Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib

12.06.2012 [23:40]

Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla xanım Əliyeva iyunun 11-də Cenevrədə səfərdə olub. Səfər zamanı BMT-nin Cenevrə bölməsində, UNİCEF-in Cenevrə ofisində və UNEP-in Avropa üzrə regional ofisində görüşlər keçirilib.
Leyla xanım BMT-nin Cenevrə bölməsində baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru Qasımcomərd Tokayevlə görüşüb. Görüşdə Leyla xanım Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışıb. Q.Tokayev isə ölkəmizə səfərlərini xatırladıb, ölkəmizin sanballı uğurlarını və Azərbaycanın BMT çərçivəsində səmərəli fəaliyyətini qeyd edib. Görüşdə ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisi tərəfindən həyata keçirilən layihələr barəsində fikir mübadiləsi olub.
Sonra Q.Tokayev qonağı BMT-nin Cenevrə bölməsi ilə tanış edib. Leyla xanım BMT-nin tərksilah üzrə konfransının iclas salonuna (Q.Tokayev həm də BMT-nin tərksilah üzrə konfransının baş katibidir), ölkəmizin hökuməti tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı”na baş çəkib. Q.Tokayev tanışlıq zamanı Leyla xanım Əliyevaya rəssam Rafael Abbasovun fırçasının məhsulu olan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hədiyyə edilmiş “Bakı” rəsmini göstərib.
Sonra Leyla xanım BMT-nin İnsan Hüquqları Şurasının iclas salonuna, Millətlər Liqası Muzeyinə və BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkib. Heydər Əliyev Fondunun vitse-prezidenti Millətlər Liqasının arxivində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə buraxılmış xəritəsi ilə tanış olub. Muzeyin və kitabxananın əməkdaşları Leyla xanım Əliyevaya 1920-ci ilin axırlarında Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqasına üzvlüyə qəbul edilməsi barədə sənədin layihəsini nümayiş etdiriblər. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Millətlər Liqasının qarşılıqlı münasibətlərinin tarixini əks etdirən başqa eksponatlar da saxlanılır.
Sonra Leyla xanım Əliyeva UNİCEF-in Cenevrə ofisində olub, burada bu təşkilatın regional direktorunun müavini Kirsi Madi ilə görüşüb. UNİCEF-in nümayəndəsi keçən il Azərbaycana səfərini xatırlayıb və təmsil etdiyi təşkilat tərəfindən Yardımlıda həyata keçirilən layihə barədə söhbət açıb. O deyib ki, Bakının, bütövlükdə Azərbaycanın sürətli inkişafı güclü təsir bağışlayır. O, bu yaxınlarda Azərbaycan paytaxtında keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin böyük uğurla başa çatdığını bildirib. K.Madi UNİCEF-in Cenevrə ofisi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.
Leyla xanım Əliyeva isə Fondun işi barədə, xüsusən gənclərin cəmiyyətin fəal həyatına cəlb edilməsi sahəsində görülən işlər haqqında danışıb. O bildirib ki, Fond əlil uşaqlarla iş məsələsinə ciddi diqqət yetirir. Görüşün sonunda Leyla xanım Kirsi Madiyə Heydər Əliyev Fondu və IDEA  kampaniyası adından xatirə hədiyyələri təqdim edib.
Sonra BMT-nin Ətraf Mühit üzrə  Proqramının (UNEP) Cenevrədəki regional bürosunda ətraf mühit üzrə Beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla xanım Əliyeva ilə UNEP-in direktoru vəzifəsini icra edən və Avropa üzrə regional nümayəndə Yan Dusikin görüşü olub. Görüşdə Leyla xanım Əliyeva və Yan Dusik Xəzər dənizinin ekoloji aspektlərini, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual məsələlərini müzakirə ediblər. Bu layihə UNEP-in Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır. Bundan əlavə, ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işinin aparılması məsələləri də nəzərdən keçirilib. Həmsöhbətlər Cenevrədə bu aspektlərdən bəzilərini əhatə edə biləcək IDEA və UNEP-in birgə konfransının keçirilməsi məsələsini də müzakirə ediblər.
Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə, o cümlədən ekologiya mövzusunda beynəlxalq uşaq fotomüsabiqəsi keçirilməsinə dair IDEA və National Geograpic-in məşhur fotoqrafı Reza Diqqətinin birgə layihəsi barədə məlumat verib. Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı bu təşkilatın xüsusi qürur mövzusudur. Ceyranların çoxaldılması və onların vəhşi təbiətə buraxılması həmin proqramın tərkib hissəsidir. Leyla xanım Əliyeva bildirib ki, iki həftə bundan əvvəl IDEA ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün 20-dən çox ölkədən rəssamları dəvət edib. Onun sözlərinə görə, bu yolla həmin gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvana cəmiyyətdə diqqət güclənəcək. Bundan əlavə, IDEA 300 min ting əkməyi planlaşdırır. Leyla xanım bildirib ki, Moskvada, Moldovada, Gürcüstanda və Litvada IDEA-nın nümayəndəlikləri açılır. Ətraf mühit üzrə IDEA kampaniyasının təşəbbüskarı onu da bildirib ki, mayın axırlarında Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Cənubi Qafqazda ilk dəfə tələbələr üçün ekoloji resurs mərkəzi açılıb.
Yan Dusik UNEP-in su ehtiyatları və dağlarla əlaqədar layihələri barədə məlumat verib. Onun sözlərinə görə, Karpat Konvensiyasının hazırda Vyanada fəaliyyət göstərən Katibliyi öz layihələrini Qafqaz dağlarına da şamil etmək niyyətindədir. UNEP nümayəndəsi Bakıda açılmış ekoloji resurs mərkəzinə tədris proqramı ilə bağlı kömək təklif edib.
Görüşün sonunda Leyla xanım Əliyeva Heydər Əliyev Fondu və IDEA kampaniyası adından Yan Dusikə xatirə hədiyyələri təqdim edib.
Bununla da Leyla xanım Əliyevanın Cenevrəyə səfəri başa çatıb.
Paylaş:
Baxılıb: 831 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30