Özünü "ofsayda" salan..
07.10.2023 [11:43]
Ermənistan yenidən "köləliyi" seçir
Ermənistanın qeyri-konstruktiv mövqeyi bu dövlətin ən böyük "baş bəlasıdır". Özünü başqa dövlətlərin əlində "siyasi dəyənək" kimi görmək "arzusu" hər zaman rəsmi İrəvanın əleyhinə yönələn arqument kimi çıxış edib. Vaxtilə Azərbaycana qarşı başlatdığı işğalçılıq siyasəti onları regional inkişaf tempindən kənar salmışdı - ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib. Hətta bu dövlət müstəqil olmaq şansını belə itirib. Yenidən eyni metodlarla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistan üçün daha böyük zərbə sayılır. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan özünü dalana dirəyib – artıq reallıqdan qaçmaq mümkün deyil. Halbuki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın inkişaf üçün yeni bir mərhələ formalaşdıra bilərdi. Azərbaycan bu gün Şərq-Qərb marşurutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənsitan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilərdi - Azərbaycan dövləti hər zaman bildirib ki, Ermənistanın sülh gündəliyini təsdiqləməsi, qəbul etməsi bu ölkəni də yeni əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Amma…
Yeni situasiya, yeni şərtlər formalaşır...
Ermənstan növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən verdi və dalan, kənarda qalmış dövlət statusunu daha da möhkəmlətdi. 2023 cü ilin sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” imzalanan zaman regional əməkdaşlığın bütün perspektivləri ortaya qoyulmuşdu – həm Azərbaycan, həm də Türkiyə Prezidenti regionun yeni gələcəyi üçün mühüm addımlarla bağlı anonslar sələndirmişdi. Hətta bu yolun gələcək perspektivdə region dövlətlərinin maraqlarına uyğunluğtu ilə bağlı fikirlər ortaya qyoulmuşdu. Dəhlizin açılışından sonrakı mərhələdə Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı səsləndlirilmişdi. Bir sözlə, Qars-İqdır-Naxçıvan dəmiryolunun tikilməsi və onun verəcəyi dividendlər üzərindən regional əməkdaşlığın yeni mərhələsi şərtləndirilmişdi.
Ölkəmizin Ermənistana ehtiyacı yoxdur
Ermənistanın adekvat addımlar atmaması isə onu növbəti dəfə proseslərdən kənarda saxlayır. Ermənistan anlamır ki, Azərbaycanın ona ehtiyacı yoxdur. 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin il sentyabrın 21-də Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.
Azərbaycanın İran ərazisindən keçməklə yaradılan yeni nəqliyyat dəhlizindən götürəcəyi iqtisadi dividentlər də kifayət qədər böyükdür. Yeni yol bağlantısı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacaq. Bu o deməkdir ki, Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan keçəcək. Bunun sayəsində də respublikamızın tranzit gəlirləri artacaq. Azərbaycan İran vasitəsilə həm də Naxçıvanla bağlantını yaradır və bu, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.
Azərbycan qlobal münasibətlərin tənzimləyici faktoru kimi…
Ermənistan isə anlamır ki, dəhlizin açılması dalan ölkə olan Ermənistan üçün də faydalıdır. Lakin məğlub ölkə yaranmış fürsəti lazımınca dəyərləndirə bilmir. Beynəlxalq aləmin sülhə nail olunması üçün göstərdiyi səylər Azərbaycanın regionda yaratdığı yeni geosiyasi, o cümlədən iqtisadi reallıqlara əsaslanır. Bu gün beynəlxalq iqtisadi münasibətlərdə yeni mərhələ formalaşdıracaq Orta Dəhliz layihəsinin inkişafı bütün dövlətlər tərəfindən dəstəklənir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi isə dünya dövlətlərinin, xüsusilə Avroasiyanın ticarət imkanlarını, dövriyyəsini artıracaq. Azərbaycan isə aktuallığı gündən-günə artan Orta Dəhliz üzrə ən mühüm logistik mərkəzlərdən biridir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranır – İran ərazisindən yolu keçirməklə Azərbavycan yeni münasibətlər sisteminin formalaşmasına da imkan yaradır. Beləliklə, dünya dövlətləri Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir – bu, bütövlükdə Cənubi Qafqazın həyatında yeni mərhələ formalaşdıracaq. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində fəal oyunçu qismində çıxış edir – çoxşaxəli əlaqələr, Azərabaycanın qlobal münasibətlərin tənzimlənməsindəki rolu bunu təsdiqləyir. Azərbaycan yeni dövrdə beynəlxalq münasibətlər sistemində ən mühüm ölkələrdən biri kimi yer almaqdadır. Bu isə yerləşdiyimiz regionun siyasi-coğrafi üstünlükləri ilə yanaşı rəsmi Bakının yaratdığı reallıqlardan qaynaqlanır. Ermənistan isə əlinə düşən bu fürsətdən yararlanmaq imkanını itirərək dalan dövlət statusunu davam etdirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34

