Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq konfransda Laçın dialoqu...

Beynəlxalq konfransda Laçın dialoqu...

17.05.2012 [00:11]

“Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfransın təşkilatçıları Laçının işğalının qeyd olunması təklifini qəbul etmədilər
“Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın təşkilatçıları Laçın rayonunun Ermənistan dövləti tərəfindən işğal gününün qeyd olunması və bu münasibətlə bir dəqiqəlik sükutun elan olunması ilə bağlı təklifi qəbul etməyiblər. Konfransın gedişində “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirin təşkilatçılarından olan “Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyinin sədri Emin Hüseynova müraciət edərək may ayının 18-də Laçın rayonunun işğalının ildönümü olduğunu xatırladıb və beynəlxalq nümayəndələrin iştirak etdiyi bu tədbirdə işğal faktı ilə bağlı məlumat verilməsini və işğal zamanı həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib. Lakin konfrans təşkilatçıları bu təklifi qəbul etməyiblər.
Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30