkilatın tədbirlərində, ölkədə gedən ictimai-siyasi proseslərdə qadınların fəallığının artmasını qeyd edib.
Daha sonra YAP Yasamal rayon təşkilatının Nəzarət-təftiş qrupunun sədri Rəşid Nağıyevin hesabatı dinlənilib. R.Nağıyev hazırda YAP Yasamal rayon təşkilatının üzvlərinin sayının 25 min nəfərdən artıq olduğunu bildirib. O, həmçinin qeyd edib ki, partiya sənədlərinin qaydaya salınması və üzvlük haqlarının yığılmasına nəzarət məqsədilə aparılan yoxlamalar zamanı qanun pozuntusu aşkar edilməyib. R.Nağıyev ötən dövr ərzində YAP Yasamal rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyevin sözlərinə görə, son illərdə ölkə iqtisadiyyatı gücləndirilib, təhsil sistemi təkmilləşdirilib. Bir sözlə, Azərbaycan qlobal problemlərin həllində, dünyada gedən proseslərdə öz sözünü deyib, beynəlxalq antiterror koalisiyasında fəal iştirak edib. Bu gün Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin qarantıdır.
Onun sözlərinə görə, Ulu öndər hər zaman gənclərin önə çəkilməsinə xüsusi diqqət yetirib: “Gənclər siyasəti bu gün də layiqincə davam etdirilir. Respublikanın ayrı-ayrı bölgələrində olimpiya və idman komplekslərinin tikilməsi istedadlı gənclərin potensialının üzə çıxması üçün imkandır. Gənc ailələrin evlə və işlə təmin olunması, ali məktəb tələbələrinin təqaüdlərinin dəfələrlə artırılması kimi tədbirlər dövlətin gənclərə qayğısını göstərir”.
YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova çıxışında Türk dünyasının böyük oğlu, Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi önəmi xüsusilə vurğulayıb. YAP Yasamal rayon təşkilatının qadın üzvlərinin sayının 11 mindən artıq olduğunu bildirən T.Şahbazova deyib ki, qadınlar partiyanın tədbirlərində, o cümlədən, xeyriyyə aksiyalarında fəal iştirak edir. Onun sözlərinə görə, YAP-ın fəaliyyəti cəmiyyətdə nümunə rolunu oynayır.
çıxışına konfrans iştirakçılarını təbriklə başlayan Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev partiyanın yarandığı gündən bu vaxtadək şərəfli inkişaf yolu keçdiyini bildirib. O, partiyanın ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını vurğulayıb. İ.Mehdiyevin sözlərinə görə, YAP Yasamal rayon təşkilatı bir çox tədbirlərin keçirilməsində İcra Hakimiyyəti ilə birgə çalışır. İcra başçısı son illərdə rayon ərazisində təhsil, mədəniyyət ocaqlarının, yol qovşaqlarının inzibati tikintisi və təmiri istiqamətində əsaslı işlərin görüldüyünü bildirib. Son illərdə Yasamal rayonunun iqtisadi göstəriciləri də yüksəlib: “Sənaye məhsulları istehsalı 2003-cü ilə nisbətdə ötən ilədək 7 dəfə, əsas kapitala yönəldilmiş investisiya 12 dəfə, tikinti-quraşdırma işləri 21 dəfə, nəqliyyat xidmətləri 6 dəfə, rabitə xidmətləri 3 dəfə artıb. Eyni zamanda, az təminatlı ailələrə yardım tədbirləri də davam etdirilib. Rayon ərazisindəki parklar abadlaşdırılaraq, sakinlərin ixtiyarına verilib”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru akademik, millət vəkili Abel Məhərrəmov YAP Yasamal rayon təşkilatının fəaliyyətində ziyalıların rolunu xüsusi qeyd edib: “YAP Yasamal rayon təşkilatı üzvlərinin intellektual səviyyəsinə görə digər rayonlar arasında seçilir”.
O, həmçinin, “91-lər”in müraciətini xatırladaraq YAP-ın yaranmasında ziyalıların xüsusi xidmətini vurğulayıb. Azərbaycanın müstəqilliyi dövründə çətinlik, bərpa və inkişaf mərhələlərindən keçdiyini bildirən akademik hazırda ölkənin hər bir sahədə sürətlə irəlilədiyini deyib.
çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Fikrət İsmayılov yenidən YAP Yasamal rayon təşkilatının sədri seçilib. Bununla yanaşı, rayon təşkilatının İdarə Heyəti, Şura və Nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşdirilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilib.
HüLYA
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

