Otto fon Bismarkdan başlayan alman "qara kassa"ları
22.02.2012 [01:34]
Məlum olduğu kimi, son zamanlar Almaniya KİV-lərində, xüsusilə də, “der Şpigel” qəzeti və ARD ictimai telekanalında Azərbaycana qarşı əsassız, qeyri-obyektiv və qərəzli materialların dərc və nümayiş edilməsi müntəzəm xarakter alıb. Almaniyanın anti-Azərbaycan dairələrinin nəzarətində olan bu media vasitələrində “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi, eləcə də, dünya enerji xəritəsinə yeni layihələrin daxil olduğu ərəfədə dərc olunan və yayılan materialların xüsusi olaraq, qərəzli ruhda olması, bir-birini təkrarlaması, təbii ki, müəyyən şübhələr doğurur və bir sıra məqamlara aydınlıq gətirilməsini labüd hala çevirir. Məsələ bundan ibarətdir ki, Azərbaycana münasibətdə qərəzli mövqe tutan və Almaniyanın mətbuat sektoruna faktiki nəzarət edən, bu dövlətin siyasətinə ciddi təsir imkanlarına malik olan sosial-demokratlar (ASDP) və “yaşıllar” “NABUCCO” ilə bağlı iflaslarını ölkəmizin ayağına yazmağa cəhd göstərirlər. Bu məsələdə isə həm “Eurovision-2012” amilindən, həm də Qərbin standart təzyiqetmə vasitələrindən - demokratiyadan, insan hüquqlarından və s. istifadə edirlər. Lakin problemin bir qədər dərin araşdırılması zamanı ortaya çıxan nəticə başqa məqamlardan xəbər verir...
“NABUCCO”nu elə almanlar özləri “öldürür”
İlk növbədə, qeyd etmək lazımdır ki, avropalılar “NABUCCO”nu Rusiyadan enerji asılılığını azaldacaq xilaskar layihə kimi başa düşürdülər. çünki Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyanın zəngin qaz ehtiyatlarını Avropa dövlətlərinə çatdırmalı olan bu layihə çərçivəsində ilkin mərhələdə 30 milyard kubmetr həcmində qaz nəql edilməliydi. Lakin əsas məsələ layihənin maliyyə tərəfilə bağlı olduğundan 10 il ərzində “NABUCCO”nun reallaşdırılması üçün hər hansı əməli addım atılmadı və razılaşmalar elə kağız üzərində qaldı. Azərbaycan tərəfi dəfələrlə “NABUCCO”nun reallaşacağı təqdirdə ona qoşulacağını və bu layihə çərçivəsində də Avropaya qaz nəql etməyə hazır olduğunu bildirib. Hətta “Şahdəniz” qaz yatağından bu layihə üçün 10 milyard kubmetr qaz təklif edən Azərbaycan tərəfi tranzit ölkə kimi də öz mövqeyini ortaya qoyub.
Lakin “NABUCCO” kəmərinin inşa edilməsi üzrə yaradılmış konsorsium nə “Şahdəniz” yatağının verməyə hazır olduğu 10 milyard kubmetrdən əlavə qaz mənbələri tapa bilib, nə də “NABUCCO” kəmərinin tikintisi üçün maliyyə vəsaiti. Xərclər büdcəsinin artması ehtimalı öz yerində, konsorsium, hətta 8 milyard avro məsələsini də heç cür həll edə bilməyib. Gözlənildiyinə görə, zəruri məbləğin təqribən yarısını maliyyələşdirməli olan Avropa bankları təminatlı resurs bazasının olmadığı şəraitdə bunu etməyə tələsmirlər. Vəsaitlərin ikinci yarısı ilə əlaqədar müəyyən problemlər də yaranıb.
Nəticədə konsorsiumun ən iri iştirakçılarından biri olan Almaniyanın RWE şirkətinin baş direktoru Yurgen Qrossman “The Wall Street Journal Deutschland”ə verdiyi müsahibəsində söyləyib ki, layihənin baş tutmaması səbəbindən, çox güman ki, şirkət həmin konsorsiumdan çıxacaq.
Qeyd edək ki, “Bakinski raboçi” qəzetində dərc olunmuş “der Şpigel” jurnalının spekulyasiyaları can üstə olan “NABUCCO”ya kömək etməyəcəkdir” başlıqlı materialda Azərbaycana qarşı “qara piar”ın iqtisadi maraqlar güdən müəyyən anti-Azərbaycan dairələr tərəfindən təşkil edildiyi faktlar əsasında göstərilib. Burada “NABUCCO” layihəsinin reallaşmasında öz marağı olan Almaniyanın RWE şirkətindən və digər biznes və siyasi çevrələrin fəaliyyətindən geniş bəhs olunub.
