Radikal müxalifətin keçirdiyi aksiya şoularının altında gizlənən niyyət və məqsədlər nədir?
23.05.2012 [00:32]
Demokratik ənənələrə daim öz töhfəsini verən, məhz demokratik prinsiplər əsasında öz inkişaf yolunu müəyyənləşdirən Azərbaycan dövləti hər zaman insan hüquq və azadlıqlarının təminatı məsələsinə diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, müəllifi Ulu öndərimiz Heydər Əliyev olan Konstitusiyamızın müddəalarının böyük qismi məhz insan hüquq və azadlıqlarının təsbitinə həsr olunub. Bu və digər amillər, həmçinin, ölkədə söz azadlığının qorunmasına xidmət göstərən bir sıra qanunvericiliklər Azərbaycanın dünyada söz azadlığının qorunduğu ölkə kimi şöhrət tapmasında böyük rol oynayıb. Eyni zamanda, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad sözün, azad mətbuatın inkişafı yüksək səviyyədədir.
Təbii ki, demokratik inkişaf yolu seçmiş Azərbaycanın digər müstəvilərdə- həm iqtisadi, həm də siyasi sferalarda əldə etdiyi nailiyyətlər də bu gün dünya birliyi tərəfindən dəyərləndirilir. Yerləşdiyi regionun lider dövlətinə çevrilən, hətta qlobal maliyyə böhranı dövründə belə iqtisadiyyatının irəliləməsi ilə yadda qalan Azərbaycan dövləti artıq beynəlxalq aləm tərəfindən mühüm tərəfdaş kimi qiymətləndirilir. Bunun nəticəsidir ki, ötən il ölkəmiz 155 dövlətin dəstəyi ilə dünyanın ən ali beynəlxalq təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu isə Azərbaycanın dünyanın siyasi palitrasında qazandığı müsbət imici kimi dəyərləndirilir və ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki üstünlüyünü şərtləndirir. Onu da deyək ki, Azərbaycanın nailiyyətləri tək siyasi-iqtisadi müstəvi ilə məhdudlaşmır. ötən il dünyanın ən mötəbər musiqi yarışmalarından olan “Eurovision” mahnı müsabiqəsində qazandığımız uğur Azərbaycan mədəniyyətinin dünyadakı təntənəsi idi. Bu il həmin yarışın uğurlu şəkildə ölkəmizdə keçirilməsi Azərbaycan mədəniyyətinin, ölkəmizin əldə etdiyi uğurların dünyaya təqdim edilməsi üçün böyük fürsətdir və Azərbaycan dövləti bu vəzifənin öhdəsindən layiqli şəkildə gəlir.
Heç şübhəsiz ölkəmizin əldə etdiyi nailiyyətlər dostlarımızı sevindirdiyi kimi düşmənlərimizi də kədərə boğur, onlarda qısqanclıq hisslərini oyadır. Bunun nəticəsidir ki, son dövrlərdə müəyyən anti-azərbaycançı, ermənipərəst dairələr məqsədli şəkildə Azərbaycana qarşı təzyiq kampaniyası aparmağa cəhdlər göstərirlər. Təbii ki, həmin dairələrin korporativ maraqlara söykənən və ölkəmizin uğurlarının həzm edilməməsinin qarşqılığında yaranan bu münasibətinin arxasında bir sıra amillər dayanır. Bu sıradakı ən əsas amillərdən biri də məhz Azərbaycanın dünyada günü-gündən artan imici və Ermənistan üzərindəki diplomatik qələbəsidir. Danışıqlar prosesində ölkəmizin böyük üstünlük əldə etməsi ermənipərəst dairələri hərəkətə keçməyə məcbur edib. Həmin dairələrin ölkəmizdə “canişinliyini” həyata keçirmək istəyən radikal müxalifətin son dövrlərdə “aktivləşərək” icazəli-icazəsiz aksiyalar keçirmək cəhdləri də məhz buna söykənir. Ən əvvəl bir-iki icazəli aksiya keçirən radikal düşərgə istədiyi effekti əldə edə bilmədi. çünki xalq birmənalı şəkildə onları dəstəkləmədi və radikallar icazəli aksiya keçirdikləri meydanda yalnız ailə-qohum ansamblı şəklində görüntü yarada bildi. Bu səbəbdən də onlar “Eurovision” öncəsi ölkədə siyasi sabitliyi pozmaq, ölkənin imicinə zərbə vurmaq üçün əllərindən gələni edirlər. Bunda isə məqsədlər və qazanclar fərqlidir...
