Rasizm quyusunun dibində
07.03.2024 [10:10]
Makron Fransası qisasını bir qadın şairənin heykəlindən alacaq qədər dəyərsizləşib
MÜBARİZ
Özünü bütün dünyada “mədəniyyət və demokratiya beşiyi” kimi təsdiqləmək üçün dəridən-qabıqdan çıxan Fransada Azərbaycan mədəniyyətinə qarşı əsl mədəniyyətsizlik, vandalizm və rasizm əməli törədilib. Belə ki, ötən ilin sonlarında zamanında Fransanın Evian-le-Bən şəhərində salınmış “Azərbaycan parkı”nda ölkəmizlə bağlı bütün yazılar yığışdırılıb. Həmçinin Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın burada ucaldılmış abidəsi təhqir olunub. Sonradan şəhərin meriyası abidəni “qorumağın” orijinal üsulunu tapdı - daş heykəli ağ parça ilə bürüdü. Bu günlərdə heykəldən təzə xəbər gəlib. Belə ki, Xurşidbanu Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb. Heykəl Evian-le-Bən şəhərindən martın 4-də götürülüb.
Beləliklə, Natəvanın heykəli artıq Azərbaycanın Fransadakı Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindədir və onun Mərkəzin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir. Verilən məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər vurulub. Belə ki, heykəlin burnu və barmaqları qırılıb.
Əslində, Evian-le-Bən şəhərində “Azərbaycan parkı”nın salınması və burada Natəvanın heykəlinin ucaldılması zamanında hər iki tərəfdən ifadə olunan xoş niyyətin ifadəsi idi. Xatırladaq ki, 2015-ci ildə isə Fransanın Evian-le-Bən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-le-Bən şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda “Dostluq” bulağı yaradılıb və Xurşidbanu Natəvanın heykəli ucaldılıb. Açılış mərasimində qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.
Vəd verilsə də, Fransa tərəfi sözünü yenə də tutmayıb. Qarşımızda Azərbaycanın və Fransanın iki fərqli nümunəsini görürük. Azərbaycan Fransadan kiçik dövlətdir. Ancaq bizim aşılamaq istədiyimiz dəyərlər çox böyükdür. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli cəmiyyəti ilə qürur duyur, multikulturalizmi təbliğ edir. Ölkəmiz elə Fransanın özündə, Parisdə və regionlarda çoxlu sayda tarixi dini-mədəni abidələrin bərpasına sanballı töhfələr verib. Fransanın ayrı-ayrı şəhərlərində təşkil olunan Azərbaycan mədəniyyəti günləri milyonlarla insanın yaddaşında dərin iz buraxaraq onları nəcibliyə, humanizmə, birgəyaşayışa, insana sevgiyə səsləyib. Bəs Fransanın etdiklərini hansı baxış bucağından dəyərləndirmək mümkündür? Sualın cavabı olaraq hansısa bir xoş söz ifadə etmək sadəcə mümkün deyil. XXI əsrdə mədəniyyətə, qadın şairənin heykəlinə barbar münasibət bəslənilməsinə hansı arqumentlərlə haqq qazandırasan? Evian-le-Bən şəhərində “Azərbaycan parkı”na və Natəvanın abidəsinə hörmətsiz münasibət Fransada ksenofobiyanın, başqa mədəniyyətlərə dözümsüzlüyün artmasının ifadəsidir. Açıq-aydın görünür ki, bu ölkədə multikulturalizm dəyərləri arxa plana keçib və irqçi siyasət dövlət siyasəti səviyyəsinə yüksəlib. Natəvanın heykəlinin təhqirlərə məruz qalması Fransa üçün heç vaxt silinməyəcək qara bir ləkədir. E.Makronun Fransası qisasını bir qadın şairənin heykəlindən alacaq qədər dəyərsizləşib və aşağı enib ki, bu da çox utanvericidir.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