Vurğulanıb ki, Almaniyaya məxsus RWE şirkətinin əsas prioriteti indi mümkün qədər az pul xərcləməklə qazdan istifadə imkanı əldə etməkdir. Almaniyanın hakim dairələrinin nüvə energetikasından imtina etmək xətti RWE şirkətinin maliyyə vəziyyətini zəiflədib, onu ciddi qənaət yolu seçməyə və hətta öz aktivlərinin bir hissəsini satmağa məcbur edib. çünki qaz ilə yanaşı atom energetikası da bu şirkət üçün mühüm gəlir mənbəyidir.
WSJ yazır ki, Qrossmanın bəyanatı “NABUCCO”nun təsisçilərindən biri tərəfindən ilk real siqnal olub, Avropanın Rusiya qazından asılılığını Xəzər yanacağı hesabına azaltmalı olan layihədən imtina edə bilər. Qrossman RWE şirkətinin başqa kanallar vasitəsilə də yanacaq almağa şad olacağını qeyd edərək deyib: “Xəzər qazı Avropaya bizə lazım olan miqdarda və bizə lazım olan yerə gəlməlidir”. “Bu qaz kəmərinin “NABUCCO”, yoxsa, “Turandot” adlanacağı bizim üçün o qədər də vacib deyil”, - deyən top-menecer sözünü belə tamamlayıb: “Əksinə, bizdən ciddi maliyyə vəsaiti tələb etməyən bütün variantlara şad olacağıq”.
Görünən odur ki, elə ilk olaraq almanlar özləri “NABUCCO” layihəsinin kağız üzərində qalması üçün addım atıblar. Almaniyanın bir sıra mətbuat orqanları da yazırlar ki, Almaniyanı Avropanın tənəsindən qurtarmaq üçün etdiyi cəhdlərinin əsasında da məhz bu amil durur. Ona görə də, “der Şpigel” qəzeti və ARD ictimai telekanalı Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyirlər.
Rasizmin ifrat təzahürü elə Almaniyada müşahidə olunur...
Qeyd etdiyimiz kimi, Almaniyanın adıçəkilən media vasitələri məlum məqsədlərinə çatmaq üçün “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsini fürsət bilərək, Azərbaycana demokratiya, insan hüquqları və digər faktorlar vasitəsilə təzyiq etməyə, iftira atmağa cəhd göstərirlər. Müxtəlif kanallardan istifadə etməklə Azərbaycanın demokratik dövlət kimi imicinə zərbə vurmağa çalışan Almaniya yaxşı olardı ki, öz daxili problemlərinə diqqət ayırsın. çünki Almaniyada ksenofobiya, nasizm meyilləri getdikcə güclənir, miqrantlara qarşı radikal addımlar atılır. Bu yaxınlarda Almaniyada türklərin qəddarcasına qətlə yetirilməsi, eləcə də, türklərin yaşadığı binaların yandırılması deyilənləri açıq şəkildə sübut edir. Nitsşe və Şopenhauerin ideya müəllifi olduğu və Hitlerin real siyasətə çevirdiyi rasizm 6 milyondan artıq yəhudinin qətlə yetirilməsinə gətirib çıxarmışdı. Dünyada ən irimiqyaslı insan qırğınını həyata keçirmiş bir dövlətdə bu gün də rasizmin yaşaması və vaxtaşırı olaraq, öz təzahürlərini nümayiş etdirməsi indiki alman hakimiyyətini düşündürməlidir. Bu mənada başqalarının daxili işlərinə qarışmaq, demokratiya və insan hüquqlarından öz məqsədləri naminə təzyiq vasitəsi kimi istifadə etmək, Almaniyanın nüfuzuna ancaq xələl gətirəcək.
Bundan başqa, özünü Avropanın iqtisadi sütunu sayan Almaniya ətrafında yaranmış vəziyyətə də nəzər salmalıdır. çünki bu gün Almaniya və Fransanın əsas ilhamverici qüvvəsi olan Avropa İttifaqı (Aİ) tarixinin gərgin, sıxıntılı mərhələsinə qədəm qoyub. Yunanıstan, İspaniya, İtaliya, Portuqaliya və digər Aİ üzvlərinin iqtisadi və maliyyə problemlərinin yükü bu ölkəni sarsıdacaq dərəcədə ağırdır...
Korrupsiya içində çabalayan Almaniya...
