İsa Qəmbərin növbəti yalanı ifşa olundu...
05.05.2012 [18:29]
Azərbaycan xalqının, dövlətinin uğurlarını bir rəngdə görməyə öyrənmiş, ancaq, pafos üzərində köklənmiş çıxışlar etməkdən başqa peşəsi olmayan, uzun illərdir ki, işi-gücü yalnız beynəlxalq aləmdə ölkəmizin imicinə qarşı “mübarizə” aparmaq olan radikal müxalifət düşərgəsinin birdən-birə aprel-may ayında “fəallaşmasının” səbəbləri olduqca aydındır. Hətta bu ayın sonunda ölkəmizdə keçiriləcək “Eurovision 2012” musiqi yarışmasına “əlindən gəldiyi” qədər kölgə salmağa çalışan düşərgənin bu istiqamətdə apardığı “fəaliyyətin” davamlılığını təmin etmək üçün hansı “qaynaqlarla” əl-iş birliyində olması ortadadır. Bu məsələ o qədər açıqdır ki, özləri belə gizlədə bilmirlər. Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi...
Radikal düşərgə imkan tapdıqca xaricdəki “dayılarının” nəzarətində olan, imkan tapmadıqda isə, özünün nəzarətində olan mətbu orqanlarda “Eurovision” yarışmasının reallaşmaması üçün əlindən gələni edir. Bu mənada onların sosial şəbəkələrdə apardıqları təbliğat da, bu işdəki müttəfiqləri də ortadadır. Yəni, görünən dağa nə bələdçi?...Bəs görəsən, “Yeni Müsavat” qəzetinin bu dağa yeni bələdçilər axtarışına çıxması, İ.Qəmbəri müdafiə etmək üçün vəkil statusunu üstlənməsi və var-gücü ilə onu sudan quru çıxarmağa çalışmasının arxasında nələr dayanır?
Maraqlıdır ki, Aram Manukyanla iş birliyində olan, müttəfiqlik sazişi imzalayan İsa Qəmbərin “Eurovision”a qarşı apardığı siyasi oyunlar açıq və ortadadır. Qəzet iddia edir ki, güya İ.Qəmbər Bakıda keçiriləcək “Evrovision 2012”nin boykot edilməsini istəməyib, dilə gətirməyib və s. Amma onların bu yalanı da ifşa olunur. çünki ortada əlahəzrət FAKT mövcuddur...
İsa Qəmbər “Ekramas”da dərc olunan “Eurovision 2012” yarışmasını boykota çağıran bəyanatı dəstəklədiyini öz dili ilə ifadə edib
Bu il aprelin 14-də “İctimai Palata” adlanan qurumun Koordinasiya Şurasının keçirdiyi mətbuat konfransında çıxış edən İsa Qəmbər bildirib ki, “Evrovision 2012” yarışmasına qarşı “Demokratiya üçün oxuyaq” adlı kampaniya başlayıb. (bu kampaniyanın da anti Eurovision olmasını danmazlar, yəqin ki...) “Eyni zamanda, beynəlxalq birlik bu işi başladıb. Bütün dünya mətbuatı bu musiqi yarışması barədə yazır və yazılarda Azərbaycandakı vəziyyətlə bağlı gerçəkləri dilə gətirirlər, çağırışlar edirlər. Müsavat Partiyasının avropalı müttəfiqləri- Avropa Liberal Demokratik İslahatlar İttifaqı konkret mövqe bildirib, konkret kampaniya başladıb. Proses davam edir. Təxminən bir ay qalıb. Biz bu kampaniyanın həlledici mərhələsinə daxil olmalıyıq, konkretləşdirməliyik”.
Bəs görəsən, İsa Qəmbər niyə açıqlamır ki, onun “avropalı müttəfiq” adlandırdığı qurumun mövqeyi nədər ibarətdir? Bu mövqeni isə Ermənistanın “Ekramas” qəzeti açıq şəkildə yazır. Bəli, maraqlıdır ki, İsa Qəmbər avropalı dostlarının erməni mətbuatında yayılan mövqeyini dəstəkləyir. Həmin mövqe isə aşağıdakılardan ibarətdir...
