Strategiya dəyişir...
29.12.2023 [10:56]
Kollektiv Qərbin yeni Ukrayna “konsepsiyası”...
İkinci ilinin tamamına yaxınlaşan Rusiya-Ukrayna müharibəsi qeyri-müəyyən mahiyyət almaqdadır. Belə ki, başlanan dövrdə müharibəni heç də Kiyev-Moskva coğrafiyasında dəyərləndirməyən bir sıra siyasi mütəxəssislər hesab edirdilər ki, kollektiv Qərb məhz Ukrayna üzərindən Kremllə “münasibətlərini ayırd edəcək”. Qeyd edilirdi ki, Ukraynanı dəstəkləyən qlobal siyasətin “göy qanadı” məhz Kiyev üzərindən yeni regional reallıqlar yaratmaq fikrindədir - xüsusilə, ayrılan yüksək miqdarda maliyyə dəstəyi, silah-sursat təchizatı Rusiyanın məğlubiyyəti üçün zəminin formalaşdırılmasına “yardım” xarakteri daşıyırdı. Bütün bunlarla yanaşı, kollektiv Qərb Moskvaya qarşı ümumAvropa məkanından tam olaraq sıxışdırılıb çıxarılma, iqtisadi əməkdaşlığın minimal səviyyəyə endirilməsi, enerji daşıyıcıları üzərindən mübadilənin sonlandırılması kimi sanksiyalarla təsir arealını genişləndirməyə çalışırdı. Və ən nəhayət, Ukraynanı təhrik və təchiz edənlər bu nəticəyə zamanda yetəcəklərini düşünürdülər.
Müdafiə mövqeyinə keçid...
Amma prosesin ikinci ilə uzanması, “iqtisadi zərbə”nin bumeranq effekti ilə Qərbin özünü “vurması”, eyni zamanda, Qəzza bölgəsində yeni münaqişənin alovlanması “dəstəkçi qrupu” deyəsən yenidən düşünməyə vadar edib. Proseslərin inkişafı artıq Qərbin anti-Rusiya kampaniyasından geri çəkildiyini göstərir. Ukraynaya edilən yardımlar epizodik köməyə çevrilir, münaqişənin “nəticələndirilməsi” tələbləri səsləndirilir - xüsusilə Avropa kontingentinin yanaşması “soyuyur”. Təbii ki, kollektiv Qərb Ukraynanın bu yardımlar olmadan təkbaşına müharibə apara bilməyəcəyini anlayır - bəlkə də, indiki halda yardımların səngiməsi də məsələnin bu və ya digər şəkildə nəticələndirilməsi arzusundan doğur.
Yeri gəlmişkən, “Politico” qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumatlarda da maraqlı məqamlar yer alır. Bildirilir ki, Amerika və Avropa rəsmiləri tədricən diqqətlərini Ukraynanın Rusiyaya qalib gəlmək məqsədini dəstəkləməkdən münaqişəyə son qoymaq üçün potensial danışıqlarda mövqeyini yaxşılaşdırmağa yönəldirlər və bu barədə strategiyasını dəyişirlər. Belə ki, Vaşinqton və onun avropalı müttəfiqləri Ukrayna ilə bağlı “sakitcə strategiyanı dəyişir” və ölkənin şərqində daha ??? müdafiə mövqeyinə keçməyi müzakirə edirlər.
Qəzetin qənaətinə görə, bu kimi danışıqlar çox güman ki, Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi demək olacaq. Hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Ukraynanın Belarusla şimal sərhədi boyunca istehkamların, tank əleyhinə maneələrin və səngərlərin tikintisi müzakirə edilir. Eyni zamanda, bildirilir ki, Bayden administrasiyası, həmçinin Kiyev lazımi silahları özü istehsal edə bilsin deyə Ukraynanın hərbi-sənaye kompleksini tez bir zamanda bərpa etmək niyyətindədir.
ABŞ-da açıq etiraz...
“Politiko”nun bu qənaəti isə səbəbsiz deyil. Məsələn, dekabrın əvvəlində Ağ Evin İdarəetmə və Büdcə Departamentinin rəhbəri Şalanda Yanq ABŞ-ın bu ilin sonuna qədər Ukraynaya yardım üçün resurslarının tamamilə tükənəcəyi barədə xəbərdarlıq etmişdi. O, bu barədə Konqresə ünvanladığı məktubda bildirmişdi ki, “bizim bu vəziyyətin öhdəsindən gəlmək üçün sehrli bir maliyyə qazancımız yoxdur. Pulumuz da, demək olar, vaxtımız da tükənib”.
Şalanda Yanqa dəstək verənlər də az deyil. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin Nümayəndələr Palatasının spikeri Maykl Consonun Ukraynaya yardım planını tənqid edərək sosial şəbəkələrdə bildirmişdi ki, Ukrayna ABŞ-ın 51-ci ştatı və NATO üzvü deyil: “Ukraynanı maliyyələşdirməyi dayandırın”.
Epizodik yardımlar...
Bununla belə, Qərb Ukraynaya dəstəyini tam dayandırmayıb. Bir müddət öncə ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləyib. Düzdür, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan etmişdi ki, Birləşmiş Ştatlar Konqresin mövqeyi fonunda Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı heç bir təminat verə bilməz, amma Co Bayden bu qərara imza atıb.
Bundan başqa, İspaniya Nazirlər Şurası Avropa Komissiyası (AK) ilə Ukraynaya çoxmilyonluq maliyyə yardımı göstərilməsi haqqında sazişi təsdiqləyib. Bu barədə “X”də (keçmiş “Twitter”) Krallığın xarici işlər naziri Xose Manuel Albares məlumat verib: “Hökumət İspaniya ilə AK arasında 2024-2027-ci illər ərzində Ukraynaya maksimum 237,5 milyon avro məbləğində maliyyə yardımı göstərilməsi haqqında sazişi təsdiqləyib. İspaniya Ukraynanı sülh, azadlıq, suverenlik və ərazi bütövlüyünü müdafiə etməkdə qətiyyətlə dəstəkləməyə davam edir”.
Amma təbii ki, belə yardımlar günü milyonlarla dollara başa gələn bir müharibədə Ukrayna üçün “dəstək” sayıla bilməz. Son aylarda Aİ daxilində də Ukraynaya yardım məsələsinin “düyünə düşməsi” “Politiko”nun qənaətini təsdiqləyir. Xatırladaq ki, Aİ dövlət başçılarının son toplantısında da Macarıstanın etirazı səbəbilə Ukraynaya yardım məsələsi reallaşmamışdı. Bütün bunlar isə kollektiv Qərbin Ukraynada “hücum taktikasından” “müdafiə taktikasına” keçidini mümkünləşdirir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

