Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Görəsən, Müsavat partiyasına ianələri kim(lər) verir?

Görəsən, Müsavat partiyasına ianələri kim(lər) verir?

07.02.2012 [12:35]

Daim demokratiyadan, vətəndaş cəmiyyətindən, şəffaflıqdan və düzgünlükdən dəm vuran Müsavat partiyası üzvləri qarşısında hesabat verməməklə, həm “Siyasi partiyalar haqqında” Qanunun maddələrini, öz Nizamnaməsinin tələblərini pozur, həm də vergidən yayındığını isbatlayır
Müasir dövrdə fəaliyyət göstərən siyasi və qeyri-siyasi təşkilatlar həm lokal, həm də qlobal miqyasda müsbət imiclərini, eyni zamanda, fəaliyyətlərinin şəffaflığını qoruyub saxlamaq məqsədilə ictimai məsuliyyətini dərk edərək, cəmiyyət qarşısında tez-tez hesabatlar verirlər. Bu yolla təşkilatlar həm ictimaiyyət arasında yarana biləcək şübhəli suallara bilavasitə cavab vermiş olurlar, həm də müxtəlif sosial qruplardan olan üzvlərinin inamını və etibarını möhkəmləndirirlər. Təbii ki, burada özəl və ya dövlət, siyasi yaxud qeyri-siyasi təşkilatlar arasında differensiasiya aparılmamalıdır. çünki şəffaflıq vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsində iştirak edən ilkin amillərdən sayılır.
ümumbəşəri sivilizasiyasının bir hissəsi olan, sürətlə modernləşən Azərbaycanda da fəaliyyətin təşkili, gəlirlərin daxil olması və xərclənməsi kimi məsələlərdə şəffaflıq əsas faktor kimi qəbul edilir. Azərbaycan hökumətindən tutmuş ayrı-ayrı qurumlar, təşkilatlar cəmiyyət qarşısında hesabat verirlər və bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Amma eyni sözləri, YAP istisna olaraq, digər siyasi partiyalarla bağlı söyləmək çətin olur...
Hər kəsə bəllidir ki, Azərbaycanın siyasi palitrasında ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyası təsis edildiyi gündən etibarən həm üzvləri, həm də cəmiyyət qarşısında hesabat verərək, yeni bir ənənənin əsasını qoydu və bu, hazırda da davam etdirilməkdədir. Buna misal olaraq, cari ilin fevral ayının 2-də YAP İdarə Heyətinin növbəti iclasında Yeni Azərbaycan Partiyasının 2011-ci il illik hesabatını və ötən ilə dair maliyyə hesabatının müzakirəsini göstərə bilərik. Həmin iclasda qeyd olunub ki, 2012-ci il yanvar ayının 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 556 min nəfərdən çox olub. 2011-ci ildə YAP sıralarına 34 mindən çox yeni üzv qəbul edilib ki, onların da 60 faizə qədəri gənclərdir.
Həmçinin, bildirilib ki, ötən 2011-ci ildə partiya üzvlük haqlarından partiya büdcəsinə 4 mln. 711 min 974 manat daxil olub. Daxil olmuş vəsaitin 4 mln. 611 min 323 manatı Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarının və İcra Katibliyinin xərclər smetasını təşkil edib. Xərclənən vəsaitin 2 mln. 459 min manatı əmək haqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyə xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və s. istiqamətlərə sərf edilib.
