Azərbaycan çox güclü dövlətdir və öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir
01.06.2012 [22:10]
Müasir Azərbaycan Respublikasının əldə etdiyi inkişaf tempi ölkəmizin yerləşdiyi regionun lider dövlətinə çevrilməsi ilə yanaşı, dünyanın aparıcı ölkələrinin də böyük əhəmiyyət verdiyi regional aktor olmasında əsaslı rol oynayıb. Bu inkişaf isə ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna əsaslanır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyin yaradılmasına nail oldu, hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyətə başlanıldı. Bu isə müasir, güclü, qüdrətli Azərbaycanın iqtisadi-sosial inkişafının təməli sayılırdı. çünki demokratik, hüquqi dövlət quruculuğunun, iqtisadi inkişafın bugünkü zirvəsinə çatmaq üçün ölkədə sabitliyin, əmin-amanlığın olması əsas faktordur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. ölkəmiz regionun siyasi və təhlükəsizlik baxımından ən sabit ölkəsi sayılır. Azərbaycanda demokratik prinsiplərə sadiqlik nümayiş edirilir, ölkə daxilində aparılan siyasi islahatlar demokratik inkişafın təminatında, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dövləti öz sabitliyini ən yüksək səviyyədə qorumağı bacarır və hər bir vətəndaşının təhlükəsizliyinin qarantıdır. Dünyanın bir sıra gərgin nöqtələrində aparılan antiterror əməliyyatlarına öz töhfəsini verən və bununla da terrora münasibətini açıq şəkildə ortaya qoyan Azərbaycan dövləti bu istiqamətdə apardığı siyasətdə qəti və birmənalı yol seçib. Hər zaman müstəqil siyasət yürütməsi ilə seçilən və apardığı siyasi xətti yalnız milli maraqlara söykənən Azərbaycan Respublikası, məhz bu cür kompleks tədbirlərin, ölkədəki təhlükəsizlik mühitinin yaradılması sayəsində dünyanın ən təhlükəsiz bölgələrindən birinə çevrilib.
Təbii ki, ölkəmizin tutduğu bu mövqe, terrora qarşı apardığı qəti fəaliyyət dostlarımızı sevindirdiyi kimi, Azərbaycanı istəməyən qüvvələri hər zaman narahat edir. Məhz bunun nəticəsidir ki, zaman-zaman ölkəmizə qarşı təhdidlər irəli sürən, təxribat xarakterli hərəkətlərə cəhd göstərən qüvvələr dövlətimizdəki inkişaf mühitinə kölgə salmağa çalışır. Bir daha xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin xarici qüvvələrin bu yola əl atmasının ən əsas səbəbi ölkəmizdə dövlət təhlükəsizliyini, sabitliyi pozmaq, Azərbaycan Prezidentinin milli maraqlarımızı və dövlət mənafeyini ən möhkəm şəkildə qorumaq iradəsini sarsıtmaqdır. Təbii ki, onların apardıqları təxribat xarakterli fəaliyyət Azərbaycan dövləti tərəfindən ifşa olunur və həmin təxribatçılar dövlət təhlükəsizliyinə cavabdeh orqanlar tərəfindən zərərsizləşdirilir.
“Eurovision” musiqi yarışması ərəfəsində bir sıra xarici qüvvələr tərəfindən müəyyən təhdid xarakterli bəyanatlar səsləndirilir, ölkəmizdə keçirilən yarışmanın hədəf alındığı bildirilirdi. Məhz bu məqamlarda Azərbaycanın hüquq-mühafizə orqanları yüksək səviyyəli fəaliyyət nümayiş etdirərək həmin təxribat cəhdlərinin qabağını yüksək səviyyədə aldılar. Bir neçə gün öncə aparılan əməliyyatlar da bunu deməyə əsas verir.
Xəbər verildiyi kimi, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirilib. MTN-nin yaydığı məlumatda bildirilir ki, zərərsizləşdirilən silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olub. Bunun üçün isə əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi nəzərdə tutulurmuş.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən, Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərk-silah edilərək tutulublar. Müəyyən olunub ki, təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olub.
Göründüyü kimi, Azərbaycandakı inkişaf, sabitlik ölkəmizə qarşı aparılan çirkin kampaniyanın, ölkəmizin xarici qüvvələr tərəfindən hədəfə alınmasının əsas səbəbidir. Bu gün ölkəmiz bütün sahələrdə öz milli maraqları müstəvisində çıxış edir. Təxribatçı xarici qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq nüfuzundan, müstəqil siyasət yürütməsindən və ölkə daxilindəki sabitlikdən narahat olaraq bu cür çaxnaşmalara əl atmaq istəyir. Azərbaycan dövləti isə hər zaman istər əməli fəaliyyəti ilə, istərsə də rəsmi şəkildə demokratik, milli maraqlara xidmət edən inkişaf yolundan dönməyəcəyini bəyan edir. Bu, bir daha Azərbaycan Prezidentinin, dövlətimizin milli mənafenin qorunması üçün nə qədər böyük səy göstərdiyini sübuta yetirir. çirkin kampaniyalarla xalqımıza, dövlətimizə təzyiq edəcəyini fikirləşənlər isə göründüyü kimi, səhv yoldadırlar.
Bu cür çirkin kampaniyaların uğursuzluğa uğramasının ən əsas səbəblərindən biri də Azərbaycanda xalq-hakimiyyət birliyinin mövcudluğudur. Azərbaycan vətəndaşları hər zaman öz dövlətinə sadiqliyini nümayiş etdirir və dövlət təhlükəsizliyinin təminatı istiqamətində əlindən gələni edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gələcək fəaliyyətimiz dövlətimizin inkişafına istiqamətlənəcək: “ölkədə sabit ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında vəhdət vardır. ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz bundan sonra da yalnız və yalnız müstəqilliyimizi gücləndirəcəyik, azərbaycançılıq fəlsəfəsini rəhbər tutacağıq, iqtisadi islahatları davam etdirəcəyik və güclü dövlət yaradacağıq”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

