Yeni situasiya formalaşıb
07.10.2023 [10:40]
Sülhməramlıların fəaliyyəti...
Qarabağda baş tutan 24 saatlıq antiterror tədbirlərindən sonra ən aktual mövzulardan biri üçtərəfli razılaşmaya əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin gələcəyi ilə bağlıdır. Qeyd edək ki, hətta Rusiyanın və Ermənistanın bəzi siyasətçiləri artıq sülhməramlıların Qarabağda qalmasını mənasız sayır.
Bu məsələyə Rusiya prezidenti Vladimir Putin də münasibət bildirib. Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən V.Putin Qarabağdakı sülhməramlıların statusundan danışıb: “Rusiya sülhməramlılarının hüquqi statusu istisnasız olaraq 9 noyabr üçtərəfli Bəyanatına əsaslanır. Sülhməramlıların heç bir statusu müəyyən edilmədi. İndi niyə belə olduğunu deməyəcəm. Azərbaycan hesab edirdi ki, buna gərək yoxdur. Ona görə də, bunu Azərbaycansız imzalamaq mənasız idi. Ona görə də sülhməramlıların bütün statusu istisnasız olaraq 2020-ci il bəyanatına əsaslanırdı. Sülhməramlıların hüquqları isə ancaq atəşkəsi rejimini müşahidə etmək və riayət etməkdən ibarət idi. Orada sülhməramlılarımızın başqa heç bir hüququ yox idi. Ancaq atəşkəs rejiminə riayət etmək və müşahidə etmək, bu qədər...”
Ermənistan təsdiqlədi...
Putin 2022-ci ilin payızında baş tutan Praqa görüşünə də toxunub. O bildirib ki, Praqada imzalanan bəyanatda Ermənistanın Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıdığı qeyd olunurdu: “Bundan əlavə, Ermənistan rəhbərliyi Azərbaycan ərazisini kvadrat kilometrlərlə qeyd etmişdilər, hansı ki, ora sözsüz ki, Qarabağ da daxil idi. Qeyd etmişdilər ki, onlar Azərbaycanın Azərbaycan SSR-in ərazisi çərçivəsində suverenliyini tanıyırlar. Məlum olduğu kimi Azərbaycan SSR-in tərkibinə Qarabağ da daxil idi. Faktiki olaraq başlıca, tamamilə əsas məsələ həll olunmuşdu, hansı ki, bura Qarabağın statusu da daxil idi. Qarabağ öz müstəqilliyini elan edən zaman, heç kəs onun müstəqilliyini tanımamışdı, hətta Ermənistan da... Düzünü desəm, bu mənə qəribə gəlir. Lakin qərar belə olmuşdu, onlar Qarabağın müstəqilliyini tanımamışdılar. Lakin Praqada onlar tanıdılar ki, Qarabağ Azərbaycana məxsusdur. Sonra isə 2023-cü ilin əvvəlində Brüsseldə analoji görüşdə bunu təkrar bəyan etdilər. Bizə bu barədə heç kim deməmişdi. Mən şəxsən bunu mətbuatdan öyrəndim”.
Paşinyan ortadan çəkildi - sülhməramlı məsələsi...
Putin vurğulayıb ki, Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Lakin Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi statusunu müəyyən edib. “Bundan sonra Azərbaycan Prezidenti görüşlərin birində mənə dedi ki, “görürsüz hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”. Bilirsiz, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu keyfiyyətdə dəyişikliyə uğradı. Azərbaycan Prezidenti dedi ki, sizin sülhməramlılar bizim ərazimizdə yerləşir. Gəlin indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan baş naziri Paşinyan da bunu təsdiq etdi, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısız. Yəni ki, Qarabağ getdi... İndi bu status haqqında nə istəsən demək olar. Bu, əsas məsələ idi, ötən on illiklər ətrafında hər şey onun (statusun-red) ətrafında fırlanırdı. Bitdi. Ermənistan onu həll etdi. Qarabağ rəsmən Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi belə oldu. Biz nə edə bilərik ki?”, - deyə Putin əlavə edib.
Qeyd edək ki, bu nüans əvvələr də Rusiya rəsmilərinin dilindən səslənmişdi. Amma indiki halda dövlət başçısının bu fikirləri söyləməsi fərqli anlam daşıyır. Bu o deməkdir ki, Azərbaycanın səyi və qətiyyəti regiondakı bəzi reallıqlar kimi sülhməramlı məsələsində də mühüm dəyişikliklərə yol açıb.
Müvəqqəti müşahidə məntəqələri söküldü...
Beləliklə, sülhməramlıların fəaliyyət istiqamətlərində müəyyən dəyişikliklərin olacağını proqnozlaşdırmaq olar. Yeri gəlmişkən, oktyabrın 5-də Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında yer alan informasiyada göstərilib ki, Əsgəran, Ağdərə və Şuşa rayonlarında tərəflərin keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin sökülməsi başa çatıb.
Bu fakt onu göstərir ki, artıq sülhməramlıların fəaliyyət mexanizmləri, fəaliyyət istiqamətləri dəyişir. Bununla bağlı növbəti mərhələdə nələrin baş verəcəyini isə fərqli istiqamətlərə yozanlar var - bəzi siyasətçilər bunu Rusiyanın sülhməramlı qüvvələrini bölgədən çəkəcəyi ilə əlaqələndirir. Onlar iddia edirlər ki, artıq qondarma rejim çökdüyü və Azərbaycanın da açıq reinteqrasiya proqramı bəyan etməsi fonunda sülhməramlıların regionda qalmasına ehtiyac duyulmur...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52