Fəaliyyətin əsas məqsədi Azərbaycanın dövlət imicinə zərbə vurmaqdır...
Bəllidir ki, Azərbaycan Respublikası hər zaman apardığı balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində bütün dövlətlərlə (işğalçı Ermənistan istisna olmaqla), beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib. Bu gün regionun ümumi iqtisadiyyatının mütləq böyük bir hissəsinə malik olan Azərbaycan xarici ölkələr üçün ən yaxşı tərəfdaş, investisiya yatırılması yönündə ən yaxşı dövlət sayılır. Bu mənada ölkəmizin bütün dövlətlərlə münasibətləri bərabərhüquqlu və milli maraqlarımız çərçivəsindədir. Radikal müxalifətin apardığı antimilli siyasət isə hakimiyyətə deyil, birbaşa Azərbaycan dövlətinə qarşı yönəlib. Qeyd olunduğu kimi, müxalifət ciddi cəhdlə Azərbaycanın müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini korlamağa çalışır. Yalan, əsli olmayan fikirlər səsləndirməklə, aksiya şouları düzəltməklə Azərbaycanın dünyadakı demokratik imicinə zərbə vurmaq istəyən düşərgə təmsilçiləri bununla da, müxalifət olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı cəbhə yaratdıqlarını nümayiş etdirirlər. Aparılan antimilli siyasətin kökündə isə bəzi məqamlar durur. Belə ki, onlar bununla uğurlu xarici siyasət kursumuza kölgə salmağa çalışırlar. Digər tərəfdən, xarici dövlətləri və beynəlxalq təşkilatları bu yolla guya Azərbaycana qarşı qoymaq istəyirlər. Halbuki, Azərbaycan bütün ölkələrlə (işğalçı Ermənistan istisna olmaqla), beynəlxalq təşkilatlarla bərabərhüquqlu, səmərəli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Sadəcə, radikal düşərgə Azərbaycanın dövlət imicinə kölgə salmaq üçün hər zaman dünya erməniliyinin təbliği ilə məşğul olan anti-Azərbaycan dairələrlə işbirliyinə gedir, onların vasitəçisinə çevrilir. Bu isə son nəticədə yenə də düşərgənin uğursuzluqlarıyla müşayiət olunur...
Radikal düşərgə sifariş əsasında “Eurovision” yarışması dövründə gələn xarici qonaqlarda Azərbaycanla bağlı yalan təsəvvür formalaşdırmağa çalışır
Radikal düşərgənin apardığı antimilli siyasətin “Eurovision” dövründə daha “parlaq” şəkildə təzahür etməsinin də altında müəyyən məqsədlər yatır. Sonuncu icazəsiz aksiya cəhdi zamanı bəzi KİV-lərdə yayımlanan videomateriallarda da görünür ki, düşərgənin məqsədi heç də bəyan etdiyi kimi “demokratiya” və ya başqa bir şey deyil. Azərbaycanda demokratiya tam bərqərar olub və ölkəmiz məhz bu ənənələrlə inkişaf edir. Aksiyaya çıxanların xaricilərə zorla başa salmağa çalışdığı yalanlar onların məqsədlərini açığa çıxarır. çünki gələn turistlər, qonaqlar ölkəmizdə yaradılan şəraitə, insanların sosial rifahının yüksək olmasını, o cümlədən, abadlıq-quruculuq işlərini öz gözləri ilə görürlər. Digər tərəfdən, xarici KİV nümayəndələri bütün məsələlərlə maraqlanırlar və onlar Azərbaycanın necə yüksək inkişaf səviyyəsinə malik olduqlarını əyani şəkildə müşahidə etmiş olurlar. Belə olan halda istər radikal müxalifətin, istərsə də illərdir bəzi anti-Azərbaycan dairələrin apardıqları yalan təbliğatın iç üzü açılır. Bir neçə gün öncə mətbuat konfransında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bildirib ki, bəzi dairələr, o cümlədən, erməni diasporu və onun təsirində olan xarici mətbuat orqanları, bəzi xarici QHT-lər, ictimai-siyasi xadimlər Azərbaycanın dünyanın diqqət mərkəzinə çıxması faktından istifadə edib, ölkəmizə qarşı böhtan kampaniyasını apardılar və bu gün də aparmaqda davam edirlər. Ə.Həsənov qeyd edib ki, həmin qüvvələr Azərbaycanın imicinə mənfi zərbə vuran, müxtəlif uydurmalar, müxtəlif təxribatçı materiallar yayaraq, o cümlədən, insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək, Azərbaycanı dünyada qeyri-demokratik dövlət kimi təqdim etməyə cəhd göstərirlər: “Onların bu cəhdləri heç bir nəticə vermədi və verə də bilməzdi. İndi Azərbaycana gələn turistlər, qonaqlar gözləri ilə görəcəklər ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir, Azərbaycanda siyasi plüralizm tam təmin olunub, respublikada insan hüquqları, vətəndaş cəmiyyəti normaları Avropa ölkələrinin heç birindən geridə deyil. Azərbaycanın gözəl mədəniyyətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın tolerant cəmiyyətini və onun digər dəyərlərini öz gözləri ilə görüb, əlbəttə, o təxribatçı, anti-Azərbaycan yazıların bilərəkdən uydurulduğunun şahidi olacaqlar”.
