Bakıdan böyük türk birliyinə doğru
17.11.2023 [11:32]
Tarixi proseslərə şahidlik edirik. Böyük coğrafiyada yerləşən türkdilli dövlətlərin yaxınlaşmaq yolunda inamlı addımlar atmalarını, eyni amal və məqsəd uğrunda çalışmalarını müşahidə etmək son dərəcə qürurvericidir. Zamanında imperialist güc mərkəzləri məkrli planlar hazırlayaraq türk xalqlarını bir-birindən ayırmışdılar. İndi zaman dəyişib. Çox doğru olaraq XXI əsr türk əsri adlandırılır. Artıq eyni kökdən gələn, mənəvi dəyərlərlə sıx bağlı olan ölkələrin birləşməsi qarşısıalınmaz prosesə çevrilib. Buna həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində böyük siyasi iradə və istək var.
Tarixin bu günündə
Bu gün damarlarında türk qanı axan milyonlarla insanın sonsuz sevinc və qürur mənbəyinə çevrilən möhtəşəm birliyin formalaşması yolunda bir neçə mühüm hadisəni xüsusi fərqləndirə bilərik. Onlardan biri tarixin bu günündə baş verib. Belə ki, düz 16 il öncə- 2007-ci ilin 17 noyabrında Bakıda Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən qurultayda 30-dan çox ölkədən 800 nümayəndə və qonaq iştirak edib. Qonaqlar sırasında Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin Prezidenti Mehmet Əli Tələt və digər türk dövlətlərinin rəsmi şəxsləri də var idi. Həmin vaxta qədər əvvəlki qurultaylar Türkiyədə keçirilirdi. Amma Prezident İlham Əliyevin təklifi ilə XI qurultay Bakı şəhərində baş tutdu. XI qurultaydakı çıxışında dövlətimizin başçısı bu barədə deyib: “Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün çox böyük hadisədir. Qurultaylar, adətən, Türkiyədə keçirilirdi. Mən xatırlayıram, keçən il biz Antalyada qurultayda bərabər iştirak etmişdik. Orada çox vacib, çox önəmli qərarlar qəbul edilmişdi, çox maraqlı müzakirələr keçirilmişdi. Mən çox şadam ki, növbəti qurultayın Azərbaycanda keçirilməsi barədə bizim təklifimiz qəbul olundu və bu gün biz bu gözəl qurultayı Bakıda keçiririk. Bu bir daha onu göstərir ki, bütün türk dünyası birləşməyə doğru daha da sürətlə gedir. Buna çox böyük ehtiyac var”. Prezident İlham Əliyev Azərbaycanda keçirilən bu qurultayın bütün türk dünyasının birləşməsində çox mühüm bir addım olacağını və bizim birliyimizi daha da möhkəmləndirəcəyini vurğulayıb.
Ümumiyyətlə, türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı respublikamızın bütövlükdə, türk dövlətlərinin konsolidasiya və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərdi. Bir qayda olaraq Türkiyədə keçirilmiş belə qurultayın ilk dəfə Azərbaycanda təşkili, respublikamızın türk dünyasındakı mühüm rolundan, artan nüfuzundan irəli gəlirdi. Qurultayın başlıca məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsinə nail olmaq, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək, türk dövlət və cəmiyyətlərinin ümumi problemlərinin birlikdə həlli yollarını araşdırmaqdan ibarət olub. Qurultayın Azərbaycan paytaxtında keçirilməsi vahid məqsəd, amal uğrunda həyata keçirilən işlərin yeni mərhələsinə çevrildi. Beləliklə, Prezident İlham Əliyevin “bütün türk dünyası birləşməyə doğru daha da sürətlə gedir” fikrinin və ideyasının məntiqi nəticəsi kimi bu qurultaydan cəmi iki il sonra Naxçıvan şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (indiki Türk Dövlətləri Təşkilatı) yarandı.
Türk dünyasının hesablaşdığı və böyük rəğbət bəslədiyi Lider
Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun cəmi dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə birləşir. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. Türk Dövlətləri Təşkilatının sıralarının genişlənməsi, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə, iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqət mərkəzində saxlayır. Türk dövlətlərinin birliyi istiqamətində səylərin daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.
Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması Azərbaycanın ən çox səy göstərdiyi məsələlərdəndir. Rəsmi Bakının tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türk respublikaları ilə ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri ilə əlaqələrin daha böyük coğrafi arealda genişləndirilməsinə çalışmaqla, bütövlükdə, türk dünyasının qəbul etdiyi, hesablaşdığı, rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək, bütövlükdə, türk xalqlarının dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş mühüm və tarixi missiyadır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10

