Ermənistanın ikili oyunu
22.02.2024 [10:40]
İrəvan Qərbə mesaj verir: “köhnə çətirin” altına qayıdaram
Ermənistan regionda yaratdığı diskomfort bu ölkənin siyasi qərarsızlığı, gündə bir “çətir” altına girməsi ilə əlaqələndirilir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olsa da, Fransa və digər siyasi qanadlarla hərbi əlaqələr qurmaq cəhdi, təmsil olunduğu hərbi struktura qarşı təxribatçı davranışları isə birmənalı qarşılanmır. Məsələn, bir müddətdir Ermənistan KTMT-nin tədbirlərinə qatılmır. Xatırladaq ki, ötən ilin yayında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından da imtina etmişdi. Rəsmi İrəvan ötən il KTMT-nin ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimlərini də təxirə salmışdı. Hansı ki, Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Amma baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirdi ki, İrəvan respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Ardınca da əlavə etdi ki, tərəflər arasında anlaşılmazlıq yaranıb. N. Paşinyan hətta nümayişkəranə şəkildə həmin il noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə də qatılmadı. Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar.
Əsas “ağrı”...
Qeyd edildiyi kimi, Ermənistanın əsas “ağrısı” qurumun Azərbaycan-Ermənistan məsələsindəki mövqeyindən irəli gəlir. Baş nazir Nikol Paşinyan strukturu məsuliyyət zonasını “dəqiqləşdirməməkdə” günahlandırır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da yerli mediaya müsahibəsində KTMT-dən heç bir gözləntilərinin olmadığını deyib. O bildirib ki, KTMT-dən Ermənistana heç bir hərbi-texniki yardım təklif olunmayıb - KTMT heç vaxt Ermənistanın sərhədlərini tanımayıb, onun yurisdiksiyasını tanımır. Beləliklə də, rəsmi İrəvan KTMT-dan çıxmasa da, təşkilatda fəaliyyətini “dondurmaq” niyyətində olduğunu büruzə verir. Bu məqsədinə çatmaq üçün isə məhz Rusiyanı və KTMT-nı ittiham edir. Paşinyan hakimiyyətinin bu ittihamlarında siyasi şantaj əlamətləri də kifayət qədər qabarıq şəkildə nəzərə çarpır.
Ermənistan KTMT-də qalacaq...
Paşinyan hakimiyyəti iddia edir ki, ya qurum rəsmi İrəvanın istəklərini yerinə yetirməlidir, ya da Ermənistan bu strukturu tərk edəcək. Bugünlərdə isə məsələ ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Belə ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun “International Affairs” jurnalındakı məqaləsində deyilir: “Təşkilat Ermənistan - Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün sülhməramlı missiya göndərməyə hazır idi, lakin bu işin yekun hissəsində İrəvan Azərbaycanla sülh sazişinin yaxınlaşması ilə əlaqədar müvafiq sənədin gündəlikdən çıxarılmasını xahiş edib”.
İmanqali Tasmaqambetov onu da qeyd edib ki, KTMT-yə üzv ölkələr Ermənistanla müttəfiqlik əlaqələrinin inkişafına diqqət yetirir, İrəvan müttəfiq olaraq qalır və təşkilatda fəaliyyətini davam etdirir. “Eyni zamanda, Ermənistanın təşkilatda işi davam edir, İrəvan KTMT çərçivəsində çoxtərəfli təmaslar aparır. Ermənistan müttəfiq olub və qalır. KTMT Ermənistan Respublikası ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir”, -deyə baş katib vurğulayıb.
Əslində, Paşinyan hakimiyyəti yaxşı anlayır ki, köhnə müttəfiqlərindən uzaqlaşıb Qərbə üz tutmaq Ermənistan üçün baha başa gələ bilər. Ona görə də, İrəvan mümkün qədər ehtiyatlı davranmağa çalışır. Qərb isə Ermənistanın mümkün qədər tez və tam şəkildə təsir dairəsinə salmaqda qərarlıdır.
Fransız dəvəti...
Məsələn Avropa İttifaqı, o cümlədən Fransa Cənubi Qafqaza Ermənistan üzərindən yerləşmək planları qurur. Ermənistana yerləşdirilən “mülki missiya”nın əsl missiyası da məhz bundan ibarətdir. Amma Paşinyan hələ ki iki tərəf arasında “manevr” etməyə çalışır. Onun iki ay əvvəl Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının sammitində iştirakı bir tərəfdən “köhnə axarın” davam etməsinə işarədirsə, Qərbə doğru “isti mesajları” yeni dost axtarışını davam etdirdiyinin göstəricisidir. Hətta Paşinyan bununla Qərbə göstərmək istəyir ki, vədlərinə əməl etməsələr, “köhnə çətirin” altına qayıtmalı olacaq.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 22-də Parisə səfərə gedəcək. “L’Humanite” qəzeti bu barədə yazır ki, Paşinyan Fransa müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinin təkrar dəfn mərasimində iştirak edəcək. Xatırladaq ki, Emmanuel Makron hələ ötən ilin iyulunda Paşinyanı Fransaya dəvət etmişdi. Səfər zamanı yəqin ki, Ermənistanla yeni dostluq əlaqələri də müzakirə ediləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