Bəli, radikal müxalifətin də çalışdığı məhz Azərbaycana gələn xarici qonaqları yenidən çaşdırmaq, onları yalan təbliğatlarının bir parçasına çevirməkdir...
Radikal müxalifətin apardığı antimilli siyasət nəticədə xalqın onlardan üz döndərməsinə yol açır...
Radikal müxalifətin apardığı antimilli siyasət isə hər mənada özünün əksinə yönələn faktora çevrilir. Hər zaman qeyd edilib ki, radikal düşərgə özünün istinad mənbəyi kimi xarici dairələrə, ən əsası isə anti-azərbaycançı dairələrə istinad edir. Onların “Eurovision” yarışması dövründə apardığı fəaliyyət bir daha təsdiq edir ki, düşərgənin bütün işi-gücü xalqın və dövlətin maraqlarına qarşı mövqe tutmaq, ermənipərəst dairələrin dəyirmanına su tökməkdir. Nəticə etibarı ilə isə onların siyasi qüvvə kimi gündəmdə qalmağa hesablanan bu hərəkətləri Azərbaycan xalqı tərəfindən görülür və qətiyyətlə pislənilir. Seçki dövründə müxalif düşərgənin hər zaman sıfır faiz səs toplamasının da əsas səbəbi məhz apardığı antimilli siyasətdir. Azərbaycan xalqı onların dövlətin maraqlarına qarşı apardıqları bu siyasəti bəyənmədiklərini, xarici dairələrlə işbirliyini pislədiyini seçki qutularında öz münasibətlərini göstərməklə nümayiş etdirir. Son nəticədə isə radikal düşərgə yenə də növbəti yalanlarını-seçkinin guya saxtalaşdırıldığını iddia edirlər. Amma düşünmürlər ki, onların məğlubiyyətini şərtləndirən ən əsas səbəb məhz düşərgənin dövlətin mənafeyinə zidd mövqeyidir.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, radikal düşərgənin apardığı antimilli siyasət ölkəmizə qarşı xarici anti-azərbaycançı dairələrin yeni təzyiq kampaniyalarına yol açır. Azərbaycanın hər bir uğuruna-istər mədəni, istərsə də siyasi sferada qazandığı nailiyyətlərə, o cümlədən, demokratik ənənələrə əsaslanan islahatlara kölgə salmaq üçün həmin dairələr radikal düşərgənin apardığı sifarişli antimilli siyasətdən bəhrələnirlər. KİV-ə açıqlamasında PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da qeyd edib ki, bəzi qeyri-hökumət təşkilatlarının anti-Azərbaycan təbliğatı, Azərbaycana ünvanlanan səslənən tənqidlər sifarişli xarakter daşıyır: “Bu işdə xüsusi fəallıq göstərən iki təşkilatın adını çəkəcəyəm - “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları. Bu təşkilatlar sözügedən müsabiqənin Azərbaycanda keçiriləcəyi bəlli olan gündən etibarən davamlı olaraq Azərbaycan hökuməti, onun daxili siyasətini bilavasitə tənqid edirlər. Dünya ictimaiyyətinə təsir etmək iqtidarında olan bu təşkilatlar belə ədalətsiz və qərəzli fəaliyyətlərini davam etdirsələr, təbii ki, onlar Azərbaycan xalqının və dövlətinin etimadını itirəcəklər”.
