/ / Azərbaycan son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrilib
Azərbaycan son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrilib
03.03.2012 [01:22]
Dünən Bakıda, “Gülüstan” sarayında “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu işə başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə əməkdaşlığı çərçivəsində keçirilən Forumda 70-dək ölkədən 100-dən çox nümayəndə - dövlət və hökumət rəsmiləri, İslam ölkələrində ictimai rəyin formalaşmasında mühüm rol oynayan beyin mərkəzlərinin rəhbərləri, alimlər, beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin təmsilçiləri, daxili və xarici siyasət, innovasiya texnologiyaları üzrə tanınmış yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
Bakı Forumunun əsas məqsədlərindən biri İslam ölkələrində daxili və xarici siyasət sahəsində mühüm dəyişikliklərin və transformasiyanın tətbiqi üçün səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini təklif etməkdir. XXI əsrin çağırışları - müasir dünyada baş verən qlobal dəyişikliklər, ümumbəşəri problemlərin həllində, insanlığa qarşı təhdidlərin aradan qaldırılmasında kollektiv səyləri birləşdirmək, səmərəli fikir mübadiləsi aparmaq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq və inteqrasiya prosesində fəal təşəbbüslərlə iştirak etmək zərurəti İƏT-ə üzv ölkələrdə də elmi-intellektual potensialın təşkilatlanmasını, innovasiyalı cəmiyyət quruculuğunun vacibliyini gündəmə gətirib. Bu da öz növbəsində qabaqcıl ideyaların daşıyıcıları olan beyin mərkəzlərinin üzərinə məsul vəzifələr qoyur.
Tədbir ərəfəsində - martın 1-də “Hilton Baku” otelində İslam ölkələrinin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin və mütəxəssislərin iştirakı ilə “Müdriklər qrupu”nun toplantısı keçirilib. Toplantıda Bakı Forumunun gündəliyi, sessiyalarda müzakirə olunacaq mövzular və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun rəsmi açılışı müqəddəs “Qurani-Kərim”in oxunması ilə başlayıb.
Açılış plenar iclasının moderatoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov III Forumun müsəlman dünyasında uğurlu siyasi və iqtisadi transformasiya fonunda keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Forumun keçirildiyi iki gün ərzində ölkələrimizin gələcəyi ilə bağlı maraqlı məsələlərə dair çox faydalı sessiyalar keçiriləcək. Sessiyalarda biz çox geniş mövzuları əhatə edən məsələləri regiondan hansı dəyişikliklərin baş verdiyini və inkişaf mərhələlərində əldə olunan nailiyyətləri müzakirə edəcəyik. İnanıram ki, bu müzakirələrin nəticələri çox uğurlu olacaq.
Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və çıxış edib: “Hörmətli Forum iştirakçıları! İlk növbədə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun bütün iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adından salamlayıram.
Azərbaycan son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın regionda və dünyada getdikcə artan əhəmiyyəti və rolundan, qarşılıqlı əməkdaşlıq və inteqrasiyaya açıq olmasından irəli gəlir.
Qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirmişdir. Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkişaf yollarının axtarışını tələb edir.
Tarix boyu müsəlman dövlətləri və əhalisinin əksər çoxluğunu müsəlmanlar təşkil edən ölkələr, o cümlədən Azərbaycan, qədim və zəngin mədəniyyəti, elmi ilə dünya irsinə əvəzsiz töhfə vermişdir. İslam dünyasının bir parçası olan Azərbaycan, eyni zamanda, dünyəvi, ümumbəşəri dəyərlərə də çox bağlı olmuşdur.
Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaranmışdır. İlk teatr tamaşası və opera da burada səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ da ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir. Bununla yanaşı, sovet dövründə xalqımız mənəvi dəyərlərini qoruyub saxlaya bilmişdir. Dünyəvi dövlətçiliyin ənənələri, xüsusilə də dünyəvi elmlər əhəmiyyətli dərəcədə inkişaf etmişdir.
Elmə və biliyə dövlətin həssas diqqəti müstəqilliyin əldə edilməsi ilə yeni keyfiyyət mərhələsinə keçmiş, bu gün də cəmiyyətimizin inkişafında müstəsna əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit ölkədir. Reallaşdırılan milli layihələr həm Azərbaycanın, həm də region dövlətlərinin sosial və iqtisadi baxımdan güclənməsinə səbəb olur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihələri Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına və Avropa ilə Asiya arasında bir nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaradır.
BMT-nin İnsan İnkişafı Hesabatında əhatə olunan 169 ölkə arasında Azərbaycan son 5 ildə ən sürətli irəliləyişə nail olub. 2005-ci ildə tutduğu 101-ci mövqedən 34 pillə irəliləyərək hazırda “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur. Biz, ən yaxın zamanlarda Azərbaycanın daha da irəliləyərək “ən yüksək insan inkişafı” ilə səciyyələnən ölkələr sırasına daxil olmasını qarşıya məqsəd qoymuşuq.
