Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müxalifətin ziddiyyətli məntiqi...

Müxalifətin ziddiyyətli məntiqi...

09.05.2012 [17:15]

Bu gün şəkilini Hitlerlə yanaşı görmək istəməyənlər vaxtilə onun kitabının tərcüməsinin dayandırılmasını söz azadlığına basqı adlandırır, ciddi - cəhdlə Hitlerin müdafiəsinə qalxırdılar
Fəaliyyətini yalnız anti-milli tezislər üzərində quran, Azərbaycan dövlətinin beynəlxalq imicini zərbə altında qoymaq üçün bütün “gərəkli” addımları atmağı özünün vəzifə borcu sayan radikal müxalifət düşərgəsi yenidən gündəmə gəlmək üçün dəridən-qabıqdan çıxır. Xatırlatmaq yerinə düşər ki, “Yeni Azərbaycan” qəzetinin 20 aprel 2012-ci il tarixli nömrəsində dərc olunmuş “Diplomatik sifariş: müxalifət, “Eurovision”a hazır ol” sərlövhəli məqaləsində radikal düşərgənin antimilli fəaliyyəti bütünlüklə ifşa olunmuşdur. Maraqlıdır ki, məqalədə yer alan faktlara, fikirlərə münasibət bildirməli, özünü təmizə çıxarmalı olan, bunu isə əllərindəki əks-tezislərlə etməli olan radikal düşərgə bu dəfə fərqli bir yol seçdi. Əslində, deməyə sözünün olmaması, məqalədə yazılanların həqiqət olması məhz buradan anlaşılır. Radikal düşərgə məqalədə haqqında deyilənlərə deyil, yalnız şəkillərinin Adolf Hitlerlə yanaşı qoyulmasına guya etiraz səsini ucaltdı. Bu isə öz növbəsində yeni suallar ortaya çıxarmaqdadır.
Məsələ ilə bağlı kifayət qədər açıqlamalar verilib və bildirilib ki, bu, sadəcə jurnalistikanın qanun-qaydaları çərçivəsində verilmiş bir kollajdır. Yox, əgər söhbət radikal düşərgənin Hitlerlə birgə kollaj olunmağı öz “şəninə” sığışdırmamasından gedirsə, burada bir qədər düşünmək və çox da uzaq olmayan keçmişə ekskurs etmək zərurəti yaranır.
Dünən Hitler ideyalarının yayılmasını dəstəkləyənlər bu gün onun şəklini bəyənmirlər...
Maraqlıdır ki, nasist lider Adolf Hitlerlə bağlı Azərbaycan mətbuatında vaxtaşırı mübahisəli məsələlər olub. Bunlardan ən geniş müzakirələr ölkə qanunvericiliyinin tələblərini pozduğunu görə bir müddət əvvəl həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Hitlerin yazdığı “Mein Kampf” (“Mənim mübarizəm”) kitabının Azərbaycan dilinə tərcümə etdiyi zaman açılmışdı. Xatırlatmaq yerinə düşər ki, 2004-cü ildə Əvəz Zeynallının təşəbbüsü ilə tərcümə olunan kitabdan müxtəlif hissələr nəşr olunmağa başlandı. Həmin dövrdə bir qrup ziyalılarımızla yanaşı, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İlixov bu kitabın milli ədavəti qızışdırdığını və faşizmi təbliğ etdiyini əsas gətirərək yayılmasının qarşısının alınması ilə bağlı müvafiq strukturlara müraciət etmişdi. 2007-ci ilin may ayında isə müvafiq dövlət strukturları şikayətləri əsaslı hesab edərək kitabın nəşrinin dayandırılmasına sərəncam verdi.
Maraqlıdır ki, bu gün şəklinin Hitlerlə birgə kollaj olunmasını istəməyən, müxalifət liderləri həmin dövrlərdə Hitlerin kitabının tirajlanmasının qarşısının alınmasını söz və insan azadlıqlarının pozulması kimi qiymətləndirirdilər. 2007-ci ildə baş verən hadisələr zamanı ölkə KİV-lərinə açıqlamalarında radikal düşərgə təmsilçiləri bunu demokratiyanın boğulması kimi qələmə verirdilər və dövləti hətta suçlayırdılar ki, niyə, Hitlerin “mübarizəsi”nin təbliğ olunmasına imkan vermir. Bu gün Hitlerlə şəkillərinin yan-yana durmasından narahatçılıq hissi keçirmələri müxalifətin anlaşılmayan mövqeyini göstərir.
Görəsən, cəmi 5 ildən sonra nə baş verdi ki, radikal düşərgə rəhbərlərinin-İsa Qəmbərin, Əli Kərimlinin Hitlerə münasibəti dəyişdi? Bu gün, hətta onunla yanaşı şəkil kollajından belə qorxurlar və bunu özlərinin şantaj silahına çevirirlər. Axı bir neçə il bundan öncə belə danışmırdılar və Hitlerin ideyalarının, “mübarizə” yolunun yer aldığı kitabın haqqında araşdırma aparılmasını söz azadlığına basqı kimi dəyərləndirirdilər, Hitleri və onun “mübarizəsi”ni müdafiə edirdilər?... Bu, bir daha göstərir ki, radikal düşərgə təmsilçilərinin hansısa məsələyə münasibəti yekcins deyil və hətta Hitlerə münasibətdə belə fəsil dəyişkənliyinə üstünlük verirlər...
Anti-Azərbaycançı dairələrin sifarişləri radikal müxalifəti ziddiyyətlərlə dolu dalanlarda azdırır