Almaniyanın problemi təkcə rasizmlə və böhranla bitmir. Bu dövlətin siyasi, iqtisadi institutları ilə yanaşı, eyni zamanda, vətəndaşları bəşəriyyətin “xərçəng xəstəliyi”ndən - korrupsiyadan əziyyət çəkir. ümumi mənada desək, Almaniya korrupsiya içərisində çabalayır, özü də alman cəmiyyəti bu xəstəliyə “başdan” yoluxub. Heç kəsə sirr deyil ki, Almaniya prezidenti Christian Wulf vəzifəsindən sui-istifadəyə və korrupsiya faktlarına görə istefa verib. Əgər bir ölkənin prezidenti korrupsiya əməli törətməsi faktını etiraf edirsə, dövlət aparatının aşağı təbəqələrdə nələrin baş verdiyini dilə gətirmək belə dəhşətli olar.
Amma təsvir olunan mənzərəyə heç də təəccüblənmək olmaz. çünki Almaniya BMT-nin korrupsiya ilə mübarizə konvensiyasını ratifikasiya etməmiş nadir ölkələrdəndir. Bu ölkədə tikinti və kommunal sektor ən çox korrupsiyaya məruz qalmış sahələrdir. Dövlət sifarişlərinin və müqavilələrin bağlanması hallarının 50 faizdən çoxunda korrupsiya faktları müşahidə olunur. Lakin onlarla bağlı konkret addımlar atılmır.
Təsadüfi deyil ki, “Amnistey İnternational” təşkilatı dəfələrlə hesabatlarında bu ölkənin hakimiyyətini rüşvət hallarına qarşı mübarizəni gücləndirməyə çağırıb. Həmçinin, korrupsiya hallarını araşdıran “Berliner Saytunq” qəzeti yazır ki, “görünür almanlar indi başa düşməyə başlayıblar ki, korrupsiya təkcə Neapol və Nayrobidə deyil, həmçinin, Köln və Berlində də gündəlik həyatın bir hissəsidir”.
Xatırladaq ki, hələ 2003-cü ildə “Alman dalğası”nın Almaniyada korrupsiya faktlarının araşdırılması ilə bağlı üzə çıxardığı həqiqətlər nəinki bu gün üçün də aktualdır, hətta daha da inkişaf edib və cəmiyyətdə ciddi müzakirə olunan mövzulardan biridir.
“Alman dalğası” bildirib ki, korrupsiyanın 21 faiz artdığı Almaniyada birja maxinasiyaları, böyük beynəlxalq müqavilələrin bağlanmasında rüşvət halları, süni şəkildə müflisləşmə və insanların milyardlarla avro vəsaitinin mənimsənilməsi reallıqdır. Təkcə 2001-ci ildə müəyyən edilmiş korrupsiya faktlarının vurduğu zərər 6 milyard 600 milyon avro olub.
Alman siyasətçilərinin korrupsiyalaşmasına dair faktlar da heyrətamizdir. Vaxtilə Helmut Kollun hakimiyyətdən getməsinin əsas səbəbi partiyanın “qara kassası” faktının ictimailəşməsi ilə bağlı olmadımı? Bu yaxınlarda Kölndə zibilin utilləşdirilməsi ilə bağlı zavodun alman siyasətçilərinə xidmət etdiyi faktının müəyyənləşdirilməsi korrupsiyadan xəbər vermirmi?
Faktiki olaraq bütün hallarda siyasətçilər məsuliyyətdən qaçır, bir-birini müdafiə edirlər. Hətta məsələlər məhkəməyə çatdıqda belə əksər hallarda korrupsiyaya dair faktlar qənaətbəxş hesab olunmur.
Təsadüfi deyil ki, “Alman dalğası” Almaniyada “banan respublikası” simptomları barədə həyəcan təbili çalıb. Onların təqdim etdiyi materialda bildirilib ki, şəffaflıq korrupsiyaya qarşı ən yaxşı mübarizə metodudur: “Hakimiyyət sərbəst şəkildə informasiya əldə etmək üçün müvafiq qanunun qəbul ediləcəyini bildirmiş və müvafiq qanun layihəsi də hazırlanmışdı. Lakin həmin qanun bürokratların və korrupsionerlərin kabinetlərində itirildi. Buna görə də, hazırda korrupsiya faktlarını ifşa etmək üçün lazımi informasiya əldə etmək çətindir. Hakimiyyət korrupsiyada əli olan “qara firma”ların federal və kommunal sifarişlərə yolunu kəsəcəyini vəd etmişdi. Bəs hanı bu siyahı?”.