Göründüyü kimi, YAP sıralarına nə qədər üzvün qəbul edildiyinə, ümumilikdə nə qədər maliyyə vəsaitinin daxil olduğuna, onların necə xərcləndiyinə və hansı işlərin görüldüyünə dair hesabat verir. YAP-ın daim insanlarla ünsiyyətdə olması, onların fikirlərini və düşüncələrini eşitməsi, cəmiyyətin inkişafı naminə uğurlu fəaliyyət sərgiləməsi, eyni zamanda, işlərilə bağlı hesabat verməsi bir daha göstərir ki, hakim partiya Azərbaycanda qurulan sağlam vətəndaş cəmiyyətinin əsaslarının daha da möhkəmləndirilməsində iddialıdır və bu prosesdə avanqard mövqe tutur.
Yeni Azərbaycan Partiyası fəaliyyətində şəffaflığı qorumaqla yanaşı, üzvlərinin, sosiumun inam və etimadını bir daha doğruldur. Anlaşılan odur ki, partiya mənsubiyyəti olmayanlar belə, YAP-ın ümummilli fəaliyyətini dəstəkləyir və özünü bu partiyanın üzvü hesab edirlər. Məhz, Yeni Azərbaycan Partiyasının da gücü bundadır.
Lakin eyni sözləri daim demokratiyadan, vətəndaş cəmiyyətindən, şəffaflıqdan, düzgünlükdən və s. dəm vuran Müsavat partiyası haqqında söyləmək olmur. Hələ bu günə qədər Müsavat partiyasının nəinki cəmiyyət, hətta, öz üzvləri qarşısında belə hesabat verdiyinin şahidi olmamışıq. Müsavat partiyası bu günə qədər büdcəsinə daxil olan maliyyənin haradan əldə olunduğunu və onların necə və hansı məqsədlə xərcləndiyini açıqlamayıb.
Əslində, Müsavat partiyası hesabat verməməklə, “Siyasi partiyalar haqqında” Qanunun maddələrini pozur. çünki sözügedən Qanunda göstərilir ki, partiyalar vaxtaşırı hesabat verməli və büdcəsini üzvlük haqqı hesabına formalaşdırmalıdırlar. Bununla yanaşı, Müsavat partiyası öz Nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirmir. Yəni, hər bir partiya öz Nizamnaməsində göstərir ki, o, üzvləri qarşısında hesabat verməlidir. Həmçinin, Müsavat partiyası hesabat verməməklə, vergidən də yayındığını isbatlayır. Nəticədə isə Müsavat partiyasının maliyyələşməsi və fəaliyyətilə bağlı qaranlıq məqamlar və cavabını hələ də tapmayan haqlı suallar ortaya çıxır. Cəmiyyət bilmək istəyir ki, görəsən, Müsavat partiyasına ianələri kim(lər) verir? Bu partiyanın maliyyələşməsi necə aparılır? Bu partiyanın həqiqətən nə qədər üzvü var? Müsavat partiyasının üzvlərinin sayının azlığına baxmayaraq, onların verdikləri üzvlük haqları hara və necə xərclənir? Ən əsası isə Müsavat partiyası nə üçün hesabat vermir və ya vermək istəmir? və s.
ümumiyyətlə, problemi bir qədər də araşdırdıqda, aydınlaşır ki, Müsavat partiyasının cəmiyyətdə nüfuzunun çox aşağı olmasının, üzvlərinin kütləvi şəkildə partiya sıralarından istefa verməsinin, seçkilərdə ictimaiyyətin dəstəyini ala bilməməsinin, bütövlükdə, bu partiyanın iflasa uğramasının kökündə duran ciddi faktorlardan biri də, məhz, şəffaf fəaliyyətin olmaması ilə bağlıdır. Müsavat partiyasının rəhbərliyi ictimai məsuliyyətini dərk etmir və bu cür fəaliyyətilə üzvlərinə və cəmiyyətə qarşı anlaşılmaz mövqe ortaya qoyur. Ona görə də, bu gün Azərbaycan ictimaiyyəti nə Müsavat partiyasına, nə də onun rəhbərliyinin sözlərinə inanmır. Bu səbəbdən də, Müsavat partiyası “dünyanı dəyişmək” əvəzinə ilk olaraq, özünə düzən versə, yaxşı olar. çünki özünə başqan seçə bilməyən, bir qrup şəxsin maraqlarının girovuna çevrilmiş Müsavat partiyasının qaranlıq fəaliyyəti onun cəmiyyətin həyatında hansısa rolu oynaya biləcəyinə dair ciddi şübhələr yaradır.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30