Yuxarıda qeyd olunan fakt bir daha göstərir ki, özünü radikal müxalifət adlandıran kəsimin sabit, milli strategiyası yoxdur. Və düşərgə heç bir addımında milli maraqları düşünmür, öz addımlarını bu yöndə tənzimləmir. Hansısa məsələyə münasibəti də yalnız onları maliyyələşdirən xarici anti-Azərbaycançı dairələrin sifarişləri əsasında formalaşır. Əgər onlara Hitleri müdafiə etmək tapşırığı verilirsə, dərhal bir nasistdən də şiddətli şəkildə onun müdafiəsinə qalxırlar. Zaman keçir, Hitleri müdafiə etmək antı-Azərbaycançı dairələri qane etmirsə, onda müxalifət bu dəfə Hitlerin kəskin tənqidçisinə çevrilirlər. Bu da nəticə etibarilə yuxarıda qeyd etdiyimiz formada ziddiyyət yaradır. 2007-ci ildə bu məsələdə “söz və insan haqları”nın tərəfini tutanlar bu gün Hitlerlə birgə kollaj olunmalarını qlobal problemə çevirməyə cəhd göstərirlər. İnandırıcı deyil ki, radikal qüvvələrin 20 ildir yaşadıqları müxalifətçilik onların yaddaşlarını itirməsinə səbəb olub və 5 il öncəki davranışları yaddaşlarından silinib. Təbii ki,  onların 5 il öncəki bəyanat və davranışları nöqtə və vergülü ilə yaddaşlarına həkk olunub. Davranışlarındakı ziddiyyətlər xaricdən gələn sifarişlərin qarşısında “yox” demək reaksiyalarından məhrum olmalarından qaynaqlanır. Yəqin ki, bu dəfə də xaricdən onları maliyyələşdirən anti-Azərbaycançı dairələr radikal düşərgəyə bu yöndə hərəkət etməli olduğunu sifariş verib.
Bir daha vurğulamaq yerinə düşər ki, bütün addımlarında milli maraqlardan kənarda dayanan radikal müxalifət idarəolunan vəziyyətə düşdüyünü özü sübuta yetirir. Azərbaycanın milli mənafeyi ilə bağlı məsələlərdə hər zaman xalqa, dövlətə qarşı mövqe tutan və bu mövqedə olanlarla eyni səfdə yer almaları bir daha göstərir ki, onların yeganə məqsədi ölkəmizdə olan ictimai-siyasi sabitliyə xələl yetirmək, Azərbaycanın gündən-günə artan imicini zərbə altına qoymaq və anti-Azərbaycançı qüvvələrin planlarının tərkib hissəsinə çevrilərək xalq-dövlət maraqlarını ayaq altına almaqdır... Bu yolda, hətta özlərini yalançı vəziyyətinə qoymaqdan belə çəkinmirlər.
Azərbaycan xalqı radikal düşərgənin antimilli fəaliyyətinə lazımi “qiymət”i verir...
Əlbəttə ki, siyasi cəhətdən yetkin olan Azərbaycan xalqı tarixin bütün dönəmlərində verdiyi düzgün qərarları ilə ölkəmizin bugünkü nailiyyətlərini qazanması prosesində birbaşa iştirak edib. 1993-cü ildə indiki radikal müxalifətin dövlətçiliyi uçurumun bir addımlığına gətirib çıxarması, ölkəmizi xarici maraqların poliqonuna çevirmək cəhdləri məhz xalqımızın qətiyyəti sayəsində dayandırıldı. Həmin dövrdə Azərbaycan xalqının birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin ətrafında birləşməsi xalq-dövlət maraqlarının qorunmasına, qüdrətli, güclü və azad Azərbaycanın yaranmasına şərait yaratdı.
Bu gün də işi-gücü yalnız ara qarışdırmaq, xalqın mənafeyinə qarşı addımlar atmaq olan radikal müxalifətin etdiklərini, dediklərini xalqımız görür və öz qiymətini verir. Siyasi cəhətdən həqiqətən də tarixin keçmiş, dolanbac yollarında azan, özünə yer tapa bilməyən, yeniləşmə gücü olmayan, milli maraqlardan uzaqda duran radikal müxalifətin seçkilər dövründə məğlub duruma düşməsinin, hətta minimum səs baryerini belə keçə bilməməsini şərtləndirən ən əsas səbəblərdən biri xalqın onların hərəkətlərinə düzgün qiymət verməsidir. Xalqımız görür ki, hər addımında anti-Azərbaycançı qüvvələrin planının alətinə çevrilən, hər addımında antimilli mövqe tutan, açıq şəkildə dövlətin, xalqın uğurlarına qarşı olduğunu büruzə verən radikal düşərgə yalnız şəxsi, korporativ mənafeyinin “keşiyindədir”. Bu isə, qeyd etdiyimiz kimi, radikal düşərgənin hər bir seçkidə acı məğlubiyyətə düçar olmasını şərtləndirir. Əslində, son çabalamaları radikal düşərgənin artıq tam bitməsindən, özünün bütün kartlarını ifşa etməsindən irəli gəlir. Necə deyərlər, müxalifət hər üzünü xalqa tanıtmaqla özünü tarixin oxunmuş səhifəsinə çevirib. özü də, lazımsız, xatırlanması belə ürək bulandıran bir səhifəyə...
Siyasət şöbəsi
Paylaş:
Baxılıb: 850 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30