Belovejsk sazişi ləğv edilsəydi...
16.03.2024 [10:10]
Tarixi anarkən
Heydər Əliyev: Keçmişə qayıdış ola bilməz!
Tarix yalnız tədqiqatı aparılanda, təftiş ediləndə və ya gizli dolanbaclarına işıq tutulanda əsl həqiqəti üzə çıxarır. Həqiqət isə ağır və ya acı olsa da, dəyişməz və təkzibedilməz real faktdır. Bu mənada, tarixin geridə qalmış səhifələrinin təkrarən vərəqlənməsi, xatırlanması və ondan ibrət götürülməsi olduqca vacibdir. Məsələn, bəzi hallarda regional məsələləri qısır məntiqlə izah etməyə çalışanlar tapılır ki, atılan addamıları öz “kor zehninə” uyğun şəkildə təqdim edir. Məqsədi aydındır - altqatda geriyədönüşü “təbliğ” etməklə yeni perspektivlərin üstünü örtmək. Bu isə yolverilməz olduğu qədər mümkünsüzdür.
Yaşanan günün rakursunda tarix daha fərqli görünür - bəlkə də, yaşanacaqlar geridə qalanı istisna etməyə imkan verir. Tarixə ən real qiymət isə faktların və arqumentlərin əsaslı şəkildə səsləndirilməsidir. Heydər Əliyev hər zaman məsələlərə yanaşmasında real arqumentlərə, əsaslı dəyərləndirmələrə və faktlara istinad edirdi. Məsələn, 1996-cı ilin martın 18-də Azərbaycan - Türkmənistan sənədlərinin imzalanmasından sonra keçirilən birgə mətbuat konfransında sualları cavablandran Heydər Əliyev Belovejsk sazişlərinin ləğv edilməsi haqqında Rusiya Federasiyası Dövlət Dumasının qərarına münasibət bildirərək vurğulamışdı ki, bu, faydasız işdir: “Sovet İttifaqının varlığına son qoyulduğu vaxtdan beş il keçmişdir. Onun süquta uğraması o dövrdə bütün dünyada və keçmiş Sovet İttifaqında getmiş obyektiv ictimai-siyasi və tarixi proseslərin nəticəsidir. Bu proseslər Sovet İttifaqının süqutuna gətirib çıxarmalı idi və gətirib çıxartdı. Bundan sonra müstəqil dövlətlər meydana gəldi. Onlar keçmişdə Sovet İttifaqının tərkibinə daxil idi. Ötən illər ərzində bu dövlətlərdən hər biri müstəqillik, öz iqtisadiyyatının, həyatının təşəkkülü sahəsində böyük yol keçmişdir. Zənnimcə, bütün bunlar dönməz hal almışdır, hər halda Azərbaycan üçün. Azərbaycan Respublikası müstəqillik əldə olunmasını tarixi nailiyyət sayır. Biz bu müstəqilliyi əziz tutur, onu qoruyub saxlayır və heç vaxt ondan üz döndərməyəcəyik.
Hesab edildiyinə görə, Sovet İttifaqının süqutuna gətirib çıxaran Belovejsk sazişini ləğv etmək cəhdlərinə gəldikdə, zənnimcə, bu cəhdlər əbəsdir. Məşələ heç də təkcə Belovejsk sazişində deyildir. Bu saziş Sovet İttifaqının süqutu faktını sadəcə olaraq müəyyən dərəcədə qeydə aldı və Sovet İttifaqının ali orqanı - Ali Sovet o vaxtlar Sovet İttifaqının buraxılması haqqında qərar qəbul etdi. Buna görə də həmin məsələyə qayıtmaq cəhdləri tamamilə mənasız və faydasızdır. Bəs nə üçün belə cəhdlər göstərilir. Bu, təbii olaraq, həmin qərarı qəbul edənlərin işidir. Lakin bunun Azərbaycan Respublikasına, onun müstəqilliyinə heç vəchlə dəxli ola bilməz.
Yeri gəlmişkən demək istəyirəm ki, bu qərar Rusiyanın özünə də xeyir gətirməyəcəkdir. Çünki Sovet İttifaqının süqutundan sonra Rusiya Federasiyası öz müstəqilliyini möhkəmlətmək, iqtisadi, sosial islahatlar aparmaq sahəsində böyük yol keçmişdir. Keçmişə qayıtmaq isə Rusiyada indiyədək həyata keçirilmiş nə varsa hamısının üstündən, təbii olaraq xətt çəkəcəkdir. Zənnimcə, keçmişə qayıdış ola bilməz. Həqiqətən, ola bilsin ki, bu, hansısa daxili siyasi mübarizənin nəticəsidir. Lakin, zənnimcə, bu səylər həmin qərarı qəbul edən qüvvələrə arzu olunan nəticələri verməyəcəkdir”.
Xatırladaq ki, 1991-ci il dekabrın 8-də SSRİ-nin üç qurucu respublikasının rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətini dayandırdıqlarını bəyan edən Belovejskaya müqaviləsi imzaladılar. Beləliklə, Müstəqil Dövlətlər Birliyi yaradıldı. Dekabrın 10-da Ukrayna Ali Soveti, ardından isə Belarus Ali Soveti bu qərarı ratifikasiya etdi. Dekabrın 12-də müqavilə RSFSR Ali Soveti tərəfindən ratifikasiya olundu. 1991-ci il dekabrın 21-də Almatıda (Qazaxıstan) prezidentlərin görüşündə daha səkkiz respublika MDB-yə qoşuldu: Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan Alma-Ata Bəyannaməsini imzaladı.
Rusiya Dövlət Dumasına 1995-ci ilin dekabrında keçirilmiş seçkilərdə sol təmayüllü partiyaların və “aqrarlar”ın yerlərin qırx faizindən çoxunu almasının ardından Belovejskaya müqaviləsi ətrafındakı müzakirələr yenidən başladıldı. Sazişlə bağlı məsələ 14 mart 1996-cı ildə Dövlət Dumasının Şurası tərəfindən plenar iclasın gündəliyinə daxil edildi. Duma sazişin ləğvi ilə bağlı qərar qəbul etdi. MDB ölkələrinin liderləri arasında qətnaməyə reaksiya birmənalı olmayıb. Bu qərara reaksiyalar fərqli idi. Boris Yeltsin bildirirdi ki, qətnamə gözlənilməz nəticələrə yol aça bilər. Hətta bütövlükdə Rusiyanın statusu və buna görə də Dumanın özünün statusu qeyri-müəyyən vəziyyətə düşür. Gürcüstan prezidenti Eduard Şevardnadze isə Dövlət Dumasının qərarını qiymətləndirərkən demişdi ki, bu, Müstəqil Dövlətlər Birliyində qarşılıqlı etimadın kövrək tumurcuqlarını və inteqrasiya proseslərinin başlanğıcını sarsıda bilər. Qərar isə heç bir real siyasi nəticələrə malik olmadı...
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