Almaniya Cinayət Polisi İdarəsi rüşvətin artdığını təsdiq edir
Bununla yanaşı, Almaniya Cinayət Polisi İdarəsinin 2007-ci il üçün açıqlamasına görə, 2006-cı illə müqayisədə ölkədə vəzifəli şəxslərə rüşvət verilməsi halları 38 faiz artaraq 9563 hala çatıb. Qurumun sədri Yorqa Cirke DPA agentliyinə bildirib ki, iqtisadi sahədə korrupsiya hallarına görə Almaniya büdcəsi hər il 6-8 milyard avro itirir.
Korrupsiyanın yüksək həddə olması bu ölkənin iqtisadiyyatına da təsir göstərir. Hələ 2007-2008-ci illərdə bu ölkədə iqtisadi cinayətlər, o cümlədən, sürücülük kursları şəbəkəsində, “Simens” şirkətində müəyyən edilən korrupsiya halları geniş müzakirə mövzusuna çevrilmişdi. “Transparency İnternationale” təşkilatının keçmiş rəhbəri Xansyorq Elsxorst deyib ki, beynəlxalq səviyyəli alman şirkətlərində yayılmış korrupsiya halları adamı dəhşətə gətirir. çünki onlar sərfəli sifariş almaq üçün rüşvət biznesin bir hissəsinə çevriliblər.
Təsadüfi deyil ki, Almaniyada neqativ halların sayının artması, idarəçilik sistemində problemlər sosial məsələlərin həllində çatışmazlıqların yaranmasına da səbəb olub. Bu qış yollarda baş verən özbaşınalıq, şaxta və soyuq hava şəraiti nəticəsində ölənlərin sayına görə Almaniyanın Avropada ən yüksək göstəricilərə sahib olması təbii suallar doğurur.
Əli Kərimli alman “qara kassası”ndan da maliyyələşir...
Almaniya dövləti göstərdiyimiz daxili və xarici problemləri ilə məşğul olmaq əvəzinə həm də başqa dövlətlərin daxilindəki antimilli qüvvələri də maliyyələşdirməklə məşğuldur. öz iqtisadi maraqlarını təmin etmək məqsədilə həm siyasi marionetkalar, həm də mətbuat vasitəsilə müxtəlif ölkələrlə təzyiqlər etməyə çalışan Almaniya Azərbaycana qarşı da eyni metodu işə salıb.
Heç bir hüquqi əsası olmayan, məsələ ilə bağlı qondarma məruzəçinin təyin olunması, həmçinin, Azərbaycan parlamentinin sabiq spikeri, hazırda İnterpol xətti ilə cinayət axtarışında olan Rəsul Quliyevin Almaniyaya səfəri də çox qəribə görünür. R.Quliyev Berlində Almaniya parlamentinin (Bundestaqın) həddən artıq iddialı üzvü, ermənipərəst “yaşıl”, Ermənistana səfər etmiş və ən müxtəlif səbəblərə görə bu ölkəyə valeh olduğunu bildirmiş Viola fon Kramon ilə görüşüb. Həmçinin, Ermənistandan fərqli olaraq, fon Kramon hansısa səbəblərə görə, onu möhkəm narahat edən və qıcıqlandıran Azərbaycanı tənqid etmək üçün imkanlarını əsirgəmir. Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda fon Kramon Bundestaqın Azərbaycana münasibətdə mənfi əhval-ruhiyyəli müxtəlif üzvləri ilə R.Quliyevin görüşlərinin təşkil edilməsi ilə fəal məşğul olur.
Digər tərəfdən, əldə etdiyimiz məlumatlara görə, Almaniyanın müəyyən dairələrinin Azərbaycana qarşı fəaliyyətində bu ölkənin Azərbaycandakı səfirliyinin də rolu az deyil. Bu isə anti-Azərbaycan kampaniyasına Almaniyanın hakimiyyət dairələri tərəfindən dəstək verildiyi anlamına gəlir.
ötən ilin yayında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellə AXCP sədri Əli Kərimlinin məxfi görüşündə Azərbaycanda daxili siyasi mübarizədə Əli Kərimlinin fəaliyyət istiqamətləri, ona yaxın QHT-lərin Almaniya fondları tərəfindən maliyyələşdirilməsi və s. məsələlər müzakirə edilib. Həmçinin, Almaniya mətbuatında Azərbaycanla bağlı veriləcək tənqidi materialların Ə.Kərimlinin nəzarətində olan qəzet tərəfindən tirajlanması barədə razılıq əldə olunub. Bundan başqa, ötən ilin əvvəlində Əli Kərimlinin səfir Herbert Kvell və Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Florla müəmmalı görüşündə də oxşar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son zamanlar Əli Kərimliyə yaxın QHT-lərin qrant mənbələrini araşdırsaq, bu mənbələr içərisində Almaniya fondlarının böyük üstünlük təşkil edəcəyi şübhə doğurmur. Buna görə də, onun nəzarətində olan “Azadlıq” qəzeti bu gün Almaniyanın Azərbaycanı tənqid edən dairələrinin və KİV-lərinin Azərbaycandakı ruporuna çevrilib.