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerdə, dünya miqyasında isə 51-ci yerdədir. Son illərdə ümumi daxili məhsul 3 dəfə, büdcə xərcləri 12 dəfə artmış, yoxsulluq 4 dəfə azalmışdır. 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. 1990-cı illərin əvvəlində 500 milyon dollar olan dövlət büdcəmiz 2012-ci ildə təqribən 22 milyard dolları keçmiş, icmal büdcə isə 25 milyard dollar səviyyəsindədir. Dünyanı bürüyən maliyyə-iqtisadi böhrana baxmayaraq, son illər Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artmışdır. Qlobal iqtisadi böhran şəraitində bu, qeyri-adi hadisədir.
Eyni zamanda, dövlət başçısı İlham Əliyev perspektivlərə hesablanmış siyasət aparır. Qarşıdakı 10 il ərzində ümumi daxili məhsulun ən azı iki dəfə artması nəzərdə tutulmuşdur. Əsas məqam odur ki, bu artımın iqtisadiyyatın modernləşməsi, qeyri-neft sektorunun, elm və innovasiyaların inkişafı hesabına təmin edilməsi başlıca məqsəd kimi irəli sürülmüşdür. Bu, o deməkdir ki, reallıqda Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi formalaşmaqdadır və yalnız neft sektorundan asılı deyildir.
Azərbaycanda elmə və təhsilə, bütövlükdə humanitar sahəyə çox böyük diqqət göstərilir, konkret Dövlət proqramları icra edilir. Dövlət başçısının irəli sürdüyü “qara qızılı” insan kapitalına çevirmək tezisi artıq bu gün reallaşmaqdadır. ölkədə kreativ təbəqənin formalaşması üçün əməli iş görülür. Hazırda minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır. Azərbaycan iqtisadiyyatının inkişafında intellektual resurslar və texnologiyalar vəhdət təşkil edir. İnformasiya-kommunikasiya texnologiyaları inkişafımızın prioritet istiqamətidir və hazırda ölkə əhalisinin 60 faizindən çoxu birbaşa internet istifadəçisidir.
Xalqımız coğrafi və geosiyasi baxımdan ən müxtəlif mədəniyyətlər arasında dialoq missiyasını daşıyır. Mədəniyyət və ünsiyyət tariximiz dialoq və anlaşmanın çoxsaylı nümunələrini miras qoymuşdur. Azərbaycan polietnik, çoxkonfessiyalı dövlətdir və dünyada tolerantlığın ünvanı kimi tanınır. Milli sərvət hesab edilən tolerantlıq və dostluq düşüncəsini azərbaycanlıların neçə-neçə nəsilləri formalaşdırmışdır. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, dövlətimizin gücü onun dini və milli müxtəlifliyindədir. Bu gün Azərbaycan Şərqin və Qərbin dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir.
Hörmətli xanımlar və cənablar,
Azərbaycan hazırda regionda dinamik inkişafın lideri imicini qoruyaraq, qabaqcıl ölkələr səviyyəsinə çatmağı hədəfə almışdır. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə, Prezident İlham Əliyev yaxın dövr üçün ölkəmizdə elmə və innovasiyalara əsaslanan cəmiyyət quruculuğunu strateji hədəf kimi irəli sürmüşdür. ölkəmizin elmi ictimaiyyəti BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müəyyən edilməsi istiqamətində fəaliyyət həyata keçirir.
2012-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılan bu İnkişaf Konsepsiyası bütün sahələrdə keyfiyyətli transformasiyaların təmin edilməsi məqsədini daşıyır. Burada dünya ölkələri ilə elmi əməkdaşlıq münasibətlərinin qurulması, qabaqcıl təcrübənin tətbiqi məsələlərinə xüsusi önəm verilir.
Bu gün dünya birliyinin qarşısında duran çağırışlar siyasi elitanın və qərar qəbulunda öz tövsiyələrini verən beyin mərkəzlərinin daha səmərəli əməkdaşlığını tələb edir.
Bu, dövlətlərə daxili və xarici təhdidlərə çevik cavab verməyə, önləyici tədbirlər görməyə, strateji təşəbbüsü ələ keçirməyə imkan verir.
Bu gün burada təmsil olunan bütün ekspertlərin tərkibi, nüfuzu və sayına görə Forumu yalnız İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin deyil, ümumilikdə qlobal məkanda həmkarların mövcud çağırışlara ortaq cavablar axtarışı, açıq beynəlxalq dialoq adlandırmaq olar.
Əminəm ki, dünyanın çoxsaylı ölkələrini təmsil edən Forum iştirakçılarının potensialı və dəyərli təcrübəsi dövrümüzün üzləşdiyi çağırışlara dair səmərəli fikir mübadiləsinin aparılmasına, əməkdaşlığın intensivləşməsinə imkan yaradacaq, öz real bəhrəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun ölkəmizin tarixi üçün əlamətdar bir günə təsadüf etdiyini bildirib. Qeyd edib ki, 20 il əvvəl Azərbaycan məhz bu gün - martın 2-də - BMT-yə üzv olub. Nazir ötən il müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmizin dünya birliyində oynadığı fəal roldan danışıb. Bildirilib ki, hazırda qlobal və regional çağırışlara cavab vermək Azərbaycanın xarici siyasətinin qarşısında duran ən əhəmiyyətli məsələlərdən biridir.
Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildiyini, davamlı inkişafı təbliğ etdiyini qeyd edən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti, rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyi barədə Forum iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymamasına beynəlxalq ictimaiyyətin göz yumması münaqişənin həllinə ikili standartlardan yanaşıldığını nümayiş etdirir.
Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy “Bir millət, iki dövlət” deyiminin perspektivi baxımından bu tədbirin İslam dünyası ilə çoxtərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığını bildirib. Son aylarda Türkiyə-Fransa münasibətlərində yaşanan gərginlik zamanı Azərbaycanın Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnun olduqlarını deyən Süleyman Şensoy oxşar addımın İƏT-ə üzv ölkələrdən də atılmasını gözlədiklərini diqqətə çatdırıb.
Forumda iştirak etməkdən şərəf duyduğunu deyən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin xüsusi nümayəndəsi ömür Orhun ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Müsəlman ölkələrinin müxtəlif qlobal maraqlarını əks etdirən dəstəyə ehtiyacı olduqlarını vurğulayan ö.Orhun deyib ki, bu baxımdan İƏT özünü çox fəal və konstruktiv, xüsusilə beynəlxalq arenada insan hüquqlarının təşviqi ilə bağlı uğurlu fəaliyyətini davam etdirir.
İslam İnkişaf Bankının qrup strateji planlaşdırma departamentinin direktoru Məhəmməd Rafe bin Yusif müsəlman ölkələrindəki qabaqcıl ideyaların yayılmasında və mənimsənilməsində beyin mərkəzlərinin, o cümlədən belə forumların əhəmiyyətini yüksək qiymətləndirib: “Biz çalışırıq ki, qabaqcıl ideyaları məhz bu Forum vasitəsilə bölüşmək imkanı əldə edək və bu transformasiya prosesini çətinliklər olmadan keçə bilək”.
İnsan kapitalı ilə bağlı Azərbaycan hökumətinin uğurlu siyasət yürütdüyünü vurğulayan Məhəmməd Rafe bin Yusif “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Strategiyasının hazırlanıb həyata keçirilməsinin ölkəmizə mühüm nailiyyətlər qazandıracağını diqqətə çatdırıb.
Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Ərəb Dövlətləri Liqasının Avropa departamentinin rəhbəri xanım Omniya Taha “Ərəb baharı”nın İslam ölkələrində dəyişiklik və transformasiya dövrünün mühüm mərhələsi olduğunu diqqətə çatdırıb.
Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin sədri, Bəhreyn Kralının diplomatik məsələlər üzrə müşaviri Məhəmməd Əbdül Qaffar Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə bu Forumun keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlıq edib. Bildirilib ki, indi dünyanın sabitliyi regionlarda olan təhlükəsizlikdən asılıdır.
İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adaileh, Malayziyanın Beynəlxalq İslam Universitetinin rektoru Zaleha Kamaruddin, Küveyt Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sami Əl-Fərəc, İslam Araşdırmaları üzrə Oksford Mərkəzinin rəhbəri Fərhan Əhməd Nızami çıxış edib və Forumun əhəmiyyətini vurğulayıblar.
Rəsmi açılış bitəndən sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.
Sonra İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumu öz işini “Hilton Baku” otelində sessiyalarla davam etdirib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun moderatorluğu ilə “Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası” mövzusunda keçirilən sessiyada İƏT-ə üzv ölkələrdə cərəyan edən sosial-iqtisadi və siyasi transformasiyanın bütün aspektlərinə toxunulub.
Sessiyada, həmçinin Azərbaycanda aparılan sosial islahatlardan, xüsusilə də gənclərlə bağlı proqramların əhəmiyyətindən danışılıb.
Ankara Universiteti Avropa Araşdırmalar Mərkəzinin direktoru çağrı Erhanın moderatorluğu ilə “Milli və beynəlxalq siyasətin inkişafına baxış” mövzusunda keçirilən II sessiyada müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələri gender siyasəti, qloballaşmanın müasir tendensiyaları, sülhyaratma yolları və sair mövzularda məruzələrlə çıxış ediblər. Sessiya iştirakçıları, eyni zamanda, beynəlxalq əlaqələr sistemində terrorizmin rolundan da bəhs edib, İraq, Bruney, İordaniya, Mərakeş kimi müsəlman ölkələrində demokratiya, din, dövlət, iqtisadiyyatla bağlı məruzələri dinləyiblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun moderatorluğu ilə keçirilmiş III sessiyada “İdarəetmədə və dövlət idarəçiliyində innovasiyalar” mövzusunda müzakirələr aparılıb. Bu gün Forum öz işini plenar iclas və “İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması missiyası”, “Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı” mövzularında sessiyalarla davam etdirəcək.
Forumun yekununda anlaşma memorandumları imzalanacaq, Bakı Bəyannaməsi qəbul olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