“Ekramas” qəzeti 1 mart 2012-ci il tarixində “Avropalı siyasətçilər Azərbaycanda keçiriləcək “Eurovision” yarışmasını boykota çağırır” başlıqlı bəyanat dərc edib. Bu bəyanatı imzalayan və yayan isə İsa Qəmbərin dost adlandırdığı və mövqeyini bölüşdüyü Avropa Liberal Demokratik İslahatlar İttifaqıdır. Demək, İsa Qəmbərin bu yalanının da üstü açıldı. Əgər Müsavat rəhbəri Bakıda keçiriləcək “Eurovision” yarışmasına cani-dildən tərəfdardırsa, onda Azərbaycanın mənafeyinə zidd olan bu bəyanatı imzalayan dostlarının mövqeyini niyə dəstəkləyir və onların planlarına daxil olmaq istəyir? Bu, bir daha adını siyasətçi qoyan İ.Qəmbərin yalan danışdığını, onun açıq şəkildə anti-Azərbaycan kampaniyasının alətinə çevrildiyini isbata yetirən faktdır. İsa Qəmbərin vəkilləri inanmırsa, tapıb oxuya bilərlər.
İsa Qəmbərin mövqeyini dəyişməyə məcbur qalmasının səbəbi haradan qaynaqlanır?
İsa Qəmbərin bu ilin fevralın 13-də sosial şəbəkələrin birində öz “dəyərli dostlarına” (onun dostlarının kim və hansı mövqedə olduğunu yuxarıda gördük) müraciəti var. Həmin müraciətdə açıq şəkildə Bakıda keçiriləcək “Eurovision” yarışmasını siyasiləşdirmək cəhdləri, bu musiqi tədbirindən siyasi cəhətdən yararlanmaq, öz yalanlarını tirajlamaq niyyəti güdülür. Belə bir müraciətdən və avropalı dostlarının mövqeyini dəstəklədikdən sonra nə üçün İ.Qəmbər birdən-birə öz sözünü geri götürür və ona yaxın qəzetdə “Eurovision”a qarşı heç bir iddia irəli sürmədiyini sübut etməyə çalışır? Bəs əgər İ.Qəmbər bu musiqi yarışmasının keçirilməsini istəyirsə, ona münasibəti qəzetin yazdığına inansaq, (hər halda bunun belə olmadığını bütün Azərbaycan cəmiyyəti bilir və faktlar da göstərir) müsbətdirsə, nə üçün bu musiqi yarışmasını özünün başdan-ayağa çirkinliklə dolu siyasi kampaniyasında vasitəyə çevirmək niyyətinə düşmüşdü? İsa Qəmbər, əslində, xaricdən aldığı maliyyə qarşılığında dayılarının əmri ilə xalqın, dövlətin “Eurovision” uğuruna və Azərbaycanın dövlət imicinə zərbə vurmağa çalışır. Bu gün kimi aydındır. Amma nə onun, nə də avropalı dostlarının arzusu reallaşmadığı üçün İ. Qəmbər növbəti dəfə gülünc, çıxılmaz vəziyyətdə qalır, onun xəyanəti hər kəs tərəfindən müşahidə edilir. Belə olan halda qəzetlərə yalvarır ki, onun belə demədiyini, “Eurovision”a, ən əsası isə, Azərbaycanda keçiriləcək yarışa “vurğun” olduğunu bəyan etsinlər.
İsa Qəmbərin reaksiyasının iki ay gecikməsinin səbəbləri bəlli olur...
Maraqlıdır ki, İ.Qəmbərin bu yarışı boykot etməyə çağıranların səsinə səs, dilinə dil verdiyi, özünün də sosial şəbəkələrdə bu tip müraciətlərə dəstək nümayiş etdirdiyi vaxtlarda, ermənipərəst Avropa dairələrinin mövqeyini paylaşdığı zamanlarda “Yeni Azərbaycan” qəzeti onun bu əməllərini ifşa edir, bu istiqamətdə yazılar yazır, İ.Qəmbərin ermənipərəst, anti-Azərbaycan dairələrin çirkin planlarının tərkib hissəsi olduğunu açıqlayırdı. Bu proses fevral-mart aylarında baş verirdi. Həmin dövrdə İ.Qəmbər, müttəfiqi Ə.Kərimli Avropanın anti-Azərbaycan dairələrinin danışan dilinə çevrilmişdi və ciddi-cəhdlə bu musiqi yarışmasına qarşı qarayaxma kampaniyası aparırdılar. Qeyd olunduğu kimi, bu mədəni tədbirdən öz çirkin siyasi məqsədlərində istifadə etməyə çalışırdılar.