Əslində, belə faktlar, hətta, postsovet ölkələrində, məsələn Rusiyada, Gürcüstanda, Ukraynada ifşa olunsaydı, o partiyaların rəhbərləri istefa verərdilər. Lakin onsuzda çirkin siyasi reputasiyaya malik Əli Kərimliyə belə ittihamlar, çətin ki, təsir göstərə.
Bir faktı da qeyd edək ki, korrupsiya halları ilə bağlı bu ölkənin tarixi kifayət qədər zəngindir. Elə həmin o “qara kassa”lar məşhur kansler Otto fon Bismarkın ixtirasıdır. Prusiya kralı ll Fridrix hesab edirdi ki, Avstriya imperatriçası Mariya Tereza onun nazirlərini satın alır. Bu gün də həmin “qara kassalar”dakı vəsaitlər yerli siyasətçilərə xidmət etməklə yanaşı, həm də müxtəlif ölkələrdə öz maraqlarını yeritməyə, məsələn Azərbaycanda Əli Kərimli kimilərini maliyyələşdirməklə hakimiyyətə təzyiqə cəhd göstərməyə sərf olunur. Hər halda Qərb dövlətlərindən, fondlarından, təşkilatlarından Azərbaycanın müxalifyönlü QHT-lərinə verilən və illik ümumi həcmi milyonlarla ölçülən qrantların izsiz-soraqsız yoxa çıxması düşündürücüdür. Bir çox hallarda o qrantların 50-60 faizinin sərhədin o tayında qalması daha çox maraqlıdır.
Azərbaycana qarşı “qara piar” kampaniyasının fəal iştirakçısının cəhdləri boşa çıxacaq
ümumiyyətlə, həmişə Azərbaycanla isti münasibətlərə malik Almaniyanın və bu ölkənin mətbuatının mövqeyi çoxsaylı suallara səbəb olub. Görünən odur ki, son zamanlar Azərbaycanla bağlı bəzi iqtisadi maraqları təmin olunmayan Almaniya da bəzi Qərb dairələrinin Azərbaycana qarşı intensivləşən “qara piar” kampaniyasının fəal iştirakçısına çevrilib.
“Bakinski raboçi” qəzetində dərc olunmuş məqalədə vurğulandığı kimi, məsələyə bu cür yanaşmaq belə bir fərziyyəni bir daha təsdiq edir ki, avropalı siyasətçilərin öz iqtisadi məqsədlərinə nail olmaq üçün siyasi təzyiq metodu kimi istifadə etdikləri “demokratiya” və “insan hüquqları” silahı onların cəbhəxanasında xüsusi yer tutur. İnsan hüquqları, demokratiya və sair dəyərlər mövzusunda spekulyasiyalar, bəzən isə xoşlarına gəlməyən ölkələrin, hətta, öz tərəfdaşlarının da daxili işlərinə açıq müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi bu gün Qərbdə yetərincə dəbdə olan metoddur. Nə deyəsən, “makiavellizm” əsrlər boyu Almaniyanın xarici siyasətində hökmranlıq edib, Almaniyadakı müxtəlif qaz lobbiçiləri isə özlərinin geoiqtisadi məqsədlərinə nail olmaq xatirinə hər kəsə dərs verməyə hazırdırlar “məqsəd vasitələrə bəraət qazandırır”.
Lakin Azərbaycana qarşı belə nömrələr keçməyəcək. “Ərəb küçəsi”nin əhval-ruhiyyəsini buraya ixrac etmək üçün Qərbdə müəyyən qüvvələrin təşəbbüsü ilə göstərilmiş süni cəhdlər hələ keçən il fiaskoya uğrayıb, spekulyativ xarakterli siyasi təzyiq isə hər dəfə adekvat cavab alıb. Təhlükəsizlik məsələlərinə dair Münxen konfransında Misir ilə Azərbaycan arasında uydurma paralellər aparan iştirakçılardan birinin sualına Prezident İlham Əliyevin verdiyi birmənalı cavab buna əyani sübut ola bilər: “Kimlərinsə maraqlarından asılı olmayaraq Azərbaycanda Misir ssenarisi təkrarlanmayacaqdır”.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