Müxalifətin məqsədi ermənilərin maraqları ilə üst-üstə düşür...
Maraqlıdır ki, radikal düşərgənin istər “Eurovision”a qarşı, istərsə də Azərbaycan dövlətinə və millətinə qarşı apardığı antikampaniya həm xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatlarının, həm də elə Ermənistanın özündəki anti-Azərbaycan qüvvələrinin fəaliyyəti ilə paralel və oxşar səciyyələr daşıyır. Radikal düşərgənin məhz Azərbaycana qarşı olan qüvvələrin planı əsasında addımlar atması, dövlət və millət maraqlarını zərbə altına qoyması onların niyyətini meydana çıxarır. Azərbaycanın radikal müxalifətinin hakimiyyətə qarşı deyil, dövlətə, dövlətçiliyə, xalqa qarşı müxalifətdə olması deyilənləri bir daha təsdiq edir. Azərbaycan xalqının nümayəndələrinin uğuruna sevinməyən, ölkəmizin mötəbər beynəlxalq bir yarışa ev sahibliyi etməsi ilə barışmayan, bunun baş tutumaması, hətta dövlətin beynəlxalq imicini zədələmək üçün əlindən “gələni” əsirgəməyən radikal müxalifət bu istiqamətdə hər kəslə, hətta əli xalqımızın qanına batmış erməniləri dəstəkləyənlərlə müttəfiq ola biləcəklərini açıq şəkildə göstərirlər. Bu gün anti-Azərbaycan dairələrilə baş-başa verərək eyni zindana çəkic döyməsi onların xalqın, dövlətin yanında deyil, xalqa, dövlətə qarşı olanların yanında yer almalarından xəbər verir. Göründüyü kimi, radikal müxalifət erməni lobbisi kimi “Eurovision”dan Azərbaycana qarşı yararlanmaq niyyətini ortaya qoyub. Amma proses, Azərbaycan xalqının onlara münasibəti bir daha radikal düşərgənin yalanlarının ayaq tutmadığını, onların təbliğatının fiaskoya uğradığını açıq şəkildə nümayiş etdirdi.
Radikal düşərgə nə üçün mitinq plakatlarında 1 milyon azərbaycanlının hüquqlarının pozulduğunu yazmır?
Bəli, “Eurovision” musiqi yarışması həqiqətən də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıması üçün əla vasitədir. Uzun illərdir ki, ölkəmiz Ermənistanın bizə qarşı olan təcavüzündən əziyyət çəkir, bir milyona yaxın vətəndaşımız yurd-yuvasından didərgin düşüb. Bu mənada “Eurovision” yarışması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşilikləri, 20 ildən artıq bir müddətdə ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlamasını, Ermənistan dövlətinin beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri yerinə yetirməməsini və ən əsası beynəlxalq hüquqa qarşı etinasızlıq nümayiş etdirməsini təbliğata çevirmək üçün əla şansdır. Bəs, radikal düşərgə xalqının, dövlətinin maraqlarını qoruyursa, nə üçün bu ədalətsizliklə bağlı bir piket keçirib hansısa təbliğat aparmır? Demək ki, radikal düşərgəni Azərbaycanın Dağlıq Qarabağ problemi düşündürmür və düşərgə sadəcə sifariş yerinə yetirir. Radikal düşərgə təmsilçiləri nə üçün xarici qonaqlara onları ev-eşiyindən qovan, xalqını qıran, Xocalıda yüzlərlə insanı vəhşicəsinə qətlə yetirən ermənilər haqqında danışmır? Niyə düşərgə öz fəaliyyətini yalnız maraqlı beynəlxalq təşkilatlara Azərbaycan haqqında donoslar yazmaqla məhdudlaşdırır. Mənzərə budur ki, radikal düşərgə təmsilçiləri ölkəmizə gələn xarici jurnalistlərə Dağlıq Qarabağ, erməni təcavüzü, şəhidlərimiz haqqında danışmaq əvəzinə, var qüvvələrini dövlətlə mübarizəyə yönəldirlər. Bütün bunlar isə bir daha göstərir ki, onların apardığı antimilli siyasət qərəz yox, dövlətə, xalqa qarşı düşmənçilikdir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxHadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15