Amma “Yeni Müsavat” qəzeti İsa Qəmbərin “təkzibini” may ayında yayır. Bu reaksiyanın gecikməsinin səbəbləri ortadadır. “Güvəndiyi dağlara” qar yağdığını, ermənipərəst dostlarının Azərbaycana qarşı heç bir təzyiq imkanı əldə edə bilmədiyini, Azərbaycanın demokratik prinsiplər üzərində bərqərarlaşan inkişafına ləkə yaxmaq iqtidarında olmadıqlarını görən radikal düşərgə rəhbərləri çıxılmaz vəziyyətə düşdüklərini anlayıblar. Onlar cani-dildən inanırdılar ki, maraqlı xarici dairələrin təzyiqi ilə Azərbaycan cəmiyyətində hansısa çaşqınlıq yarada biləcək, bu yarışmanı siyasiləşdirərək öz məqsədlərinə vasitə edəcəklər. Bununla yanaşı, bəzi xarici dairələrdən “boykot” sədası gələn kimi ikiəlli ayağa qalxan, Azərbaycan hakimiyyətini müsiqi yarışı ilə bağlı şantaj etməyə başlayan İ.Qəmbər başa düşüb ki, dünya birliyi Azərbaycanın demokraktik inkişafını görür, dəstəkləyir. İ.Qəmbər və onun dayılarının yalanlarına isə özlərindən başqa heç kəs inanmır. Bu gün ölkəmiz dünyanın ən böyük siyasi qurumuna-BMT Təhlükəsiz Şurasına sədrlik edir, bütün dünya ölkələri Azərbaycanı yaxın tərəfdaş qismində dəyərləndirir. Ona görə də İ.Qəmbər kimilərinin yalanları Azərbaycanın real inkişafının üstünə kölgə sala bilməz.
İsa Qəmbər məğlubiyyətini də şantajla ifadə edir...
Sırf bu səbəbdən də, geriyə addımı məhz bu cür atmağı qərara alan İ.Qəmbər yenə də məğlubiyyətini şantajla ifadə etməyə çalışır. Bu dəfə isə o, dediyi sözlərdən, işlətdiyi fikirlərdən vaz keçməyə çalışır və özünü elə aparır ki, guya 2011-ci ilin may ayından “Eurovision” yarışmasının keçirilməsi, onun siyasiləşdirilməməsi üçün “mübarizə” aparıb. Bəs görəsən, avropalı dostları İsa Qəmbərin bu dəfə onlara etdiyi xəyanəti necə qiymətləndirəcəklər? İsa Qəmbər üçünsə fərqi yoxdur: dünənə qədər xalqa, dövlətə qarşı mövqe tutmuşdusa, bu gün avropalı dostlarına münasibətdə analoji mövqedədir. Necə ki, bir zamanlar Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin İran ərazisindən keçməsi uğrunda “mübarizə” aparan İ.Qəmbərin bu məqsədi də sonradan açıldı. Onun bir sıra xarici xidmət orqanları ilə iş birliyində olmasını isə məhz öz düşərgədaşları, müttəfiqləri (konkret olaraq ALP sədri Əvəz Temirxan) ölkə KİV-ində səsləndirdi. Sonradan isə, İranın bəzi KİV-lərinin ciddi-cəhdlə İ.Qəmbəri dəstəkləməsi, onun haqqında balladalar qoşub yayması həqiqətlərin daha açıq şəkildə ortaya çıxmasına “yardım göstərdi”.
Qayıdaq “Eurovision”a... Son olaraq əgər bir azdan İ.Qəmbər və ya ona vəkillik edən mətbu orqanlar götürüb yazsalar ki, Aram Manukyan da, İsa Qəmbərin ermənipərəst avropalı dostları da “Eurovision-2012” yarışmasının Azərbaycanda keçirilməsini dəstəkləyir və hətta bütün dünyaya müraciət edirlər ki, 2013-cü ildə bu müsabiqə Azərbaycanda bir də keçirilsin, heç kim təəccüblənməsin. çünki İ.Qəmbərin ortağı və ya müttəfiqi (kim necə istəyir elə düşünsün) də elə siyasi manevrlərində İsa Qəmbərdən geri qalmaz.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

