Azərbaycan Gənclər Fondunun təqdimatı keçirilib
09.06.2012 [21:55]
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri açan Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, ötən ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın bəndlərinin biri məhz ölkəmizdə Gənclər Fondunun yaradılması ilə bağlı idi. Bundan sonra dövlətimizin başçısı 2011-ci il dekabrın 19-da Gənclər Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb. ötən dövrdə Fondun əsasnaməsi hazırlanıb, fəaliyyət istiqamətləri müəyyənləşdirilib, müxtəlif gənclər təşkilatları, Avropadakı tərəfdaşlar ilə müzakirələr aparılıb.
Sonra Fondun loqosu və saytı təqdim olunub, videoçarx nümayiş etdirilib.
Qeyd edilib ki, Fondun loqosunun dizaynı ilə bağlı elan olunmuş müsabiqə nəticəsində 181 təklif alınıb. Müsabiqədə, həmçinin Avropanın bir sıra ölkələrindən, o cümlədən Belçika, Avstriya, Macarıstan, Polşadan olan gənclərin də fəal iştirak etdiyi bildirilib. Müsabiqənin şərtlərinə əsasən, Azərbaycan Gənclər Fondunun loqosu özündə milliliyi, inkişafı, müasirliyi və gəncliyi təcəssüm etdirməli idi. Loqo müsabiqəsi Avropa Şurasının gənclər portalında da yerləşdirilmişdi. Müsabiqə nəticəsində qalib elan olunmuş müəllif Elçin Aşurov Fondun fəxri diplomuna və mükafatına layiq görülüb.
Fondun internet səhifəsi barədə məlumat verən F.Hacıyev saytın dünyada ən qabaqcıl texnologiya və yanaşmalar əsasında hazırlandığını vurğulayıb. Qeyd olunub ki, Fondla əməkdaşlıq, müəyyən təşəbbüslərlə çıxış etmək üçün qurumun qeydiyyatından keçmək lazımdır. Saytda altı bölmənin olduğunu vurğulayan icraçı direktor burada layihə elanlarının, tərəfdaşların, tədbirlərin, ölkəmiz haqqında ümumi məlumatların yerləşdirildiyini bildirib. Fondun saytı sosial şəbəkələrdə də fəaliyyət göstərir. Fond hazırda beş yerli və iki beynəlxalq qurumla tərəfdaşlıq edir.
Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verilərkən vurğulanıb ki, qurum ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək. Beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri təsdiqləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək qurumun əsas hədəflərindəndir.
Fondun yaradılması münasibətilə təbriklərini çatdıran gənclər və idman naziri Azad Rəhimov bildirib ki, qurumun təsis olunması gənclərlə iş sahəsində fəaliyyətin yeni formalarda davam etdirilməsinə imkan verəcək. Azərbaycanda gənclərin əhalinin əksəriyyətini təşkil etdiyini vurğulayan nazir bu sahənin hər zaman dövlətin diqqət mərkəzində olduğunu söyləyib. Xalqımızın Ulu öndəri Heydər Əliyevin “gənclər bizim gələcəyimizdir” fikrini xatırladan A.Rəhimov bu siyasətin bu gün də yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın tərkib hissəsi kimi yaradılan Fond dövlətimizin başçısının ölkəmizdə gənclərə yüksək diqqət və qayğısının göstəricisidir.
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Fondun yaradılması ilə bağlı təşəbbüsün ötən il Prezident İlham Əliyevin gənclərlə görüşündə irəli sürüldüyünü xatırladıb. Bildirilib ki, bu təşəbbüs dövlətimizin başçısı tərəfindən dərhal dəstəklənmiş və qurumun yaradılması “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, intellektual və təşəbbüskar Azərbaycan gəncliyinin formalaşması baxımından Fondun qarşısında çox mühüm vəzifələr durur. Azərbaycan Gənclər Fondu fəaliyyətini məhz bu istiqamətdə təşkil etməlidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Gənclər Fonduna beş milyon manat vəsaitin ayrıldığını vurğulayan E.Aslanov bu quruma dövlətin diqqət və qayğısının, ayrılacaq vəsaitin gələcəkdə daha artırılacağını, yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini bildirib. Diqqətə çatdırılıb ki, Fondun əsas məqsədi gənclərin təqdim etdikləri təşəbbüskar layihələrin maliyyələşdirilməsini həyata keçirməkdir. Bu da Azərbaycanda təşəbbüskar, intellektual, kreativ gənclərin formalaşmasına zəmin yaradacaq. İstəyimiz odur ki, bu Fonda təqdim olunan layihələr cəmiyyətimizin, dövlətimizin, gənclərimizin inkişafına xidmət etsin.
Gənclərin olduqca həssas bir dövrdə yaşadıqlarını qeyd edən E.Aslanov bu baxımdan daha səmərəli layihələrin təqdim olunmasının əhəmiyyətini vurğulayıb. Gənclərimiz Azərbaycan dövlətini layiqincə yaşatmalı, inkişaf etdirməlidirlər. ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan Gənclər Fondunun yeni təşəbbüslərinin, təqdimatlarının şahidi olacağıq.
Gənclər Fondunun yaradılmasını əlamətdar hadisə kimi qiymətləndirən BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Fikrət Akçura bildirib ki, Azərbaycan gənclərin çoxluq təşkil etdiyi inkişafda olan dövlətdir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin inkişafına yüksək diqqət və qayğının göstərildiyini deyən F.Akçura Azərbaycanın ən ciddi meyarlar baxımından artıq orta inkişaf səviyyəsində olan ölkələr sırasında yer aldığını vurğulayıb. Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın yüksək inkişafını bütün dünyaya göstərib. İnanıram ki, yaxın zamanlarda Azərbaycan gənclərin fəallığı ilə yüksək inkişaf edən dövlətlər qrupuna daxil olacaq. Bunun üçün Azərbaycan gəncliyinin inkişaf etməsinin vacibliyini vurğulayan F.Akçura Fonda hər cür dəstək verməyə hazır olduqlarını bildirib.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Gənclər Fondunun yaradılmasını çox böyük ictimai-siyasi hadisə kimi qiymətləndirib. O, Azərbaycanın dövlət siyasətində gənclər sahəsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Komitə sədri Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi, bu sahənin canlandırılması, gənclərimizin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi, onların layihələrinin maliyyələşdirilməsi baxımından Fondun yaradılmasının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclisdə hazırlanan “Sosial sifariş haqqında” qanun layihəsində Fondun vəsaitlərinin istifadə olunması məsələsi də əksini tapacaq.
Təqdimat mərasiminə yekun vuran F.Hacıyev gəncləri Fondla yaxından əməkdaşlığa və müasir, təşəbbüskar layihələrlə çıxış etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

